Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-592/2021 04.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxx 1977-ci il tarixdə Laçın rayonu, Katos kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əlilliyi olmuş və müvəqqəti dayandırılmış, Laçın rayonu, Katos kəndində qeydiyyatda olmaqla Şəki rayonu, X11 Köçkünlər qəsəbəsində yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 497/2017 nömrəli, 07.03.2017-ci il tarixli icra sənədinə əsasə borclular Şəxs, X2, X3, X9 və X5 rayon Meşə Mühafzəsi və Bərpası Müəssisəsinin balansında olan Şəki rayonu Əhmədbəyli ərazisində yerləşən sahəsi 49 kv/m olan finski evdən, sahəsi 35 kv/m olan yaşayış sahəsindən, sahəsi 500 kv/m olan yem anbarından, sahəsi 300 kv/m olan mal tövləsindən, sahəsi 720 kv/m olan mal tövləsindən çıxarılmalı və həmin qeyri-yaşayış, yaşayış sahələri Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sahibliyinə qaytarılmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-497/2017 nömrəli, 07.03.2017-ci il tarixli icra sənədinə əsasə borclular Şəxs, X2, X3, X9 və X5 rayon Meşə Mühafzəsi və Bərpası Müəssisəsinin balansında olan Şəki rayonu Əhmədbəyli ərazisində yerləşən sahəsi 49 kv/m olan finski evdən, sahəsi 35 kv/m olan yaşayış sahəsindən, sahəsi 500 kv/m olan yem anbarından, sahəsi 300 kv/m olan mal tövləsindən, sahəsi 720 kv/m olan mal tövləsindən çıxarılmalı və həmin qeyri-yaşayış, yaşayış sahələri Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sahibliyinə qaytarılmalıdır. İcra sənədi 26.04.2017-ci il tarixdə Şəki Rayonu üzrə İcra Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haçqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir. Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Könüllü icra müddəti bitdikdənsonra borcluya rəsmi xəbərdarlıq göndərilərək Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan Şəki rayonu Əhmədbəyli ərazisində yerləşən ərazidən çıxması tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi şəkildə çıxarılacağı onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq bugünədək icra sənədində göstərilən yaşayış və qeyriyaşayış sahəsindən çıxmamışdır. İcra sənədi üzrə tələbkar Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi 27.03.2018-ci il tarixli ərizə ilə Şəki rayonu üzrə İcra Şöbəsinə müraciət edərək məcburi icra tədbirlərinin dayandırılmasını xahiş etmiş vs icra sənədi üzrə icraat dayandırılmışdır. Lakin tələbkar 08.01.2020-ci il tarixdə ərizə ilə yenidən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət edərək borclular tərəfindən aralarında olan razılığa əməl edilmədiyini bildirmiş və məcburi icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Tərəflərindən 16.06.2020-ci il tarixdə icra sənədi üzrə icraat təzələnmişdir. 04.11.2021-ci il tarixində borclu Şəxs icra və probasiya şöbəsində izahatı alınmış, Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan Şəki rayonu Əhmədbəyli ərazisindən çıxması ondan tələb edilmişdir. Borclu verdiyi izahatında icra sənədində göstərilən yaşayış və qeyri yaşayış sahəsindən çıxa bilməyəcəyini bildirmişdir. Borclu bugünədək icra sənədi üzrə tələbi təmin etməmiş və nəticədə icra sənədi uzun müddət icra edilmədən qalmışdır. Bununlada icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-497/2017 nömrəli, 07.03.2017-ci il tarixli icra sənədinə əsasə borclular X2, X3, X9, X10 və ondan Şəki rayon Meşə Mühafzəsi və Bərpası Müəssisəsinin balansında olan Şəki rayonu Əhmədbəyli ərazisində yerləşən sahəsi 49 kv/m olan finski evdən, sahəsi 35 kv/m olan yaşayış sahəsindən, sahəsi 500 kv/m olan yem anbarından, sahəsi 300 kv/m olan mal tövləsindən, sahəsi 720 kv/m olan mal tövləsindən çıxarılmalı və həmin qeyri-yaşayış, yaşayış sahələri Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin sahibliyinə qaytarılmalıdır. 1993-cü ildən Şəki rayonuna,birbaşa Əhmədbəyli meşə ərazisinə köçmüşlər. Bir neçə dəfə Meşə idarəsinin nümayəndələri ilə görüşmüş, lakin hər hansı razılıq ala bilməmişlər. İcra sənədinin icrası ilə bağlı 2018-ci ildə tələbkarla razlığa gələrək çıxacaqlarını bildirmiş və buna görə də icra sənədinin icrası dayandırılmıpşdır. Lakin sonra heyvanlarına yer tapa bilmədikləri üçün oradan çıxmamışlar. Hazırda Şəki rayonu Əhmədbəyli ərazisində yaşayırlar, həmin ərazi Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin tabeliyindədir. 2012-ci ildə Şəki rayonunda salınmış Yeni Çələbixan qəsəbəsində 405 saylı 2 otaqlı evlə təmin olunmuşdur. Şəki rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin balansında olan Əhmədbəyli ərazisində özü üçün şərait qurduğu üçün Çələbixan qəsəbəsində yalnız məktəbə gedən uşaqları yaşayır. Anaları da uşaqlarla birlikdə qalır. Əhmədbəyli ərazisində o uzun müddətdir ki, təsərrüfatla məşğul olur. Hazırda onun 15 baş malı var. Bütün bunları nəzərə alaraq, onun həmin ərazidən çıxmağı qeyri-mümkündür və çıxmaq istəmir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 600 (altı yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-592/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-592/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver