Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-596/2022 25.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixində Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki rayonu, Böyük Dəhnə kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: xx.xx.2022-ci il tarixli inzibati xəta barədə protokolda göstərilir ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 536 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 499 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075) 4938/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1484,21 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nın xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-5270 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 399,18 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 536 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 499 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075) 4938/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 1484,21 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nın xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-5270 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 399,18 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bildirmişdir ki, qeyd olunan icra sənədləri müxtəlif tarixlərdə icraata daxil olmuş, həmin tarixlərdə tələbin könüllü icrası üçün borcluya 10 gün müddətində vaxt verilmişdir. Lakin, könüllü icra müddəti ərzində icra sənədlərinin icrası təmin edilməmişdir. Görülmüş icra tədbirləri nəticəsində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirlər aşkar edilməmişdir. İcra sənədləri üzrə borclu Şəxs müxtəlif tarixlərdə dəfələrlə rəsmi xəbərdarlıqlar edilərək borc məbləğlərini ödəməsi tələb edilsə də, borclu həmin xəbərdarlıqlara da heç bir əhəmiyyət verməmişdir. Daha sonra yaşadığı yeri müəyyən etmək mümkün olmamış və xx.xx.2022-ci il tarixində barəsində axtarış qərarı qəbul edlərək Şəki ŞRPŞ-yə göndərilmişdir. xx.xx.2022-ci il tarixində Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Həmin tarixdə bir daha ona icra sənədləri üzrə tələbin mahiyyəti vo qanunvericiliyin tələbi izah edilərək borclarından əsaslı ödəniş etməsi tələb edilmiş, lakin onun tərəfindən heç bir ödəniş edilməmişdir. İzahatında bildirmişdir ki, əvvəllər «Avromed» şirkətində işləməklə qazanc əldə edib, hazırda isə restoranlarda ofisiant işləyir. Həmin borcları ödəmək üçün maddi vəziyyətinin kifayət etmədiyini göstərmiş, borcları isə hissəhissə ödəyəcəyini bildirmişdir. Göründüyü kimi borclu Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə və borcu ödəmək üçün faktiki imkanları olmasına baxmayaraq heç bir üzrlü səbəb olmadan icra sənədləri üzrə borclarının heç bir hissəsini ödəməmişdir. Göstərilənlərə əsasən borclu İbrahimov X2 Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu axtarışla xx.xx.2022-ci ildə saat 11:00-da İcra şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra saat 14:10-da məhkəməyə gəlmişlər. Protokolu müdadiə edir. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Şəki regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 536 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 499 manat məbləğində pul vəsaiti və 25 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsinin 2(075) 4938/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan cəmi 1484,21 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" KB ASC-nın xeyrinə ödənilməlidir. Şəki regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş 8İ-5270 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan 399,18 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərindən məlumatı vardır. Maddi vəziyyəti ağır olduğu üçün borclarını ödəyə bilməmişdir. Bildirmişdir ki, o, əvəllər 2020-ci ilin sonlarına kimi “Avromed” şirkətində işləmişdir. Aylıq 300-350 manat qazancı olmuşdur. “Avromed” şirkətindən çıxdıqdan sonra restoranda ofisiant işləmişdir. Gündəlik 30-40 manat qazancı olmuşdur. Hal-hazırda borclarını ödəməyə maddi imkanı yoxdur. Yeni iş tapsa borclarını ödəyəcəkdir. Əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 11:00-da polis əməkdaşları tərəfindən məcburi Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Barəsində protokol tərtib olunmuş daha sonra məhkəməyə gəlmişlər. Əməlindən peşmandır. Himayəsində 1 azyaşlı övladı vardır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 25 avqust 2022ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 14:10-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 25 avqust 2022-ci il tarixdən, saat 11:00-dan məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 25 avqust 2022-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İbrahimov X2n Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Şəxs inzibati həbsə alınmasının əvvəli 25 avqust 2022-ci il tarixdə, saat 11:00-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-596/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-596/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver