Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-587/2021 25.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Kəlbəcər rayonu, Zar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu, Zar kəndində qeydiyyatda olan, hazırda Şəki rayonunda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayından daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 25.10.2021-ci il tarixdə qoyun sürüsünü asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayına məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş 26.10.2021-ci il tarixli, İXP-4269790 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 25.10.2021ci il tarixdə Şəki rayonu ərazisində mal-qaranı yollardan xüsusi olaraq ayrılmayan yerlərdən keçirərək, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 25.10.2021-ci il tarixdə, kənd camaatına məxsus qoyun sürüsünü örüş sahəsindən evə apararkən, axşam saat 16:00 radələrində asvalt örtüyündən keçirərkən Yevlax rayonu istiqamətindən Şəki rayonu istiqamətinə hərəkət edən “Mercedes” markalı, **-KP-*** dövlət nömrə nişanlı avtomobil yüksək surətlə gələrək qoyun sürüsünü vurmuşdur. Nəticədə həmin sürüdən 6 qoyun ölmüşdür. Bununla da ona maddi zərər dəymişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onları Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPX Alayının YPX postuna gətirmişlər. Orada barəsində inzibati protokol protokol tərtib edilmişdir. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olundu. Belə ki, işdə olan zərərçəkmiş şəxs X1 25.10.2021-ci il tarixli izahatından görünür ki, 25.10.2021-ci il tarixdə idarə etdiyi Mersedes markalı **-KP-*** dövlət nömrə nişanlı avtomobili ilə hərəkətdə olarkən X4 yolunun 23-cü km-də saat 17:30 radələrində yolun solundan sağına qəflətən hərəkət edən qoyun sürüsü yolun hərəkət hissəsinə çıxmışdır və məsafə yaxın olduğundan bütün imkanlarından istifadə etsə də avtomobili saxlaya bilməmişdir. Nəticədə 4 baş keçini və 2 baş qoyunu vurmuşdur. Hadisə zamanı xəsarət alan olmayıb, ancaq avtomobilə maddi ziyan dıymişdir. 6 baş xırda buynuzlu heyvan tələf olmuşdur. Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs 25.10.2021-ci il tarixdə saat 16:00 radələrində, qoyunları yollardan xüsusi olaraq ayrılmayan yerlərdən keçirərkən həmin qoyunlar X2 məxsus avtomobilə çırpılmış və nəticədə X2 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-587/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-587/2021
25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver