Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-60/2022 25.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şikayətçi: X3 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli, MN-0842103 nömrəli və Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli, MN-0842104 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli, MN-0842103 nömrəli və Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli, MN-0842104 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən hakim Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, "xxxx" MMC-nin OBA-Şəki 5 filialında mağaza müdiri vəzifəsində çalışır. Vəzifəsi mağazada satış həyata keçirmək, şirkət tərəfindən göndərilən ərzaq məhsullarını qəbul etmək və tabeçiliyində fəaliyyət göstərən işçi heyətinə nəzarət etməkdən ibarətdir. Bildirmişdir ki, şirkət tərəfindən onun Şəki şəhərində fəaliyyət göstərən flialına göndərilən məhsullar əgər cox olarsa ilkin olaraq mağazanın qarşısında yığılaraq yoxlanıldıqdan dərhal sonra anbara yığılır. Bundan sonra mağazaya göndərilən məhsullar aidiyyatı üzrə marketdəki rəflərə yığılaraq həmin rəflərdən müştərilərə satışı həyata keçirilir. 07.01 2022-ci il tarixində şirkət tərəfindən mağazada satış üçün qida və qeyri qida məhsulları göndərilmişdir. Hər zaman olduğu kimi göndərilən məhsullar ilkin olaraq düzgünlüyünü yoxlamaq üçün mağazanın qarşısına yığılmış, yoxlanıldıqdan sonra nəzarət edərək mağazaya daşınmasında iştirak etmişdir. Mağazaya satış üçün göndərilən məhsullar xüsusi paketlərdə və politlərdə göndərilir. Bu zaman bəzi məhsullar anbara yığılmadan elə mağazanın qarşısında paketdən çıxarılaraq birbaşa mağazadakı rəflərə vurlmuşdur. Bu zaman məhsulların olduğu xüsusi paketlər və politlər elə mağazanın qarşısına yığılır və işlər yekunlaşdıqdan sonra onlar zibil qutularına atılır. Lakin məhsulların mağazaya yığılmasının sonunda Şəki rayon Polis Şöbəsinin İTB-nın polis sahən rəisi polis leytenantı X7 mağazaya yaxınlaşaraq əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə istinad edərək barəsində MN № ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edərək məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə onu 50 (əlli) manat məbləğində və İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə istinad edərək barəsində MN № ******* inzibati tənbeh vermə haqqında qərar qəbul edərək qanunsuz küçə ticarəti kimi özlüyündə tövsif edərək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə də onu 80 (səksən) manat məbləğində cərimə etmişdir. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyildir. Belə ki, o, mağazanın qarşısına hər hansı tullantı atmamış və ya mağazanın qarşısında qanunsuz küçə ticarəti ilə məşğul olmamışdır. Həmin zaman da polis əməkldaşlarına etiraz etmiş və ərizə yazaraq onun qanunsuz olaraq cərimələnməsini bildirmişdir. Bu səbəbdən də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, barəsində tərtib edilmiş protokol və qərar qanunsuz və əsassızdır. Şikayəti müdafiə edir. Şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə olan Şəki ŞRPŞ tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli protokoldan və onun əsasında qəbul edilmiş Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 07 yanvar 2022-ci il tarixdə təxminən saat 13:40 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti “OBA” Marketin qarşısında məişət tullantılarını urnalardan kənara atmışdır. Bu səbəbdən də X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat cərimə olunmuşdur. İşdə olan Şəki ŞRPŞ tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli protokoldan və onun əsasında qəbul edilmiş Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 07 yanvar 2022-ci il tarixdə təxminən saat 13:40 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti “OBA” Marketin qarşısında çox sayda şəkər tozu kisələri yığmış və qanunla müəyyən olunmamış yerdə küçə ticarəti ilə məşğul olmuşdur. Bu səbəbdən də X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (səksən) manat cərimə olunmuşdur. İşdə olan Şəki ŞRPŞ tərəfindən tərtib edilmiş 07 yanvar 2022-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli tənbeh vermə haqqında qərarından görünür ki, X4 07 yanvar 2022-ci il tarixdə təxminən saat 13:40 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti “OBA” Marketin qarşısına kisələri yığmış və yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə qanunsuz küçə ticarəti ilə məşğul olmuşdur. Bu səbəbdən də X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü və 454-cü maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin protokollar əsasında 07 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə təqsirli bilinərək 80 (əlli) manat, cərimə olunmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş materiallarda olan fotoşəkildən görünür ki, sözügedən mağazanın qarşısına xüsusi qablar, polit və ərzaq qoyulmuşdur. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublİkasının Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) dedikdə-əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görəəlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə iclasında müəyyən edildi ki, şikayət vermiş şəxs X3 müdiri olduğu "xxxx" MMC-nin Şəki şəhərində yerləşən OBA-Şəki 5 mağazasının qarşısında xüsusi qabların, taxta politlərin və onların qalıqlarının yığması, həmçinin həmin mağazanın qarşısında ərzaq məhsullarını qoyması işə əlavə edilmiş fotoşəkillərdən görünsə də X3 həmin ərazidə küçə ticarəti ilə məşğul olması və ya onun tullantıları urnalardan kənara tullaması hər hansı mötəbər sübutla təsdiq olunmur. Məhkəmə hesab edir ki, marketin qarşısındakı xüsusi qabların (tara) qalıqlarının, taxta palitlərin qoyulması məişət tullarının urnalardan kənar yerlərə atılması kimi, həmçinin mağazadakı rəflərə yerləşdirilməsi üçün müvəqqəti olaraq mağazanın qarşısına qoyulmuş ərzaq məhsulları küçə ticarəti ilə məşğul olma kimi qiymətləndirilməməlidir. Bundan əlavə Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi inzibati xətanı aşkar etdiyi halda hal şahidlərinin iştirakı ilə qeyd olunan faktın olması ilə bağlı akt tərtib etməli, şahidlər dindirilərək izahatları alınaraq işə əlavə etməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hüquq və vəzifələrini izah etməli, inzibati xəta haqqında protokolda və ya ayrıca barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı qeyd etməlidir. Lakin qeyd olunanlara inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən əməl edilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 barəsində tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli, MN-0842103 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar, həmçinin 07 yanvar 2022-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarlar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şikayət təmin edilsin. X3 barəsində tərtib edilmiş 07 yanvar 2022-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol, həmin protokol əsasında qəbul edilmiş 07 yanvar 2022-ci il tarixli, MN-0842103 nömrəli inzibati tənbeh verilməsi haqqında qərar, həmçinin 07 yanvar 2022-ci il tarixdə tərtib etdiyi MN seriyalı, ******* nömrəli protokol və onun əsasında qəbul edilmiş Şəki ŞRPŞ-nin 07 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh verilməsi haqqında qərarlar ləğv edilsin iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №3(075)-60/2022
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-60/2022
25.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver