Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-59/2023 17.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Şəki Rayon Prokurorluğunun nümayəndəsi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsin nümayəndəsi X2 iştirakları ilə, Şəxsin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə Şəki Rayon Prokurorluğundan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq materiallar baxılması üçün məhkəməyə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 3(075)-59/2023 saylı qərarı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərardan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsin nümayəndəsi tərəfindən apellyasiya şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli 3(107)-62/2023 saylı qərarı ilə Şəki Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərarının ləğv edilməsi və inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarından görünür ki, hüquqi şəxs olan Şəxs 04 noyabr 2022-ci il tarixdə saat 14:20-də, 05 noyabr 2022-ci il tarixdə, 07 noyabr 2022-ci il tarixdə, 08 noyabr 2022ci il tarixdə, 25 noyabr 2022-ci il tarixdə saat 15:30-da, 28 noyabr 2022-ci il tarixdə tarixdə və 29 noyabr 2022-ci il tarixdə Şəki şəhərində yerləşən X13 Mərkəzdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmişdir. Bununla da Şəxs tərəfindən İXMin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Şəki Rayon Prokurorluğunun nümayəndəsi X10 izahat verərək göstərmişdir ki, hüquqi şəxs olan Şəxs 04 noyabr 2022-ci il tarixdə saat 14:20də, 05 noyabr 2022-ci il tarixdə, 07 noyabr 2022-ci il tarixdə, 08 noyabr 2022-ci il tarixdə, 25 noyabr 2022-ci il tarixdə saat 15:30-da, 28 noyabr 2022-ci il tarixdə tarixdə və 29 noyabr 2022-ci il tarixdə Şəki şəhərində yerləşən X13 Mərkəzdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması inzibati xətasını törətmişdir. Göstərmişdir ki, X7 barəsində tərtib olunmuş ******* nömrəli və ******* nömrəli «Doğum tarixi» sənədləri, X13 Mərkəzin doğum şöbəsinin həkimi X9 ilə bağlanmış 30 yanvar 2020-ci il tarixli əmək müqaviləsi, 430AJ4P000112 nömrəli «Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi», X4 AH 025336 nömrəli sertifikasiya şəhadətnaməsi və X4 izahatları ilə sübut olunur. Belə ki, Şəxs PHŞ ilə X4 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən sonuncu həmin X13 Mərkəzin doğum şöbəsinin həkimi, mama-ginekoloq vəzifəsinə işə qəbul edilmişdir. X4 AH 025336 nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, həmin sertifikasiya xx.xx.2022-ci il tarixə kimi etibarlıdır. X7 barəsində tərtib olunmuş ******* nömrəli və ******* nömrəli «Doğum tarixi» sənədlərindən görünür ki, həmin şəxsə X9 tərəfindən 04 noyabr 2022-ci il tarixdə saat 14:20-də, 05 noyabr 2022-ci il tarixdə, 07 noyabr 2022-ci il tarixdə, 08 noyabr 2022-ci il tarixdə. 25 noyabr 2022-ci il tarixdə saat 15:30-da, 28 noyabr 2022-ci il tarixdə tarixdə və 29 noyabr 2022-ci il tarixdə tibbi yardım göstərilmişdir. Şəxs PHŞ-in direktorunun 26 dekabr 2022-ci il tarixli əmrindən görünür ki, X9 ilə əmək müaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilmiş Şəxs PHŞ-in nümayəndəsi X5 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sertifikasiya Mərkəzindən sertifikasiyadan keçməli olan həkimlər barəsində təqdimat daxil olur. Yalnız həmin təqdimat olduğu təqdirdə həkimlər sertifıkasiyadan keçirlər. İlqar Hümmətovanın işdə işləməyi ilə bağlı son yaş həddinə çatdığına görə onun barəsində bu cür təqdimat daxil olmamışdır, odur ki, əvvəlki sertifıkasiyasının müddəti bitdikdən sonra, yəni 2022-ci ilin iyul ayından sonra İlqar Hümmətova sertifikasiyadan keçməmişdir. 2022-ci ilin sonlarında isə İlqar Hümmətova son yaş həddinə çatdığına görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs sertifikasiya şəhadətnaməsinin etibarlılıq müddəti bitmiş, yəni qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən işçisi, həkim X8 04 noyabr 2022-ci il tarixdə saat 14:20-də, 05 noyabr 2022-ci il tarixdə, 07 noyabr 2022-ci il tarixdə, 08 noyabr 2022-ci il tarixdə, 25 noyabr 2022-ci il tarixdə saat 15:30-da, 28 noyabr 2022-ci il tarixdə tarixdə və 29 noyabr 2022-ci il tarixdə praktik tibb fəaliyyətinə buraxmışdır. Bununla da, Şəxsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin məhkəməyə Şəki rayon prokurorunun rəyini təqdim edərək, Şəxs Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə həmin hüquqi şəxs barəsində inzibati xəta haqqında işin Şəki rayon prokurorluğu tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olduğundan qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki Rayon Prokurorluğunun 18 yanvar 2023-cü il tarixli qərarını əsassız hesab edirlər. Belə ki, Şəxs ilə X9 arasında bağlanmış 30 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən sonuncu həmin X14 Doğum şöbəsinin mamaginekoloq vəzifəsinə işə qəbul edilmişdir. X4 AH 025336 nömrəli sertifikasiyası 25 iyun 2022-ci il tarixə kimi etibarlıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun ******* nömrəli şəhadətnaməsinə əsasən X9 10 iyun 2022-ci il tarixdə sonuncu dəfə sertifikasiyadan keçmişdir. Növbəti çağırış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin səlahiyyəti çərçivəsində olduğundan və X9 17 yanvar 2023-ci il tarixə sertifikasiyaya çağırış olmuşdur. Çağırış müddətinin vaxtı çatanadək X9 30 dekabr 2022ci il tarixdə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Bildirmişdir ki, X9 həmin müddətdə əməliyyata girməmişdir. Yalnız (epikriz) sənəd yazmışdır. Onun gördüyü iş inzibati məsuliyyətə səbəb olmur. Şəxsin rəsmi məktubun icrasını 17 yanvar 2023-cü il tarixə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya müddəti bitən tibb işçilərinin işə buraxılmaması barədə heç bir rəsmi göstəriş verilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnsan Resusları şöbəsinin müdiri Səidə Rüstəmovanın Şəxsə ünvanladığı rəsmi məktubuna əsasən X13 Mərkəzin Doğum şöbəsinin mama-ginekoloqu vəzifəsində çalışan X9 növbəti 5 il sertifikasiyaya çağırış vərəqəsi 17 yanvar 2023-ci il tarixə təyin edilmişdir. Gecikmənin məsuliyyətini onlar daşımır. Ona görə də Şəxsin barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İlk öncə bildirmək istəyirəm ki, apellyasiya məhkəməsi qərarında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Şəki Rayon Məhkəməsinə qaytarılması, birinci instansiya məhkəməsi isə işə baxarkən, prokurorluq orqanının iş üzrə icraata başlanması haqqında qərar qəbul edib baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərərkən qanunvericiliyin tələblərinə düzgün əməl edib-etməməsi dəqiq araşdırılmalı olduğu qeyd edilmişdir. Apellyasiya Məhkəməsinin qərarında qeyd etdiyi məsələ araşdırılmış və Şəxsin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə olan inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsi tərəfindən baxılmalı oğduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 54.2-ci maddəsinə əsasən 162-1, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516- 1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528- 1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594-2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. 54.5. İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 100-cü maddəsinə əsasən İXM-nin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən İXM-nin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Şəxsin barəsində müvafiq qərar qəbul edərkən prokuror bu hüququndan istifadə etmişdir. Həmçinin İXM-nin 100-cü maddəsinə əsasən İXM-nin Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yəni prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul edildiyi hallar istisna olunmaqla digər hallarda inzibati xəta haqqında protokolun tərtib edilməsi nəzərdə tutulmuşdur. Maddənin məznunundan məlum olur ki, prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar özlüyündə inzibati xəta haqqında protokolu əvəz edir, baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən İXM-nin Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 18.6-ci maddəsinə əsasən İXM-nin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Həmin Məcəllənin 127-4.5-ci maddəsinə əsasən barəsində İXM-nin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Həmin Məcəllənin 127-4.1-ci maddəsinə əsasən İXM-nin 191.2-ci, 192.1-ci, 192.3cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Hmin Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (X20lər) qurumlar ola bilər. Şəki Rayon Mərkəzi Xəstəxanası” X20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.5-ci maddəsinə əsasən hüquqi şəxs olduğundan, İXM-nin 18-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilməsi nəzərdə tutulduğundan yuxarıda qeyd edilən inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsində baxılmasını əsaslı və qanuni hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv nəzərdən keçirib hesab edir ki, Şəxsi barəsində Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetir. Belə ki, iş materiallarında olan Şəki Rayon Prokuroru baş ədliyyə müşaviri Mehman Xankişiyev tərəfindən qəbul edilmiş 18 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxsin barəsində Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, toplanmış materialların baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan AH 025336 seriya nömrəli sertifikasiya şəhadətnaməsindən görünür ki, X9 həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində “Mamalıq-ginekologiya” ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün 25 iyun 2022-ci il tarixədək icazə verilmişdir. İş materiallarında olan 08 noyabr 2022-ci il tarixli xəstəlik tarixçəsindən görünür ki, X11 həkim X9 tərəfindən 08 noyabr 2022-ci il tarixdə, saat 12:45-də yoxlanılmışdır. İş materiallarında olan 26 dekabr 2022-ci il tarixli, 2395 nömrəli əmrdən görünür ki, Perinatal Mərkəzin hamiləliyin patalogiyası şöbəsində həkim-mama ginekoloq vəzifəsində işləyən X4 əmək müqaviləsinin müddəti 30 dekabr 2022-ci il tarixdən bitdiyi üçün xitam verilmiş və tutduğu vəzifədən azad olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 215.4-cü maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İş materiallarından göründüyü kimi inzibati xəta 18 yanvar 2023-cü il tarixdə aşkar edilmişdir. Belə olan halda hesab edirəm ki, Şəxsin barəsində inzibati tənbehin tətbiq edilməsini istisna edən müddət keçməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 15 may tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 01 nömrəli əlavədən görünür ki, özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər adlı 2-ci siyahısına əsasən Terapiya, Kardiologiya, Qastroenterologiya, Nefrologiya, Endokrinologiya, Revmatologiya, Hematologiya, Allerqologiya, İmmunologiya, Nevropatologiya, Psixiatriya, Narkologiya, Dermatologiya, Fizioterapiya, Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Plastik cərrahiyyə, Uşaq cərrahiyyəsi, Urologiya, Travmatologiya-ortopediya, Anesteziologiyareanimatologiya, Mama-ginekologiya, Stomatologiya, Üz-çənə cərrahiyyəsi, Pediatriya, Şüa diaqnostikası, Oftalmologiya, Otorinolarinqologiya, Patoloji anatomiya, Genetika, Epidemiologiya, Mikrobiologiya, Laboratoriya kimi xidmətlərin həyata keçirilməsi xüsusi lisenziyalaşdırılması vacibdir. Məhkəmə iclası zamanı “Şəki Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsi X5 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnsan Resusları şöbəsinin müdiri Səidə Rüstəmovanın Şəxsə ünvanladığı rəsmi məktubuna əsasən X13 Mərkəzin Doğum şöbəsinin mama-ginekoloqu vəzifəsində çalışan X9 növbəti 5 il sertifikasiyaya çağırış vərəqəsi 17 yanvar 2023-ci il tarixə təyin edildiyini, gecikmənin məsuliyyətini onlar daşımadığını qeyd etsə də, Şəki Rayon Mərkəzi X3 Şəxs işə götürən olaraq işçinin əmək funksiyalarını yerinə yetirilməsinə nəzarət etməli olduğu halda, İlqar Hümmətovanı əmək funksiyasının icrasına, xəstələr üzərində müayinə aparılmasına, onlara resept (epikriz) yazmasına birbaşa həmin müəssisənin özü məsuliyyət daşıyır. Göründüyü kimi, X1 keçmədən praktik tibb fəaliyəti ilə məşqul olmuşdur. “Şəki Rayon Mərkəzi Xəstəxanasının nümayəndəsinin X4 əməliyatda iştirak etməməsi, yalnız mualicə yazmasını bildirməklə, tibbi fəaliyətlə məşğul olmamasına istinad etməsini, həmçinin sertifikasiya imtahanın keçirilmə vaxtının onların müəyyən etməməsinə dair bildirdiklərini məhkəmə əsaslı hesab etmir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-43, 48-51, 53, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək, 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-59/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-59/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver