Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-590/2020 21.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxx 1993-cü il tarixdə Şəki rayonu Baş Zəyzid kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, Kəlbəcər rayonu Qamışlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-148/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən aşkar olunmayan əmlakların ümumilikdə dəyəri olan 2950 manat, Samsung markalı soyuducu üçün ödənilmiş 480 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 3460 manat pul vəsaiti borclu Şəxs alınaraq tələbkar X2 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borcun ödənişindən qərəzli olaraq yayınaraq Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-148/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən 300 manat dəyərində taxt, 160 manat dəyərində 2 ədəd tumbalar, 250 manat dəyərində termo, 520 manat dəyərində paltar şkafı olmaqla, cəmi 1230 manat dəyərində yataq otağı mebel dəsti, 100 manat dəyərində 1 ədəd stol, 240 manat dəyərində 6 ədəd stul, 650 manat dəyərində 2 ədəd qab-qacaq vitrini, 280 manat dəyərində qab-qacaq üçün termo olmaqla, cəmi 1270 manat dəyərində qonaq otağı mebel dəsti, dəyəri 380 manat olan qızıl kalso (nişan üzüyü), dəyəri 625 manat olan 10,4 qram çəkidə qaşlı qızıl bilərzik, dəyəri 820 manat olan 14 qram çəkidə qızıl boyunbağı, dəyəri 375 manat olan 5 qram çəkidə bir cüt qaşlı qızıl sırğa, dəyəri 280 manat olan 4,1 qram çəkidə qaşlı qızıl üzük, dəyəri 270 manat olan 4 qram çəkidə qaşlı qızıl üzük, dəyəri 110 manat olan 2 qram çəkidə qızıl uşaq bilərziyi, dəyəri 50 manat olan bir ədəd yorğan naturada, olmadıqda onların dəyəri və Samsunq markalı soyuducu üçün ödənilmiş 480 manat borclu Şəxs alınaraq tələbkar X2 verilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar X2 qaytarılmalıdır. Qeyd olunan icra sənədi üzrə xx.xx.2019cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilməmişdir. xx xxxxxx 2020-ci il tarixli icra prosesi zamanı icra sənədində qeyd olunan 8 adda əmlak aşkar olunaraq tələbkara təhvil verilmiş, 7 adda qızıl-zinət əşları, 1 ədəd stul və 1 ədəd yorğan isə borclunun yaşayış ünvanına baxış keçirilən zaman tərəfindən aşkar edilməmişdir. Aşkar olunmayan əmlakların ümumilikdə dəyəri olan 2950 manat, Samsunq markalı soyuducu üçün ödənilmiş 480 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 3460 manat pul vəsaitinin ödənilməsi barədə borclu Ş.Rəcəbəova tərəfimizdən rəsmi və şifahi qaydada xəbərdarlıqlar edilmişdir. Lakin borclu Şəxs ona edilən xəbərdarlıqlara məhəl qoymamış, icra sənədi üzrə tələbin icrasını təmin etməmişdir. xx xxxxxx 2020-ci il tarixində icra sənədinin icrası ilə əlaqədar olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində olan borclu Şəxs verdiyi izahatında məhkəmə qərarı ilə razı olmadığını, qərarı ədalətsiz hesab etdiyini, aşkar olunmayan əmlakların ümumiyyətlə onda olmadığını əsas gətirərək icra sənədi üzrə tələbin icrasını təmin etməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 12:20-də məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-148/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli icra sənədinə əsasən aşkar olunmayan əmlakların ümumilikdə dəyəri olan 2950 manat, Samsung markalı soyuducu üçün ödənilmiş 480 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat olmaqla, cəmi 3460 manat pul vəsaiti ondan alınaraq tələbkar X2 verilməlidir. Qətnamədən razı deyil, belə ki, onda olan bütün əşyaları qaytarmışdır. Hazırda borcunu ödəməyə imkanı yoxdur. Özü heç yerdə işləmir. Ona iki ay vaxt verilsə borcundan bir hissə ödəyə bilər. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:20-də məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatı və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, Şəxs qətnamənin icraya yönəldilməsindən keçən dövr ərzində aşkar olunmayan əmlakın dəyərindən ümumiyyətlə ödəniş etməməsi onun əməlində qərəzin olmasına dəlalət edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxxx 2020ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:20-də məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən, saat 11:00-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-590/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-590/2020
21.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver