Məhkəmə qərarları › İş №3(075)-600/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-600/2023

13.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-600/2023 13.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx xxxx 1973-cü il tarixdə Qax rayonu, Üzümlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, subay, işləməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən tərtib edilmiş 13 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin uşaqları 26 fevral 2002-ci il doğum tarixli X12, 25 avqust 2004-cü il doğum tarixli X13 və 23 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X14 verilməlidir. Sözügedən borclar borclu tərəfindən ödənilmədiyi üçün borcluya dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlar edilmiş və xəbərdarlığa baxmayaraq icra sənədləri üzrə tələbin icrası təmin edilməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin uşaqları-26 fevral 2002-ci il doğum tarixli X12, 25 avqust 2004-cü il doğum tarixli X13 və 23 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X14 verilməlidir. Alimentin tutulmasının əvvəli 27 noyabr 2018-ci il tarixdən hesablanmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin ictraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, borclu barəsində məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək icra sənədi üzrə aliment borcunu ödəməsi tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, xəbərdarlıqlara baxmayaraq borclu natamam aliment ödənişləri edərək bununla kifayətlənmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Borclu icra sənədində qeyd edilən ünvanda yaşamadığı üçün tərəflərindən onun axtarılması barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul edilmiş və qərar icra olunması üçün Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmişdir. Şəki ŞRPŞ tərəfindən onun barəsində xx.xx.2019-cu il tarixdə 820189 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2019-cu il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək Şəki rayonu üzrə İcra Şöbəsinə gətirilmiş və ondan izahat alınmışdır. Borclu verdiyi izahatında icra sənədi üzrə aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Həmin tarixdə borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmiş, lakin məhkəmə tərəfindən həmin protokol geri qaytarılmışdır. Borclunun ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondundan İİİ qrup əlilliyə görə pensiya aldığı müəyyən edilmiş və borclunun hər ay 70 faiz miqdarında tutularaq tələbkar Sevda Aslanovanın hesabına ödənilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli 13832/15 saylı məktub Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş 2881 saylı məktuba əsasən borcluya hesablanan pensiyanın dayandırıldığı müəyyən edilmişdir. Borclu ötən müddət ərzində aliment borcunun tam şəkildə ödənilməsini təmin etməyərək icra məmurunun çağırış və rəsmi xəbərdarlığına məhəl qoymamış, Şəki rayonu üzrə icra şöbəsinə gəlməmiş və gəlməməsi barədə heç bir üzürlü səbəb bildirməmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığına görə xx.xx.2021-ci il tarixdə onun axtarılması barədə qərar qəbul edilərək Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə 820828 saylı axtarış işi açılmışdır. Borclu Şəxs xx.xx.2021-cı il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək yenidən Şəki rayonu üzrə İcra Şöbəsinə gətirilmiş və ondan izahat alınmışdır. Borclu verdiyi izahatında icra sənədi üzrə aliment borcundan az miqdarda ödəniş etdiyini, həmin tarixə yaranmış aliment borcunu tam olaraq ödəyə bilməyəcəyini bildirmişdir. xx.xx.2021-cı il tarixdə borclu Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə borclu inzibati məsuliyyətə cəlb olunaraq 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin borclu bundan sonra da aliment borcunu ödəməkdən və icra məmurunun çağırışlarına gəlməkdən yayınaraq icra sənədinin icrasından qərəzli olaraq boyun qaçırmışdır. Borclu Şəxs çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün tarixdə təkrarən onun axtarılması barədə qərar qəbul edilərək Şəki Şəhər-Rayon Polis şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə 820463 saylı axtarış işi açılmışdır. xx.xx.2023-cü il tarixində borclu Şəxs Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Borclunun xx.xx.2023-cü il tarixdə Şəki rayonu üzrə icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə 2892 manat məbləğində aliment borcunun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında hal-hazırki tarixdə borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. 26 fevral 2002-ci il doğum tarixli X12 xx.xx.2020-ci il tarixdə yetkinlik yaşına çatmış, 25 avqust 2004-cü il doğum tarixli X13 xx.xx.2022-ci il tarixdə yetkinlik yaşına çatmışdır. 23 may 2011-ci il təvəllüdlü X3 verilməli olan aliment borcu 2892 manat təşkil edir. İcra sənədi üzrə tələbkar X18 ərizə ilə Şəki rayonu üzrə İcra Şöbəsinə müraciət edərək yaranmış aliment borcunun ödənilməsi istiqamətində borclu barəsində məcburi icra tədbirləri görülməsini xahiş etmişdir. Hazırda icra sənədi üzrə yığılmış aliment borcu 2892 manat təşkil edir. İcra sənədi üzrə borcun ödənilməsi ilə bağlı borclu rəsmi şəkildə xəbərdarlıq edilməsinə və Şəki rayonu üzrə icra və probasiya şöbəsinə dəvət edilməsinə baxmayaraq borclu aliment borcunun ödənilməsini təmin etməmişdir. Bununlada uzun müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokolu müdafiə etmiş, qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu Şəxs 13 iyul 2023-cü il tarixdə saat 15:30-da polis əməkdaşları tərəfindən saxlanılmış və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:00-da məhkəməyə aparılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsinin 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən tərəflərin uşaqları-26 fevral 2002-ci il doğum tarixli X12, 25 avqust 2004-cü il doğum tarixli X13 və 23 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X14 verilməlidir. Alimentin tutulmasının əvvəli 27 noyabr 2018-ci il tarixdən hesablanmalıdır. İcra sənədindən məlumatı vardır. Bildirmişdir ki, onun aliment pulunu vaxtı-vaxtında ödəməyə maddi imkanı olmamışdır. Sonuncu dəfə 2022-ci ilin aprel ayında 100 manat ödəniş etmişdir. Ha-hazırda onun 2892 manat aliment borcu vardır. Onun aliment borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. İş olanda Bakı şəhərində usta kimi işləməklə qazanc əldə edir. O, alimenti ancaq hissə-hissə ödəyə bilər. Onun maddi vəziyyəti ağır olduğundan, özü işsiz olduğu üçün az miqdarda aliment ödəməyə maddi imkanı çatır. Səhhəti ilə əlaqədar baş ağrıları olur, bundan başqa əsəb pozğunluğundan əziyyət çəkir. Buna görə də bir müddət işləyə bilməmişdir. Həmçinin o, qolunun bilək hissəsindən zədə aldığı üçün uzun müddət işsiz qalmış və aliment borcundan heç bir ödəniş edə bilməmişdir. Göstərmişdi ki, o, hər ay 100 manat aliment ödəyə bilər. Aliment borcundan isə hər ay 50 manat ödəyə bilər. Əlavə olaraq bildirdi ki, o, 13 iyul 2023-cü il tarixdə saat 15:30-da polis əməkdaşları tərəfindən saxlanılmış, saat 16:00-da məhkəməyə aparılmışdır. Törətmiş olduğu əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şəxs müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 Sadəddin Yolçu oğlunun əməlində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından, icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən onların uşaqları 26 fevral 2002-ci il doğum tarixli X12, 25 avqust 2004-cü il doğum tarixli X13 və 23 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment ondan alınaraq tələbkar X14 verilməlidir. Bildirmişdir ki, borclu Şəxs qərəzli olaraq bu günə kimi tələb olunan aliment məbləğini ona ödəməmişdir. O, bir ana kimi uşaqların qayğısına qalır, çətinliklədə olsa uşaqlarının maddi təminatlarını qarşılamağa çalışır. Borclu tərəfindən aliment borcunun tam şəkildə, vaxt-vaxtında ödənilməsini tələb edir. Bildirmişdir ki, o, dəfələrlə borcludan alimenti ödəmədiyi üçün şikayətçi olmuş, lakin borclu Şəxs yenə də alimentin ödənilməsini təmin etməmişdir. Borcun tam ödənilməsini xahiş edir. Borclu Şəxs şikayətçidir, onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-275/2019 saylı, xx.xx.2019-cu tarixli icra sənədindən görünür ki, 26 fevral 2002-ci il doğum tarixli X12, 25 avqust 2004-cü il doğum tarixli X13 və 23 may 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində aliment borclu Şəxs alınaraq tələbkar X14 verilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Şəki Rayon məhkəməsinin 2(075)-275/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu X15 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş borclu X15 ünvanlanmış xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra etmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları, həmçinin işdə olan digər sənədlərlə təsdiq olundu. Belə ki, icra sənədi barədə məlumatı və imkanı olduğu halda qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar böyük icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, həmçinin tətbiq edilən inzibati tənbehin gələcəkdə icrasını şübhə altına alır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs məcburi qaydada polis əməkdaşları tərəfindən 13 iyul 2023-cü il tarixdən, saat 15:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına gətirilmiş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 13 iyul 2023-cü il tarixdən, saat 15:30 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 13 iyul 2023-cü il tarixdən, saat 15:30-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 13 iyul 2023-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar