Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-588/2021 03.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1998-ci il tarixdə Şəki şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 22.01.2021-ci il tarixli, ******* nömrəli qərarına əsasən Şəxs 200 manat alınaraq dövlət büdcəsinin xeyrinə ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında protokolu müdafiə edərək göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 22.01.2021-ci il tarixli, ******* nömrəli icra sənədinhə əsasən Şəxs 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İcra sənədi 06.08.2021-ci il tarixində şöbəsinə daxil olmuşdur. Həmin tarixdə icraata başlanmış və borcluya icra sənədi üzrə tələbin könüllü icra müddəti ərzində təmin edilməsi ilə bağlı müvafiq bildirişlər göndərilmişdir. Lakin, borclu həmin müddət ərzində icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldilməsi əmlakının, banklarda pul vəsaitləri və ya başqa sərvətlərin olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir.Nəticədə borcluya məxsus banklarda pul vəsaiti və ya başqa sərvətlərin, tələbin yönəldiləsi əmlak və gəlirlər aşkar edilməmişdir. Müxtəlif tarixlərdə olunmuş xəbərdarlıqlara baxmayaraq borclu cərimə məbləğinin ödənilməsini təmin etməmişdir. Borclu şöbəyə dəvət olunmuş, cərimə məbləğinin ödənilməsinin vacibliyi diqqətinə çatdırılmışdır. Cərimə məbləğinin ödənilməyəcəyi halda dövlətin xeyrinə əvəzi ödənilmədən ictimai işlərin görülməli olduğu bildirmişdir. Eyni zamanda borclu cərimə məbləğinin ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Eyni zamanda borcluya cərimə məbləğinin tam olaraq ödənilməyəcəyi halda cərimə məbləğinin ictimai işlərlə əvəz olunacağı, məhkəməninin müəyyən etdiyi müddət ərzində əvəzi ödənilmədən işləməli olması barədə məlumat verilmişdir. İcra məmurlarının iştirakı ilə borclunun yaşadığı evə baxış keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi əmlakın olmadığı aşkar edilmişdir. Göstərilənlərə əsasən borclu, Şəxs qanunla müəyyən edilmiş müddət ərzində sənədinin icrasını təmin etməmişdir. Bununlada o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin 22.01.2021-ci il tarixli, ******* nömrəli icra sənədinə əsasən 200 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Lakin maddi imkanı olmadğından icra sənədi üzrə cərimə məbləğini ödəyə bilməmişdir. Bundan sonra da cəriməni ödəməsi mümkünsüzdür. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 200 (iki yüz) saat ictimai işlər tətbiq edilsin. Şəxs üzərinə 200 saat ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-588/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-588/2021
03.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver