Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-597/2022 29.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əlilliyi olmayan, iki dəfə inzibati məsuliyyətə cəlb olunmuş ünvan 1 ünvanında qeydiyyatda olan, Şəki şəhəri 118-ci kvartalda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta barədə protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 281/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən Şəxs 20 iyul 2008-ci il təvəllüdlü Ebrunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən hesablanmaqla hər ay cəmi 30 manat aliment alınaraq tələbkar X4 ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Qasımov Elçin Hicran oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-281/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 20 iyul 2008-ci il təvəllüdlü Ebrunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən hesablanmaqla hər ay cəmi 30 manat aliment alınaraq tələbkar X4 verilməlidir. İcra sənədi üzrə xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılmış və aliment borcunun ödənilməsi üçün borcluya 10 gün könüllü müddət verilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbin icrası təmin edilməmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclunun yaşadığı yeri dəqiq müəyyən etmək mümkün olmadığı üçün xx.xx.2020-ci ildə barəsində axtarılması haqqında qərar qəbul edilmişdir. Borclu xx.xx.2020-ci il tarixdə Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən şöbəyə təqdim edilmişdir. Borclu xx.xx.2020-ci il tarixli izahatında yaranmış 3630 manat aliment borcunu hal-hazırda və bundan sonrada ödəyə bilməyəcəyini bildirmişdir. Ona görədə borclu barəsində inzibati xəta haqqında protokola Şəki Rayon Məhkəməsinə müraciət edilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə borclu 500 manat məbləğində inzibati cərimə edilmişdir. Borcluya aliment borclarını ödəməsi üçün yeni müddət təyin edilmiş və bir neçə dəfə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Lakin, borclu ona təyin edilmiş yeni müddət ərzində də hər hansı aliment məbləğinin ödənilməsini təmin etməmiş və aliment borcu artaraq 3990 manat olmuşdur. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandığından Şəki Rayon Məhkəməsinə müvafiq təqdimat göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-121/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclu xx.xx.2021-ci il tarixdə şöbəyə dəvət edilmişdir. Borclu yazdığı izahatında heç yerdə işləmədiyini, artıq himayəsində üç uşağın olduğunu bildirmiş və yaranmış 4050 manat aliment borcundan heç bir ödəniş etməmişdir. Ona görə də xx.xx.2021-ci il tarixdə borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq Şəki Rayon Məhkəməsinə təqdim edilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)- 297/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə borclu Şəxs 500 manat inzibati cərimə edilmişdir. Borclu inzibati məsuliyyətə cəlb olunduqdan yeni müddət təyin edilmiş və cinayət məsuliyyəti barədə xəbərdarlıq olunmuşdur. Lakin, borclu bu müddət ərzində də hər hansı aliment məbləğinin ödənilməsini təmin etməmişdir. Hal-hazırda borclunun aliment borcu 4500 manat təşkil edir. Borclu xx.xx.2022-ci il tarixli izahatında hal-hazırda yaranmış aliment borclarını ödəməyi üçün gəlir yeri olmadığını, ancaq iş tapandan sonra aliment borclarını hissə-hissə ödəyə biləcəyini bilirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-281/2010 nömrəli, xx.xx.2010-cu il tarixli icra sənədinə əsasən ondan 20 iyul 2008-ci il təvəllüdlü Ebrunun yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2010-cu il tarixdən hesablanmaqla hər ay cəmi 30 manat aliment alınaraq X4 ödənilməlidir. Maddi imkansızlığından, o, borcunu ödəyə bilməmişdir. Belə ki, o, hal-hazırda işləmir. İkinci ailəsindən üç qızı var. İş tapdıqdan sonra borcunu az-az ödəyəcəkdir. Qeyd olunanları nəzərə alıb qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Afət İmranovnanın əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Göründüyü kimi, Şəxs icra məmurunun qanuni tələblərini əməl etməkdən qəsdən boyun qaçırmış, məhkəmə qərarlarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər vaxt keçməsinə baxmayaraq borcunu ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, Şəxs icra məmurunun qanuni tələblərinə əməl etməkdən qəsdən boyun qaçırmasını, məhkəmə qərarının qəbul edilərək icraya yönəldilməsindən kifayət qədər müddətin keçməsinə baxmayaraq icra sənədi üzrə borcunu ödəməməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-597/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-597/2022
29.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver