Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-592/2023 07.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zələryəyev İlkin Fikrət oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Şəki rayonu YPX inpektoru, polis kiçik serjantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Rövşən oğlunun, X6 Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxxxxxx 2003-cü ildə Azərbaycan Respublikası Şəki rayonu, Qoxmuq kəndində doğulmuş, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Qoxmuq ərazi dairəsi, Qoxmuq kəndi qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX inpektoru, polis kiçik serjantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 07 iyul 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və iş materialında qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 19:43 radələrində Şəki-Qax-Zaqatala yolunda nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Şəki rayonu YPX inpektoru, polis kiçik serjantı X5 izahatında göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 19:43 radələrində "Vaz-21074" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili, Şəki-Qax-Zaqatala yolunda qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi, səslərin Çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verməklə, sağa-sola təhlükəli manevrlər edərək avtoxuliqanlıq hərəkətləri edib sosial şəbəkələrdə xüsusilə də özünün Tik Tok səhifəsində paylaşımlar etmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onu məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. X6 Vəkil Bürosunun vəkili X7 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirdi ki, həqiqətən də o, 30 iyun 2023-cü il tarixdə, saat 19:43 radələrində ona etibarnamə ilə məxsus olan “ Vaz 21074” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən yol hərəkəti qaydalarını qərəzli şəkildə müxtəlif üsullarla davamlı olaraq pozmaqla avtoxuliqanlıq etmişdir. Hazırda etdiyi əməlindən peşman olduğunu və bir daha bu cür hərəkətlərin təkrarlanmayacağını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş 07 iyul 2023-cü il tarixli inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəki rayonu, Qoxmuq kənd sakini xx.xx.2003-cü il təvəllüdlü Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 19:43 radələrində "Vaz-21074" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili, Şəki-Qax- Zaqatala yolunda qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi, səslərin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verməklə, sağa-sola təhlükəli manevrlər edərək avtoxuliqanlıq hərəkətləri edib sosial şəbəkələrdə xüsusilə də özünün Tik Tok səhifəsində paylaşımlar etmişdir. Vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapdığı üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinin X12 X9 Xidmətinin inspektoru, polis kiçik serjantı X5 tərəfindən İXP-5528238 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, **-CB-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobilin sürücüsü Şəki-Qax-Zaqatala yolunda intensiv nəqliyyat axını zamanı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi bütöv nişanlanma xəttini kəsərək əks istiqamətli hərəkət zolağına keçir daha sonra əl əyləcindən istifadə edərək avtomobili yerində fırladır. Bu zaman hər iki istiqamətdə nəqliyyat vasitələri dayanır. Bununla sürücü bir-birinin ardınca bir neçə qayda pozuntusuna yol verir və aşkar surətdə həmin hərəkətlərin ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmağa yönəldiyi və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi bəlli olur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, "Vaz-21074" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 30 aprel 2023-cü il tarixli Nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X3 "Vaz-21074" markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Şəxs 12 oktyabr 2031-ci il tarixədək müddəti olan etibarnamə vermişdir. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Buna görə də ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılsın. İnzibati həbsdə olmanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 10:30-dan hesablansın. Qərarın icrası Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-592/2023 07 iyul 2023-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-592/2023 nömrəli, 07 iyul 2023-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev .
Məhkəmə qərarları › İş №3(075)-592/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-592/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver