Məhkəmə qərarları › İş №3(075)-600/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-600/2022

30.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-600/2022 30.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X3, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, 17 avqust 1989-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əlilliyi olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1ci, 333.2, 342.2.3 və 342.7-ci maddələri ilə Şəki ŞRPŞ-dan daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: 30 avqust 2022-ci il tarixli İnzibati xəta barədə Protokolda göstərilmişdir ki, Şəxs 30 avqust 2022-ci il tarixdə Şəki ŞRPŞ DYPB-nin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və xırda xuliqanlıq hərəkətləri etmişdir. Həmçinin işdə olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-nin 333.2, 342.2.3 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin, polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində Şəki şəhəri, M.F.Axundov küçəsində Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Azər Quliyev və Şəki ŞRPŞ-nin YPX inspektoru polis baş serjantı Bəhman Tanrıverdiyevlə birlikdə **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olduqları zaman “VAZ 2107” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Şəki şəhəri, F.X.Xoyski küçəsində sərt manevr etmiş və xarici görünüşündə konstruksiya dəyişikliyi müəyyən edildiyi üçün onlar tərəfindən saxlanılmışdır. Polis inspektorları özlərini həmin sürücüyə təqdim etmiş, sənədlərini təqdim etməsini bildirmişlər. Həmin sürücü sənədlərinin olmamasını bildirmişdir. Bu zaman sürücünün nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün polis əməkdaşları tərəfindən alkotesterlə yoxlanılmışdır. Sürücüdə orta dərəcəli sərxoşluq aşkar edilmişdir. Polis inspektorları sürücüyə avtomobili müvəqqəti duracağa yerləşdirilməli olduğunu bildirmişlər. Bu zaman sürücü ünvansız nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq avtomobilə əyləşib qaçmaq istəmişdir. Lakin polis inspektorları tərəfindən sürücü YPX avtomobilinə əyləşdirilərək polis şöbəsinə gətirilmişdir. Şəki ŞRPŞ-də sürücünün Şəxs olması müəyyən olunmuşdur. Bundan sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İXM-nin 333.2, 342.2.3 və 342.7-ci maddələri üzrə inzibati xəta haqqında protokolu tərtib edən şəxs X2 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 29 avqust 2022ci il tarixdə saat 23:30 radələrində DYPB-nin YPX inspektoru polis baş serjantı Azər Quliyev birlikdə Şəki şəhəri, M.F.Axundov küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olduqları zaman “VAZ 2107” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin qeydiyyat nişanı standartlara uyğun olmadığı, işıq cihazlarından istifadə etmədiyi və sərt manevr etdiyi üçün tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman sürücünün nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün alkotesterlə yoxlamaq istəmişlər. Bu zaman sürücü alkotesterlə yoxlanmasından imtina etmişdir. Onlar sürücü ilə profilaktik söhbətlər aparmaq istəsələr də, sürücü səs-küy salaraq onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Həmçinin sürücü hadisə yerindən qaçmağa cəhd göstərmişdir. Lakin tərəflərindən saxlanılmış, YPX avtomobili ilə əvvəlcə Şəki DYPŞ-nin binasına sonra isə Şəki ŞRPŞ-nə aparılmışdır. Şəki ŞRPŞ-də həmin sürücünün Şəki şəhər sakini Şəxs olması müəyyən olunmuşdur. Bildirmişdir ki, sürücü ikii dəfə alkotestirlə yoxlanılmış və hər ikisində də orta dərəcəli sərxoşluq aşkar edilmişdir. Göstərmişdir ki, Şəxs bundan əvvəl 2022-ci ilin mart ayının əvvəlində sərxoş vəziyyətədə avtomobil idarə etdiyinə görə 400 manat cərimə edilmiş və cəriməsini ödəmişdir. Beləliklə də o il ərzində ikinci dəfədir ki, avtomobili sərxoş idarə etmişdir. Tərtib etmiş olduğu protokolu müdafiə etmiş və onun cəzalandırılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə axşam saatlarında Şəki şəhəri Aşağı Karvansaranın yaxınlığında kafedə əyləşərək dostları ilə yemək yeyib araq içmişlər. Həmin vaxt 4 nəfərə 1 l-lik araq içmişlər. Sonra orada əyləşən müştərilərdən biri ona yaxınlaşaraq ona məxsus avtomobillə onu evə aparmasını xahiş etmişdir. Həmin şəxs də sərxoş olmuşdur. Onun avtomobili bərli-bəzəkli olduğundan həmin tanımadığı şəxs evə onun avtomobili ilə getmək istəmiş o da onun qəlbini qırmaq istəməmiş və onu aparıb evlərinin qarşısında düşürmüşdür. 29 avqust 2022-ci il tarixdə, saat 23:30 radələrində özünə məxsus olan etibarnamə ilə idarə etdiyi “VAZ 2107” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin şəxsi evinin qarşısında düşürərkən YPX əməkdaşları ona saxla işarəsi verərək avtomobili saxlatmasını bildirmişlər. O, avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Həmçinin o bundan 3-4 ay öncə də avtomobilini sərxoş vəziyyətdə idarə etmiş və buna görə də 400 manat cərimə olunmuş və cəriməsini ödəmişdir. Polis əməkdaşları ona yaxınlaşmış, avtomobili sərxoş idarə etdiyi üçün dayanacağa aparmalı olduğunu bildirmişlər. Bundan sonra heç bir etiraz və tabesizlik etmədən onlar DYP-nin cərimə meydançasına getmişlər. Şəki DYP-nin inzibati binasında olan zaman o, alkotestirlə yoxlanmışdır. Alkotestirlə yoxlanılan zaman onda sərxoşluq aşkar edilmişdir. Bildirmişdir ki, o, DYPB-nin inzibati binasında səs-küy salmamış, polis əməkdaşlarına qarşı tabesizlik göstərməmişdir. Bundan sonra o, evə gedə biləcəyini bildirdikdə, polis əməkdaşları ona özlərinin aparacaqlarını bildirmişlər. Polis əməkdaşları onu aldadaraq onu YPX avtomobili ilə onu Şəki ŞRPŞ-nə gətirmişlər. O, Şəki ŞRPŞ-də o yenidən alkotestrlə yoxlanılmışdır. Orada da polis əməkdaşlarına qarşı tabesizlik etməmiş, səs-küy salmamışdır. Bildirmişdir ki, həmin günü onlar 4 nəfər birlikdə 1 litr araq içmişdilər. İçkili olmasını qəbul edir. Lakin tabesizlik və xuliqanlıq etməmişdir. Əgər belə bir hal varsa polis əməkdaşlarından aypatrulun görüntüsünü məhkəməyə təqdim edilməsini tələb edir. Həmçinin göstərmişdir ki, bundan əvvəl “Toyota-Prado”, “Mersedes-E-240” avtomobilləri olmuş hazırda isə “Vaz-007” avtomobili vardır. İşdə olan MLK görüntüləri həmin avtomobillərinin görüntüləridir. Əməlindən peşman olduğunu bildirmişdir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək İXM-nin 51- və 535.1-ci maddəsi üzrə icraata xitam verilməsini 333.2-ci maddəsi ilə isə ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 29 avqust 2022-ci il tarixdə saat 23:30 radələrində DYPB-nin YPX inspektoru polis baş serjantı Bəhman Tanrıverdiyevlə birlikdə Şəki şəhəri, M.F.Axundov küçəsində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobili ilə xidmətdə olduqları zaman “VAZ 2107” markalı, **-SS-*** dövlət qeydiyyat nişanlı minik avtomobil işıq cihazlarından düzgün istifadə etmədiyi və hərəkət zamanı sağa sola manevr etdiyi üçün üçün tərəflərindən saxlanılmışdır. Onlar sürücüyə yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu zaman sürücünün nəfəsindən kəskin spirtli içki qoxusu gəlmişdir. Alkotestirlə analiz götürmək istədikdə sürücü boyun qaçırmış və qanuni tələblərini yerinə yetirməmişdir. Onlar həmin sürücünü dəfələrlə nizam-iltizama dəvət etsələr də, sürücü səs-küy salaraq onların qanuni tələblərini yerinə yetirməmiş, qaçmağa cəhd göstərmişdir. Bundan sonra onlar sürücünü patrul avtomobilinə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Şəki ŞRPŞ-də həmin sürücünün Şəxs olması müəyyən olunmuşdur. Bildirmişdir ki, sürücü alkotestirlə yoxlanılan zaman orta dərəcəli sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Şəxs İXM-nin 333.2, 342.2.3 və 342.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Jupiter x markalı alkotestirin 29 avqust 2022-ci il tarixli analizindən görünür ki, Şəxs 0.518% sərxoşluq aşkar edilmişdir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli, 271 saylı nəqliyyat vasitələrini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barə protokoldan görünür ki, Şəxs danışan zaman nəfəsindən kəskin spirtli içki iyi gəldiyi üçün tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktdan görünür ki, Şəki ŞRPŞ-nin DYPB-nin YPX inspektoru Bəhman Tanrıverdiyev tərəfindən “VAZ 2107” markalı, **-SS-*** dövlət qeydiyyat nişalı minik avtomobil saxlanması üçün duracağa qəbul edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə sərxoş vəziyyətdə avtomobil idarə etmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 30 avqust 2022-ci il tarixdə, saat 00:40-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ifadələrini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, şahidin ifadəsini, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.2, 342.2.3 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddələrdə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati xəta törətmiş şəxs səs-küy salmadığını və polis əməkdaşına tabesizlik etmədiyin göstərmiş, əgər belə hal müvcuddursa bu halları əks etdirən videogörüntünün məhkəməyə təqdim edilməsini YPX əməkdaşlarından tələb etmişdir. Lakin YPX əməkdaşları və protokol tərtib etmiş şəxs bu cür görüntünü məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsinə əsasən Dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə altmış manat məbləğində cərimə edilir. Göründüyü kimi Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.2, 342.2.3 və 342.7-ci maddələrinin tərkibi vardır. Belə ki, 29 avqust 2022-ci il tarixdə Şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman avtomobili sərxoş vəziyyətdə idarə etməsi, həmçinin avtomobilin xarici görünüşündə konstruktiv dəyişikliklər edilməsi müəyyən olunmuşdur. Bundan başqa məhkəmə iclası zamanı inzibati xətanı törədən şəxs Şəxs, həmçinin Şəki DYPB, YPX-nin inspektoru polis baş serjantı X1 izahatında Şəxs 2022-ci il ərzində bir dəfə İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 400 manat məbləğində inzibati cərimə edilməsi müəyyən edilmişdir. Bu işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolla da təsdiq edilir. Şəki şəhər-rayon Polis Şöbəsindən göndərilən materiallarda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci, 333.2, 342.2.3 və 342.7-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də, protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından məhkəmə Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın təhlükəlilik dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini, İXM-nin 510 və 535.1-ci maddələri ilə olan hissədə isə iş üzrə icraata xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İnzibati həbsə alınmanın əvvəli Şəxs tutulduğu 30 avqust 2022-ci il tarixdə saat 00:40-dan hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2, 342.2.3 və 342.7-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi üzrə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 10 (on) müddətinə inzibati həbs edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. İnzibati həbsə alınmanın əvvəli Şəxs inzibati qaydada tutulduğu 30 avqust 2022-ci il tarixdə saat 00:40-dan hesab edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar