Məhkəmə qərarları › İş №3(075)-589/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-589/2020

03.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-589/2020 03.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs:Şəxs Tafdıq oğlunun iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Şəki rayonu Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Şəki rayonu Baş Göynük kəndində yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə Şəki şəhər-rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halına (hallarına) yol vermişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki şəhər-rayon Polis Şöbəsinə məlumat verilməsinə baxmayaraq Şəki şəhərrayon Polis Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, İXP-3572150 saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2020ci il tarixdə saat 11:33 radələrində Şəki rayonu ərazisində mal-qaranı yollardan xüsusi olaraq ayrılmayan yerlərdən keçirərək, zərərçəkmiş şəxsə maddi zərər vurduğuna görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə özünə məxsus 20-ə yaxın xırda buynuzlu heyvanı otlaq sahəsinə apararkən Şəki rayonu ərazisində qoyunlar ürkərək avtomobil yoluna çıxmışdır. Nəticədə 4 ədəd qoyununu “Fiat Doblo” markalı, **-JA-*** dövlət qeydiyyat nişanlı avtomobil vurmuşdur. Qoyunları yoldan keçirərkən maksimum ehtiyatlılıq göstərməli olduğu halda bunu etməmişdir. Qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı, həmçinin Şəki ŞRPŞ-dən daxil olmuş materialla təsdiq olundu. Belə ki, işdə olan zərərçəkmiş şəxs X1 xx.xx.2020-ci il tarixli izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 08:20 radələrində yol vərəqəsi ilə idarə etdiyi “Fiat Doblo” markalı yük avtomobili ilə Qax şəhəri istiqamətindən Şəki şəhəri istiqamətində hərəkətdə olarkən Qax yolunun 18-ci kilometrliyində saatda 60 km/saat ilə hərəkət edərkən yol kənarında olan qoyun sürüsü ağacların arasından qəflətən yola çıxaraq avtomobilin ön hissəsinə dəyərə atında qalmış və nəticədə qoyunlar tələf olmuşlar. Hadisə zamanı qoyunların sahibi yanında olmamışdır. Azərbaycan Respublikası İXM-nin338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Şəxs xx.xx.2020-ci il tarixdə saat 08:00 radələrində, qoyunları yollardan xüsusi olaraq ayrılmayan yerlərdən keçirərkən həmin qoyunlar X2 məxsus avtomobilə çırpılmış və nəticədə X2 maddi zərər dəymişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Bu səbəbdən də məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar