Məhkəmə qərarları › İş №3(075)-587/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-587/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-587/2025 01.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Şəki rayonu Mərkəzi X4 şəxsinin vəzifəli şəxsi Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inziti xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu Mərkəzi X4 şəxsinin vəzifəli şəxsi Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 09 sentyabr 2025-ci il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər.Məhkəmə işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-1035/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin 08 sentyabr 2022-ci il tarixli, 1624 saylı əmri tələbkar Zərərçəkmiş şəxs işdən azad olunması hissəsində ləğv edilməlidir. Tələbkar Zərərçəkmiş şəxs məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Rayon Mərkəzi X4 şəxsin hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə göndərilmişdir. Lakin keçən müddət ərzində icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli məktubla borclu Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək icra sənədinin icrası zamanı yaranmış çətinliklərlə bağlı köməklik göstərilməsini xahiş etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi tərəfindən məktuba cavab olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qərarının dəyişdirilməz və mübahisə predmeti olmadığı bildirilmişdir. İcra sənədinin icrası borclu tərəfindən təmin edilmədiyinə görə xx.xx.2024-cü il tarixdə borcluya xəbərdarlıq edilmişdir. Xəbərdarlığa baxmayaraq borclu tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli məktubla borclu Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ rəhbəri (vəzifəli şəxs) Şəxs hal-hazırda icra sənədi üzrə tələbi həmin vəzifəyə təyin edilmiş tələbkar Zərərçəkmiş şəxs ixtisasına uyğun olmadığı üçün çətinlik yaratdığını və hal-hazırda icranı təmin edə bilməyəcəyini bildirmişdir. Bu barədə müvafiq akt tərtib olunmuşdur. Göstərilənlərə əsasən borclu Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ rəhbəri (vəzifəli şəxs) Şəxs icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş müddət ərzində icra etmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. 09 sentyabr 2025-ci il tarixdə MN №2086535 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında izahat verərək bildirdi ki, tərəflər arasında yaranmış əmək mübahisəsinin “məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsi borclu tərəfindən əvvəlcə yanlış hesablama səbəbindən icra edilməmiş olsa da, sonradan düzgün məbləğ müəyyən edilmişdir. Lakin borclu qərəzli şəkildə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ola-ola onu işə bərpa etməkdən yayınır, borclu onun həmin işə bərpa edilməsi barədə əmr imzalamış, ona işə bərpa edildiyi müddət üzrə əmək haqqı ödənilmiş olsa da, həmin əmr üzrə əmək müqaviləsi bağlanmamışdır, bundan sonra isə işə bərpa edilməsi ilə bağlı əmr ləğv edilmişdir. Borcluya icra şöbəsi tərəfindən dəfələrlə rəsmi müraciətlər edilsə də, hər hansı nəticə əldə edilməmiş, qətnamə onun işə bərpa hissəsində icra edilməmiş olaraq qalır. Zərərçəkmiş şəxs sonda məhkəmədən tərtib edilmiş protokol üzrə Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ rəhbəri (vəzifəli şəxs) Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1035/2023 saylı 10 oktyabr 2023-cü il tarixli, qətnaməsinə əsasən 08 may 2024-cü il tarixdə xəstəxananın direktorunun əmri ilə Zərərçəkmiş şəxs məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Rayon Mərkəzi X4 şəxsin hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilmişdir. Lakin 14 iyun 2024-cü il tarixli əmrlə onun həkim-nefroloq vəzifəsinin icrası 14 iyun 2024-cü il tarixdən dayandırılmışdır. Buna səbəb Müdafiəçi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xəstəxanada 1,0 şata vahidi ilə həkim-uroloq vəzifəsində çalışan Zərərçəkmiş şəxs həkim-nefroloq vəzifəsinə uyğun olmaması olmuşdur. Bu səbəbdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)- 1035/2023 saylı qətnaməsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli e-2(075)-843/2023 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəki Rayon Mərkəzi X4 şəxsə qarşı işdən çıxma əmri və işə bərpaya dair iddiası qismən təmin edilmiş, cavabdeh Şəki Rayon Mərkəzi X4 şəxsin 08 sentyabr 2022-ci il tarixli 1624 saylı əmri iddiaçı Zərərçəkmiş şəxs işdən azad olunması hissəsində ləğv edilmiş, iddiaçı Zərərçəkmiş şəxs məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Rayon Mərkəzi X4 şəxsin hemodializ şöbəsində 0,5 ştatla həkim nefroloq vəzifəsinə bərpa edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(107)-1035/2023 saylı icra vərəqəsinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(107)-1035/2023 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 29 fevral 2024-cü il tarixli 2(102)-686/2024 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin 16 aprel 2024-cü il tarixli icrata başlamaq haqqında qərarına əsasən Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(107)-1035/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin 29 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəki Rayon Mərkəzi X1 Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-1035/2023 saylı icra sənədinin icra edilməli olduğu bildirilmiş, həmçinin əks halda barələrində inzibati protokolun tərtib ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Şəki Rayon Mərkəzi X4 şəxsinin 08 may 2024-cü il tarixli, 18-1-71/3-1-891/2024 nömrəli əmrinə əsasən Şəki Rayon Mərkəzi X4 şəxsin cərrahiyyə şöbəsinin həkimuroloqu Zərərçəkmiş şəxs 0,5 ştat vahidi əvəzçilkdən azad edilməsi haqqında xx.xx.2022ci il tarixli 1624 n-li əmrin ləğv edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən Şəki Rayon Mərkəzi X4 şəxsin hemodializ şöbəsinə əvəz etdiyi vakant həkim-nefroloq vəzifəsinə bərpa edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli olduğu qeyd edilmişdir. Şəki Rayon Mərkəzi X4 şəxsin İnsan resursları şöbəsinin 14 iyun 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 4 bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibbi və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Odur ki, həkimuroloq X3 müvəqqəti əvəzçilik üzrə həvələ edilmiş hemodializ şöbəsində 0,5 ştat vahidi həkim-nefroloq vəzifəsində sertifikasiyadan keçmədən fəaliyyət göstərməsi, ixtisasının uyğun gəlməməsi qanuna zid olduğundan dayandırılmasını məqsədə müvafiq hesab edilir. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən AH №043319 saylı sertifikasiya şəhadətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs 22 dekabr 2021-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində urologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. “Şəki Rayon Mərkəzi Xəstəxanası” X10 14 iyun 2024-cü il tarixli, 18-1-71/3-1- 1173/2024 əmrində Zərərçəkmiş şəxs cərrahiyyə şöbəsində 1,0 ştat vahidi həkim-uroloq, hemodializ şöbəsində 0,5 ştat vahidi həkim-nefroloq, sertifikasiya ixtisası hemodializ şöbəsində əvəzçilik üzrə işlədiyi 0,5 ştat vahidi həkim-nefroloq vəzifəsinə uyğun olmadığı üçün əvəzçilik üzrə işlədiyi 0,5 ştat vahidi nəkim-nefraloq vəzifəsinin icrası xx.xx.2024- cü il tarixdən dayandırılması göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin 18 iyun 2025-ci il tarixli, 3-17-5/2-55239/2025 saylı məktubunda Əmək Məcəllənin 61-ci maddəsinin 1-ci və 2-ci hissəsində nəzərdə tutulan hallarda işçiyə başqa vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinin işəgötürənin müvafiq əmri ilə, həmçinin işçinin əmək müqaviləsində dəyişiklik edilməsi yolu ilə rəsmiləşdirilməsi məqsədəuyğunluğu qeyd olunmuşdur. Məhkəmənin soğrusu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 sentyabr 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, həkim-uroloq vəzifəsi “urologiya” ixtisası üzrə, həkim-nefroloq vəzifəsi isə “nefrologiya” ixtisası üzrə təhsil almış şəxslər tərəfindən tutula bilər. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2008-ci il tarixli 119 nömrəli əmrində əks etdirilmiş “Səhiyyə Nazirliyinin müəssisələrində vəzifələrin tutulmasının ixtisaslar üzrə müəyyənləşdirilməsi” barədə cədvəldə qeyd edilmişdir ki, urologiya təhsili üzrə təhsilalan şəxs həkim-uroloq vəzifəsini tuta bilər. Məhkəmə hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli 2(107)-1035/2023 saylı icra sənədi Şəki Rayon Mərkəzi X4 şəxsinin 08 may 2024-cü il tarixli, 18-1-71/3-1-891/2024 nömrəli əmrinə əsasən icra edilmişdir, belə ki, Şəki Rayon Mərkəzi X4 şəxsinin cərrahiyyə şöbəsinin həkim-uroloqu Zərərçəkmiş şəxs 0,5 ştat vahidi əvəzçilikdən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli 1624 nömrəli əmri ləğv edilmiş, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdən Şəki Rayon Mərkəzi X4 şəxsin hemodializ şöbəsinə əvəz etdiyi vakant həkim-nefroloq vəzifəsinə bərpa edilmiş, Zərərçəkmiş şəxs həmin əmrlə tanış edilmiş, ona həkim-nefroloq vəzifəsində çalışdığı müddətdə əmək haqqı verilmişdir. Bundan sonra Şəki Rayon Mərkəzi X4 Şəxsinin 14 iyun 2024-cü il tarixli, 18-1-71/3- 1-1173/2024 əmrinə əsasən Zərərçəkmiş şəxs əvəzçilik üzrə işlədiyi 0,5 ştat vahidi nəkimnefraloq vəzifəsinin icrası xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Xəstəxananın sözügedən sonuncu əmrinin verilməsinə cərrahiyyə şöbəsində 1,0 ştat vahidi ilə çalışan həkim-uroloq Zərərçəkmiş şəxs həkim-nefroloq sertifikasiya ixtisası olmaması əsas olmuşdur. Məhkəmə hesab edir ki, belə olan halda icra sənədi üzrə borclu tərəfindən icra sənədinin icra edilməməsi, yəni tələbkarın həkim-nefroloq vəzifəsinə yenidən təyin edilməməsi ondan asılı olan səbəblərlə əlaqədar olmamış, Zərərçəkmiş şəxs həkimnefroloq vəzifəsinin icrası qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədi ilə müvafiq əmrlə dayandırılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan vəzifəli şəxsin hərəkətlərində məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsi hallarını müəyyən etmədiyindən hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki rayonu Mərkəzi X4 şəxsinin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar