Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-595/2022 07.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki regional ərazi şöbəsinin baş əmək müfəttişi X9, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X11 iştirakları ilə X1 X18 Xidmətinin X5 01 avqust 2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 08 avqust 2022-ci il tarixli MN0461654 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X20 şikayət ərizə ilə məhkəməyə müraciət edərək, X18 Xidmətinin X5 01 avqust 2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolunu və həmin protokol əsasında qəbul edilmiş 08 avqust 2022-ci il tarixli MN0461654 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi və tətbiq edilmiş 800 manat məbləğində cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş şəxs X20 ərizəsini onunla əsaslandırmışdır ki, X18 Xidmətinin X5 MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən inzibati xəta törədilməsinə görə barəsində 800 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. O həmin qərarı əsassız və ədalətsiz hesab edir. 20 ildir ki, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Ötən dövr ərzində vəzifəli şəxs qismində barəsində inzibati məsuliyyətə cəlb edilmə halı olmamışdır. Müəssisə enerji istehsalı ilə məşğul olur və istehsal etdiyi enerjini Azərİşığa sataraq gəlir əldə edir. İş prinsipləri belədir. Enerji istehsalı da bir başa yağış suyunun və qar suyunun hesabına, kiş çayı vasitəsi ilə əldə edilir. Son vaxtlarda qarın və yağışın miqdarının az olması səbəbindən MMC-nin gəlirləri azalmışdır. Qazanclarının demək olarki hamısı əmək haqqı borcuna və dövlətə olan vergi və DSMF borcuna silinir. Belə olan halda ondan asılı olmayan səbəblərdən əmək haqqının ödənilməsində çətinliklər yaranmışdır. Qərarı qəbul edən subyekt inzibati xəta haqqında qərar qəbul etməmişdən öncə ondan bunun səbəbləri barədə arayış və sənədlərin surətini götürmüşdür. Bundan sonra isə şöbəyə dəvət edilərək xx.xx.2022-ci il tarixdə barəsində inzibati protokol tərtib edilmişdir. Daha sonra isə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Ümumiyyətlə inzibati məsuliyyətə cəlb edilməzdən öncə inzibati xətanın baş verib-vermədiyi yoxlanılmalı, toplanan sübutlar qiymətləndirilməli, əməlin təqsirli olub-olmadığı müəyyənləşdirilməli nəticədə qərar qəbul edilməlidir. Əgər icraata xitam verilməsi üçün əsaslar varsa iş üzrə qərar qəbul edilməlidir. Halbu ki, qərarı qəbul edən subyekt qərar qəbul edərkən qanunvericiliyin bir sıra tələblərini nəzərə almamışdır. Müfəttişlik tərəfindən qeyd olunan hallar sübut edilməmiş, sübutların qiymətləndirilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. Sübutların qiymətləndirilməsi mərhələsi olmadığı üçün qəbul edilən qərar qanunsuz və ədalətsizdir. Əmək müfəttişliyinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, araşdırmanın nəticəsində inzibati xətanın olduğu qənaətinə gəlinmiş və faktın təsdiq edilməsi hissəsində qeyd edilmişdir ki, bu fakt "xxxx" MMC-dən alınan xx.xx.2022-ci il tarixli **********9 nömrəli sənədlərdən və xx.xx.2022-ci il tarixli izahat ilə təsdiq edilir. Halbu ki, həmin sənədlərdə müəssisə əmək haqqı borcunun yaranması səbəbini özündən asılı olmadığını ortaya qoyur. Həmin sənədlərdə təqsirin olmadığı sübuta yetir. O protokolun qeyd hissəsində də qeyd etmişdir ki, təqsirliliyi sübut edilmədiyi üçün xitam verilməlidir. Buna baxmayaraq müfəttişlik barəsində cərimə tətbiq etmişdir. İnzibati xəta haqqında protokol "xxxx" MMC-nin işçisi guya Sahib Abdurəhmanovun müraciətinə baxılması ilə bağlı xx.xx.2022-ci il tarixdə yazılmışdır. Halbu ki, S.Abdurəhmanov, onun müraciətinə baxılması ilə bağlı müfəttişliyə dəvət edilməmiş, müraciətinin mahiyyəti aydınlaşdırılmamış, müraciətə baxılmasına formal yanaşılmışdır. Belə ki, S.Abdurəhrttano barəsində protokol tərtib edildiyini biləndən sonra xx.xx.2022-ci il tarixdə müfəttişliyə teleqram vuraraq müraciətinin mahiyyətini müfəttişliyə izah etmiş, bildirmişdir ki, məqsədi rəhbərliyi inzibati məsuliyyətə cəlb etdirmək deyildir. O onun əmək haqqının ödənilməsinə maddi köməkliyin göstərilməsini dövlətin rəhbərliyindən xahiş etmişdir. Onun müraciəti ondan asılı olmayan səbəblərdən Əmək müfəttişliyinə göndərilmişdir. S.Abdurəhmanov teleqramın sonunda da inzibati icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin MMC-nin işçiləri də müfəttişliyə teleqram vuraraq rəhbərliyin inzibati cərimə edilməməsini, inzibati icraata xitam verilməsini xahiş etmiş, məqsədlərinin şikayət yox, kömək edilməsi məqsədli olduğunu diqqətə çatdırmışlar. Qeyd etmişlər ki, onsuzda maliyyə vəziyyəti çətin olan durumda müdiriyyətin də cərimə edilməsi heç də yaxşı hal deyildir. Lakin bütün bunlara baxmayaraq müfəttişlik tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati işə baxılması üçün çağırılmış və həmin gün də əlavə etiraz təqdim etmişdir. Lakin inzibati xəta haqqında protokol üzrə işə baxan vəzifəli şəxs bütün bunları gözardı edərək işə qərəzli yanaşma sərgiləmişdir. Həmin şəxslərin məhkəmə gedişatında dinlənilməsi zərurəti vardır. İnzibati araşdırmanın başlanması barədə qərar qəbul edilməmişdir. Qərar ona təqdim edilməmişdir. Materiallarla tanış olan zaman məlum olmuşdur ki, hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılmasının yekunlaşdığı vaxtın tarixi müəssisənin ona verdiyi cavabın alındığı tarix ilə təsdiq olunur. Müfəttişliyin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, əlavə məlumatların verilməsinə dair müəssisənin məktubunu almışdır. Yəni müfəttişlik əgər inzibati xətanı aşkar edibsə bunu xx.xx.2022-ci ildə aşkar etdiyini təsdiq etmiş hesab olunur. Belə olan halda 4 gün sonra protokol tərtib edilir. İnzibati məsuliyyətə cəlb etmə ilə bağlı protokol və qərar tam əsassızdır. Ona görə ki, onun təqsirliliyi heç bir formada sübut olunmur. Belə ki, o idarənin hesabına daxil olan bütün gəliri əmək haqqı borcu və dövlətə vergi və dsmf üçün ayırmışdır. Buna dair sənədləri aidiyyəti üzrə müfəttişliyə təqdim etmişdir. Onsuz istəsə belə bundan kənar hərəkət etmək iqtidarında deyildir. Çünkü müəssisənin vergi və dsmf borcu var. Buna görə də vergi orqanı tərəfindən müəssisənin hesabına inkasso qoyulmuş, hesaba daxil olan məbləğlərin bir qismi yalnız vergi orqanının icazəsi ilə əmək haqqı borcuna yönəldilə bilir. Digər qismi isə vergi və dsmf borcuna görə silinir. Başqa xərclərə yönəldilən pul ayrılması ilə bağlı bankda əməliyyat aparılması mümkün deyildir. Onun hərəkəti tam məhduddur. İstehsal etdikləri enerjinin pulu nədirsə gəlirləri də odur. Əgər o gəlirləri başqa yerlərə xərcləmiş olsaydı və ya hazırda hesabda pul olduğu halda əmək haqqı borcunu ödəməmiş olsaydı, o zaman onun əməlində təqsir olardı. Hazırki vəziyyətdə o özünü təqsirli hesab etmir. İnzibati məsuliyyətə cəlb edərkən yalnız təqsirli əmələ qiymət verilməlidir. Bundan əlavə prosessual normaların tələbləri də pozulmuşdur. Məhkəmə iclasında şikayətçi X20 ərizəyə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Əmək Məcəlləsinin 178-ci maddəsinin tələbləri pozulmuş, müvafiq araşdırma aparılmadan və onun təqsiri sübuta yetirilmədən barəsində protokol tərtib olunmuşdur. Əldə olunan vəsait əmək haqqına yönəldilmişdir. X4 əmək haqqısı, onun özünün və muhasibin əmək haqqlarının gecikdirilməsi hesabına artıq ödənilmişdir. X18 Xidmətinin X5 01,08.2022-ci il tarixli, MN ******* saylı protokolu üzrə qəbul edilmiş MN № ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərarının və protokolunun ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilərək tətbiq edilmiş 800 manat cərimənin sistemdən silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X18 Xidmətinin X5 nümayəndəsi X15 şikayətə etiraz edərək, bildirdi ki, çayda suyun azalması işçinin əmək haqqının gecikdirilməsinə əsas ola bilməz. Hər bir halda müəssisəsdə əmək haqqı fondu saxlanılmalıdır. Əmək Məcəlləsinin 178-ci maddəsinə əsasən müəssisəsinin maliyyə vəziyyətindən asılı olmayaraq, hətta əmlakı satılsa belə işçinin əmək haqqı ödənilməlidir. Göründüyü kimi Əmək Müfəttişliyi qərar qəbul edəndən sonra şikayətçinin əmək haqqısı ödənilmişdir. İşə götürən əmək müqaviləsi bağlayarkən artıq üzərinə götürdüyü öhdəlikləri icra etməlidir. Müəssisə fəaliyət göstərirsə və satış varsa artıq işəgötürənin işçinin əmək haqqının ödəmək borcudu. Müfəttişlik zəruri olan araşdırmanı aparıb, X11 təqsiri sübut olunur. Ərizənin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 08 avqust 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin tələbləri pozularaq "xxxx" MMC-nin direktoru X20 tərəfindən həmin müəssisənin işçisi X2 5 ay yarım müddətdə əmək haqqısı ödənilməmişdir. Bu səbəbdən də X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-ci maddəsi ilə təqsirli bilinərək 800 manat cərimə olunmuşdur. "xxxx" MMC-nin 30 yanvar 2020-ci il tarixli, 01-2020 nömrəli əmrindən görünür ki, "xxxx" ASC-nin 15 fevral 2019-cu il tarixli 1ərarı ilə "xxxx" MMC-nin direktoru səlahiyyətlərinin müvəqqəti icra edilməsi X16 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə X7 arasında bağlanmış 29 fevral 2020ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, sonuncu, 01 mart 2020-ci il tarixdən müəssisədə elektrik montyoru vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan "xxxx" MMC xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Abdurahmanov Sahib oğluna hesablanmış və ödənilmiş əmək haqqı cədvəlindən görünür ki, olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixə Abdurahmanov Sahib oğluna 2022ci ilin yanvar-iyun ayları üzrə cəmi 5.5 ay üçün 2150.47 manat əmək haqqı borcu vardır. İş materiallarına əlavə edilmiş ASK Şəki SES MMC-nin 01.112021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində aparılan maliyyə əməliyyatları barədə məlumatdan görünür ki, həmin dövr ərzində müəssisəyə daxil olan vəsaitin məbləği 103804, 82 manat omuşdur. Həmin vəsaitin 59906,58 manatı ilə əmək haqqları ödənilmiş, 40040,58 manatı isə əmək haqqı ilə bağlı ödənişlərə sərf olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, ərizəçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. X18 Xidmətinin X5 08 avqust 2022-ci il tarixli MN0461654 nömrəli inzibati tənbeh vermə haqqında qərarında X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi qeyd edilsə də, X20 inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmiş inzibati xətanı törətmədiyini göstərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC 86 ildir su elektrik stansiyası kimi elektrikenerjisinin istehsalı və satışı ilə məşğul olur. Azərbaycanın vahid enerji sistemində "xxxx" ASC ilə müqavilə əsasında istehsal etdiyi enerjini satır. Müəssisənin əsas gəlirləri enerji satışından formalaşır. 2022-ci ilin birinci rübündə proqnozdan az elektrik enerjisi istehsalı birbaşa ekoloji vəziyyətin dəyişməsi, yəni Kiş çayının sululuğunun azalması səbəbindən olmuşdur. Belə ki, stansiya Kiş çayından götürülən su hesabına fəaliyyətini qurur. Bu səbəbdən də müəssisə nəzərdə tutulmuş gəlirləri əldə edə bilməmiş, əmək haqqı ödənişlərinin və digər borcların (DSMF, vergi və sair) ödənilməsində gecikmələr yaranmışdır. Müəssisəyə daxil olan bütün vəsait hissə demək olar ki, tamamilə əmək haqqlarının ödənilməsinə yönəlmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən X18 Xidmətinin X6 ünvanlanmış 27 avqust 2022-ci il tarixli məktubdan görünür ki, müəssisədə elektrik montyoru vəzifəsində işləyən X3 işlədiyi dövr ərzində gecikdirilmiş 2150.47 manat və əlavə olaraq iyul ayı üçün 289.10 manat, cəmi 2539.57 manat əmək haqqı onun əmək haqqı kartına ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi hazırkı işdə qanunvericiliyin qeyd edilən tələblərinin pozulmasını istisna edən hallar mövcuddur. Belə ki, "xxxx" MMC tərəfindən səhlənkarlıq nəticəsində deyil, fors-major hallar nəticəsində X3 əmək haqqı gecikdirilmişdir. Ona görə də, X18 Xidmətinin X8 tərəfindən X11 barəsində tərtib edilmiş 08 avqust 2022-ci il tarixli MN0461654 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edilərək ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizə təmin edilsin. X18 Xidmətinin X8 tərəfindən X11 barəsində tərtib edilmiş 01 avqust 2022-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 08 avqust 2022-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-595/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-595/2022
07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver