Məhkəmə qərarları › İş №3(075)-6/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-6/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-6/2023 03.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Şəki- Zaqatala regional şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 13 sentyabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 bildirmişdir ki, o, Şəki-Zaqatala regional Təhsil İdarəsinin Maliyyə- İqtisadiyyat sektorunun müdiri vəzifəsində işləyir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən ona ünvanlanmış bildirişı aldıqdan sonra aydın olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş qərarla 1000 manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas kimi Şəki-Zaqatala regional Təhsil İdarəsinin Balakən rayonu UGİSM-də dərs hissə müdiri vəzifəsində işləyən X3 15 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci ilədək olan dövr üçün ezamiyyə xərclərinin hesablanıb ödənilməməsi göstərilmişdir. Onun vəzifəsi həmin məbləğin hesablanması barədə müvafiq sənədləşmə işinin aparılmasından ibarətdir. O, hər ay maliyyə şöbəsinə, Elm və Təhsil Nazirliyinə ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı sifariş vermişdir. Lakin vəsait olmadığına görə ödəniş olunmamışdır. Vəsait sentyabr ayında olmuş və həmin ayda da ezamiyyə xərci ödənilmişdir. Ona görə də, 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X4 bildirmişdir ki, X6 iki dəfə, yəni 02 may 2022-ci il tarixdən 06 may 2022-ci il tarixədək və 15 iyun 2022-ci il tarixdən 24 iyun 2022-ci ilədək şahmat yarışında iştirak etmək üçün Bakı şəhərinə ezam olunmuşdur. Bundan sonra o, ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı müraciət etmiş, lakin sentyabr ayında müəyyən olunmuşdur ki, həmin vaxtadək ezamiyyə xərcləri ödənilməmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, Şəki- Zaqatala regional Təhsil İdarəsi tərəfindən həmin xərclərin ödənilməsi aidiyyəti qurumlara yönəldilmiş, lakin bundan imtina edilmişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X8, X10 Xidmətinin Şəki regional ərazi şöbəsinlazımi qaydada çağırılmış, lakin o, araşdırmada iştirak etməmiş, həmçinin sübutlar təqdim etməmişdir. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan da məlumatı olmuşdur. Sözügedən qərarın X7 çatdırılmasını sübut edən xəbərnamə də vardır. Göründüyü kimi X8 onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür. Ona görə də, şikayətin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X10 Xidmətinin Şəki regional ərazi şöbəsi 13 sentyabr 2022-ci il tarixli məktubunun və həmin məktubun göndərilməsi barədə ********* nömrəli məxaric qəbzinin təsdiq olunmuş surətindən görünür ki, X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar X7 göndərilmişdir. İş materiallarına əlavə edilmiş X14 Filialının 28 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, 13 sentyabr 2022-ci il tarixdə Şəki-Zaqatala regional Təhsil İdarəsinə ünvanlanmış SS817984994AZ nömrəli məktub 20 sentyabr 2022-ci il tarixdə idarənin əməkdaşı Y.Hüseynova tərəfindən qəbul edilmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından müəyyən olunur ki, X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 20 sentyabr 2022-ci il tarixdə Şəki-Zaqatala regional Təhsil İdarəsinə rəsmi qaydada təqdim edilsə də, həmin qərardan şikayət üç aya yaxın müddət ötürülməklə, yəni 17 dekabr 2022-ci il tarixdə poçta, 20 dekabr 2022-ci il tarixdə isə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Başqa sözlə desək, X8 tərəfindən X10 Xidmətinin Şəki regional ərazi şöbəsinin qəbul etdiyi 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət vermə müddəti 30 sentyabr 2022-ci il tarix olmasına baxmayaraq, həmin qərardan 17 dekabr 2022-ci il tarixdə şikayət verilməklə qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, ötürülmüş müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 05 sentyabr 2022ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən barəsində tərtib edilmiş 05 sentyabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 13 dekabr 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar