Məhkəmə qərarları › İş №3(075)-596/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-596/2020

27.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-596/2020 27.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan Şəki rayonu, Cunud kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 112/2020-005 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2019-cu tarixdən xx.xx.2014-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat, cəmi 240 manat aliment tutularaq X5 verilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-112/2020-005 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2019-cu tarixdən xx.xx.2014-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat, cəmi 240 manat aliment tutularaq X5 verilməlidir. İcra sənədi xx.xx.2020-ci ildə tarixində icraata daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsini təmin etməmiş və Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməmişdir. Həmçinin könüllü icra müddəti ərzində icra sənədi üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün borcluya dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbin icrası təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası i ə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi ilə bağlı müxtəlif dövlət orqanlarında və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı əmlak və ya qızıl-zinyət əşyası aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlmiş, tərəfimizdən izaahatı alınmış və verdiyi izaahatında bu ayın sonunda 10 günlük əmək haqqını götürüb ödəyəcəyim bildirmişdir. Borclu barəsində xx.xx.2020-ci il tarixində protokol tərtib edilmiş, baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol baxılıb qurtaranadək borcluya gözləməsini bildirməyimizə baxmayaraq borclu protokol baxılanadək qaçıb getmiş, bu səbəbdən məhkəmədə protokola baxılması mümkün olmamışdır. Borclu Şəxs hal-hazırda 2880 manat aliment borcu vardır. Həmçinin Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixdə də inzibati protrokol tərtib edilmiş, lakin şəxs məhkəməyə gətirilənədək qaçdığından onun barəsində tədbir görülməsi mümkün olmamışdır. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:10-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-112/2020-005 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2019-cu tarixdən xx.xx.2014-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat, cəmi 240 manat aliment tutularaq X5 verilməlidir. İcra sənədindən xəbəri var. Lakin maddi imkanı olmadığından icra sənədi üzrə borcunu tam şəkildə ödəyə bilməmişdir. Bildirmişdir ki, günü 13 manata findiq bağında işləyir. Həmçinin qeyd etdi ki, icra məmuru tərəfindən barəsində xx xxxxxxx 2020-ci il tarixdə də inzibati protrokol tərtib edilmiş və məhkəməyə gətirilmişdir. Lakin məhkəməyə gətiriləndən sonra zalın qarşısında bir müddət gözlədikdən sonra acdığından çıxıb getmişdir. Əlavə olaraq bildirdi ki, xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 12:10-da məhkəməyə aparılmışdır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 112/2020-005 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2019-cu tarixdən xx.xx.2014-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün sabit pul məbləğində 120 manat, cəmi 240 manat aliment tutularaq ona verilməlidir. Lakin Şəxs icra sənədi üzrə heç bir ödəniş etmir. İcra sənədini icra etməkdən qəsdən yayınır. Bu da onun uşaqlarının maddi sıxıntılar çəkməsinə səbəb olur. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs xx xxxxxxx 2020ci il tarixdən, saat 10:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 12:10-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:30-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, xx xxxxxxx 2020-ci il tarixdən, saat 10:30-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar