Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-588/2020 21.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Əvvəlki məhkəmə iclasında iştirak edən, protokol tərtib etmiş şəxs Şəki ŞRPŞnin, İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Bu günkü məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti əvəz edən, polis kapitanı X3 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmayan Mingəçevir şəhəri, M.Maqomayev prospekti, 71,21 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:53 radələrində “Dörd yol” adlanan yerdə səs-küy salaraq ictimai qaydanı pozmuş və xidmət aparan polis əməkdaşının qanuni tələblərinə tabe olmamış beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:53 radələrində “Dörd yol” adlanan DYP postunun inzibati binasının içərisində və binanın qarşısında səs-küy salaraq ictimai qaydanı pozmuş, yoldan keçən digər nəqliyyat vasitələrin hərəkətinə maneələr yaratmış və polisin qanuni tələblərindən yayınaraq əl-qol hərəkətləri ilə tabesizlik göstərmişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Şəxsin qanuna müvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəki ŞRPŞ-nin, İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti əvəz edən, polis kapitanı X6 da protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin, İTBnin polis sahə rəisi, polis leytenantı X5 ilə eyni məzmunda izahat verərək bildirdi ki, protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, xx xxxxxxx 2020-ci il tarixdə qardaşı Nurlanla birlikdə özünə məxsus “Mercedes” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəki İnzibati Məhkəməsində olan işlə əlaqədar həmin məhkəmə prosesində iştirak etmiş, prosesdən sonra Şəki şəhərindən Mingəçevir istiqamətində hərəkətdə olarkən alaqapı adlanan yerdə DYP əməkdaşı ona saxla işarəsi vermiş və o avtomobilini saxlamışdır. DYP əməkdaşı ona yaxınlaşaraq İXM-nin müvafiq maddəsinin tələblərini pozduğunu və buna görə də onun barəsində inzibati protokol tərtib ediləcəyini bildirmişdir. Törətdiyi inzibati xətanı etiraf edərək polis əməkdaşına ona güzəşt etməsini və protokol tərtib etməməsini xahiş etmişdir. Lakin polis əməkdaşı protokol tərtib etmək üçün onu həmin yerdə olan DYP-nin inzibati binasına dəvət etmişdir. Daha sonra DYP əməkdaşı ona bu barədə inzibati protokol tərtib etmişdir. Lakin o, təkrar polis əməkdaşından ona protokol tərtib etməməsini xahiş etmişdir. Həmçinin qardaşı Nurlan yoldan keçən avtomobillərə əl hərəkəti vasitəsi ilə polis əməkdaşlarının onlara qarşı etdikləri qanunsuz hərəkətlərini çatdırmaq istəmişdir. O isə qardaşını yoldan çəkərək avtomobilinin yanına gətirmişdir. Bundan sonra isə “Dörd yol” adlanan yerə Şəki ŞRPŞ-nin PPX-nin əməkdaşları çağırılmış və onlar Şəki ŞRPŞ-nə gətirilmişlər. Burada isə onların barəsində protokol tərtib edilmişdir. Bildirmişdir ki, qardaşı DYP postunda müəyyən xoşa gəlməyən hərəkətlər etsə də o hər hansı inzibati xəta əməlinə yol verməmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:53 radələrində Yevlax-Zaqatala-Gürcüstan yolunun 46-cı km-də 717 saylı stasionar YPXP-da onun tərəfindən qayda pozuntusu ilə əlaqədar “Mercedes” markalı, **-TU-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılmışdır. Həmin avtomobilin sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş və sürücüyə törətdiyi qayda pozuntusunu izah etmiş, sürücü də etdiyi qayda pozuntusu ilə razılaşmış və onun barəsində inzibati protokol tərtib edilmişdir. Bu zaman sürücünün yanındaki sərnişin avtomobildən düşmüş və onların xidmət apardıqları stasionar posta daxil olaraq ucadan “bizə kimsə protokol tərtib də bilməz” demiş və səs-küy salaraq polisin iş rejimini pozmuşdur. Bundan sonra Şəxs da səs-küy salmış, dəfələrlə müxtəlif şəxslərə zəng vuraraq onları şantaj etmiş və hər vəchlə protokol tərtib edilməsinə maneələr yaratmışdır. Daha sonra hər ikisi postdan çıxaraq yolda hərəkətdə olan digər hərəkət iştirakçılarının qarşısını kəsərək onların hərəkətlərinə maneələr yaratmış və onların diqqətini polis əməkdaşlarına yönəltmişdir. Avtomobilin sürücüsü Şəxs səs-küy salaraq nümayişkəranə onların qanuni tələblərinə qəsdən tabe olmayaraq onların normal iş fəaliyyətini pozmuş, ictimai qaydanı pozmuşlar. Onlar həmin şəxsləri sakitləşdirməyə çalışsalar da, həmin şəxslər daha da aqressiv şəkildə onlara müdaxilə etmişlər. Belə olduğu halda onlar Şəki ŞRPŞ ilə əlaqə saxlayaraq əməkdaşların hadisə yerinə cəlb olunmasını xahiş etmişlər və sözügüdən şəxsləri Şəki ŞRPŞ-nə göndərilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 da digər şahid X7 ilə eyniz məzmunda ifadə vermişdir. İşdə olan xx xxxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 13:00-da inzibati qaydada tutulmuşdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, və Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Belə ki, işə əlavə edilmiş CD diskə bxış keçirilərkən müəyyən olunur ki, Şəxs protokol tərtib edilməsi üçün DYP əməkdaşına maneələr edir, dəfələrlə protokol tərtib etmiş polis əməkdaşının adını soruşmaqla telefonla naməlum şəxslərə zəng edərək polis əməkdaşları barəsində tədbir görülməsini tələb edir, DYP postunun inzibati binasında sərbəst hərəkət edərək otağa dəfələrlə girib çıxır, səs-küy salır və bununla da polis əməkdaşlarının normal iş fəaliyyətinə maneçilik törətməklə ictimai qaydanı pozur. Həmçinin o qeyri qanuni hərəkətlərini davam etdirərək DYP postunun qarşısında magistral yolda hərəkətdə olan digər hərəkət iştirakçılarının qarşısını kəsərək onların hərəkətlərinə maneələr yaradır, onların diqqətini polis əməkdaşlarına yönəltməyə cəhd edirlər. Bununla da Şəxs səs-küy salaraq nümayişkəranə şəkildə polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq onların normal iş fəaliyyətini pozmur və ictimai qaydanı pozur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli inzibati qaydada tutulduğu xx xxxxxxx 2020-ci il saat 13:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-588/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-588/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver