Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-594/2023 07.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakları ilə 10 avqust 1986-cı il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN:xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Kiçik Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 07 iyul 2023-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, həmin icra sənədi üzrə ödəməli olduğu borcunun ödənişindən qərəzli olaraq yayınmışdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-527/2021-008 saylı, 20 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay hər qazancının və başqa gəlirlərinin 1/3 hissəsi qədər aliment alınaraq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməyərək aliment vaxtında ödənilməmiş, hazırda icra sənədi üzrə 300 manat aliment borcu vardır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2663/2021-003 saylı, 07 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 2453.94 manat kredit borcu və 44.94 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-nə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməyərək kredit borcu ümumiyyətlə ödənilməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-892/2022 saylı, 18 iyul 2022-ci il tarixli icra sənədinə əsasən əmlakların dəyəri 3281.40 manat Şəxs alınaraq X6 verilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində və ondan sonrakı müddətdə tələbin icrası təmin etməmişdir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2329/2022-016 saylı, 08 dekabr 2022ci il tarixli icra sənədinə əsasən Şəxs hər ay iki uşağa görə 260 aliment alınaraq X1 ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü ildə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər Sizə göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilmǝyǝrǝk aliment vaxtında ödənilməmiş, hazırda icra sənədi üzrə 1300 manat aliment borcu vardır. Borclu icra şöbəsinə çağırılmış, çağırışa gəlməmiş, yeri barədə dəqiq verməmiş, aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Eyni zamanda borcu yaşayış yerini dəyişdiyi halda icra məmuruna məlumat verməli olduğu halda məlumat verməmiş, yeri məlum olmadığından xx.xx.2023-cü il tarixdə axtarışa verilmiş, xx.xx.2023-cü il tarixdə polis tərəfindən tapılaraq şöbəyə gətirilmişdir. Borclunun adına banklarda pul vəsaitlərinin və olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq "Elektron icra" sistemi vasitəsilə sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclu fərdi qaydada günemuzd işlədiyini bildirmişdir. Borcludan yaranmış aliment borcunun ödənilməsi tələb edilldi, borclu yaranmış aliment borcunu ödəmədi, izahatında aliment borcunu hazırda tam ödəmədiyini, 30 gün müddətində ödəyəcəyini bildirmişdir. Onun həmin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zərəçəkmiş şəxs X4 etibarnamə üzrə nümayəndəsi X15 izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-892/2022 saylı, 18 iyul 2022-ci il tarixli icra sənədi və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2329/2022-016 saylı, 08 dekabr 2022- ci il tarixli icra sənədi üzrə borcunu tam şəkildə ödənilməsini tələb edir. Qanuni qərar qəbul edilməsini və Şəxs həbs olunaraq cəzalanmasını məhkəmədən xahiş edir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. Borcunu tam olaraq ödəməmə səbəbi maddi imkanının yaxşı olmamasıdır. Hazırda 1950 manat ödəmişdir. Qalıq borcu Bakı şəhərində olan evi artıq satılma ərəfəsində olduğundan bir ay ərzində tam olaraq ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. X13 Vəkil Bürosunun vəkili X16 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 2 (075)-527/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 28 dekabr 2013-cü il təvəllüdlü X7 və 01 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs aylıq qazancının (başqa gəlirlərin) 1/3 hissəsi məbləğində aliment tutularaq X1 verilməlidir. İş materiallarında olan 2 (075)-2663/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, 1487.58 manat məbləğində əsas borc və 966.36 manat faiz borcu olmaqla, ümumilikdə 2453.94 manat borc və 44.94 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq "xxxx" ASC-yə ödənilməlidir. İş materiallarında olan 2 (075)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 2(075)- 527/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş, Şəxs hər ay qazancının və ya başqa gəlirinin 1/3 hissəsi miqdarında X11 qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq 28 dekabr 2013-cü il təvəllüdlü X5 və 01 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Şəxs hər ay hər uşaq üçün sabit pul məbləğində 130 manat olmaqla, cəmi 260 manat aliment tutularaq X6 verilməlidir. İş materiallarında olan tələbin könüllü icrası haqqında 24 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-527/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında 12 yanvar 2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-2663/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında 30 yanvar 2023-cü il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2 (075)-2329/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Şəxs məhkəmə iclası zamanı X1 olan 1450 manat aliment borcunu tam olaraq, qızıl-zinət tələbi üzrə isə olan borcundan 500 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatlarına əsasən və işdə olan materiallara baxaraq hesab edir ki, inzibati xəta üzrə işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkmə eyni zamanda onu da qeyd edir ki, İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 7 5 - c i maddəsinə əsasən t ələbkarların tələblərinin təmin edilməsinin növbəliliyi baxımından; 75.1. Borcludan tutulmuş pul məbləği icra sənədləri üzrə bütün tələblərin təmin edilməsi üçün yetərli olmadıqda, göstərilən məbləğ bu Qanunun 75.2-75.6-ci maddələri ilə müəyyən olunmuş növbəlilik qaydasında tələbkarlar arasında bölüşdürülür. 75.2. Birinci növbədə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın, habelə ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi üzrə tələblər təmin edilir. 75.3. İkinci növbədə əmək hüququ münasibətlərindən əmələ gələn tələblər, vəkillər tərəfindən göstərilən hüquqi xidmətə görə haqq ödənilməsinə dair tələblər, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəllifə çatacaq mükafatın ödənilməsinə dair tələblər təmin edilir. 75.4. Üçüncü növbədə məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə büdcədənkənar dövlət fonduna, habelə icbari tibbi sığorta haqları üzrə icbari tibbi sığorta fonduna ödənişlər üzrə tələblər təmin edilir. 75.5. Dördüncü növbədə dövlət büdcəsinə və üçüncü növbə ilə nəzərdə tutulmamış büdcədənkənar dövlət fondlarına ödənişlər üzrə tələblər təmin edilir. 75.6. Bütün qalan tələblər beşinci növbədə təmin edilir. Bu zaman icra sənədlərinin daxil olma ardıcıllığı əsas götürülür. 75.7. Hər sonrakı növbədən olan tələblər əvvəlki növbədən olan tələblər tam ödənildikdən sonra təmin edilir. 75.8. Borcludan tutulmuş pul məbləği bir növbədən olan bütün tələbləri tam təmin etmək üçün yetərli olmadıqda, bu tələblər hər bir tələbkara verilməli məbləğə mütənasib olaraq təmin edilir. Yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi, Şəxs məhkəmə qətnamələri üzrə ilk növbədə aliment borcu ödənilmiş, daha sonra X1 olan qızıl-zinət tələbi üzrə olan borcundan 500 manat ödəniş etdirilməsi və qətnamə üzrə olan digər borclarını bir ay müddətinə ödəyəcəyinə söz verməsi nəzərə alınmalıdır. Şəxs inzibati məsuliyyətə cəlb edilməsinin əsası kimi onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi olmuşdur. Yəni, o barəsində çıxarılmış məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin tərəflərin izahatı nəticəsində müəyyən olunmuşdur ki, borclu Şəxs tərəfindən qarşı tərəfə indiyədək aliment borcunu mütəmadi ödəmiş, lakin ara sıra aliment borcundan qalıq ödənişlər qaldığından hazırki tarixdə aliment borcu qalmamışdır. Həmçinin məhkəmə işə baxan zaman borclu tərəfindən tələbkara aliment borcundan 1450 manat məbləğində ödəniş edilmişdir. Digər icra sənədləri üzrə olan borclarından 500 manat ödəməklə qalan borcu isə bir ay ərzində tam olaraq ödəyəcəyini bildirmişdir. Belə vəziyyətdə məhkəmə onun icra sənədinin qərəzli olaraq icra etməməsinə şübhə ilə yanaşır və hesab edir ki, hazırki vəziyyətdə borclunun əməlində qərəzlilik yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasənda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş İnzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Şəki rayonu üzrə İcra Şöbəsindən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-594/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-594/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver