Məhkəmə qərarları › İş №3(075)-591/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-591/2023

07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-591/2023 07.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X12 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X5 iştirakları ilə, 10 fevral 1992-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X12 oğlu tərəfindən tərtib edilmiş 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 06 iyul 2023-cü il tarixdə N.Nərimanov prospektində ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, X4 06 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 06 iyul 2023-cü il tarixdə N.Nərimanov prospektində ucadan səs-küy salaraq polisin qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra X2 barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, dostunun toy qabağı məsləhət məclisində spirtli içki qəbul etmişdir. Həmin məclisdən çıxdıqdan sonra evə gedərkən ona məxsus maşının sükan arxasında dostu olmuşdur. Lakin maşın yolun ortasında sönmüşdür. Dostuna sükan arxasından durmasını tələb etmiş və özü əyləşmişdir. Maşını işə salmağa çalımış, lakin maşın işə düşməmişdir. Bu səbəbdəndə qardaşı ilə onun arasında mübahisə yaranmışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq nə baş verdiyini soruşduqda, o, “siz kimsiniz, məsələnin sizə heç bir aidiyyatı yoxdur” demişdir. Bundan sonra polis əməkdaşları özlərini ona təqdim etmiş və barəsində protokol tərtib olunacağı ilə bağlı xəbərdarlıq etmişlər. O isə içkili vəziyyətdə avtomobili idarə etmədiyini və onun barəsində protokolun tərtib olunmasının əsassız olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları ilə onun arasında mübahisə yaranmış, onların xidməti avtomobilinə zərər vermişdir. Daha sonra polis əməkdaşları həkim müəssisəsinə dəvət etmişlər. Müayinə zamanı səs-küy salaraq narkologiyanın qapısının şüşəsinə əli və ayağı ilə zərbə endirərək qırmışdır. Əməlindən peşmanndır. Barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 müdafiəçisi X10 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 22:30 radələrində Şəki ŞRPŞ-nin növbətçi polis nəfərindən aldıqları məlumata əsasən Şəki şəhəri, N.Nərimanov prospektinə yaxınlaşmışlar. Onlar həmin əraziyə yaxınlaşan zaman adı sonradan onlara məlum olan Şəxs polis əməkdaşları ilə mübahisə edib ona aid olan “Mercedes” markalı, **- DC-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində qalaraq vətəndaşı polis bölməsinə dəvət etmişlər. Şəxs atası orada olduğu üçün və avtomobilə etibarnaməsi olduğuna görə atasının iştirakı ilə avtomobili Şəki ŞRPŞ-nin duracağından gətirmişlər. Şəxs həkim müəssisəsinə dəvət etmişlər. Müayinə zamanı səs-küy salaraq narkologiyanın qapısının şüşəsinə əli və ayağı ilə zərbə endirərək qırmışdır. Zərbə zamanı xəsarət aldığı üçün xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və yenidən narkoloq müayinəsindən keçiriləcək polis şöbəsinə dəvət olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X6 digər şahid Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin DYPB YPX inspektoru, polis baş serjantı X8 ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 23:20-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X2 üzərinə baxış keçirilən zaman açıq boz rəng şalvar, açıq rəngli qısa qol köynək və 1 ədəd qara ləpik götürülmüşdür. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli, 16 A nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X3 orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, X1 halda nalayiq ifadələr işlətməklə Şəki şəhər-Rayon polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səsküy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İnzibati Xətalar Məcəlləsinin 33.1.7 maddəsinin inzibati xətanın sərxoş halda törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 06 iyul 2023-cü il tarixdə saat 23:20-dən inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 100 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar