Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-601/2020 29.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1968-ci il tarixdə Şəki rayonu, Fazıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta-ixtisas təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəki rayonu, Aşağı Küngüt kəndində qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(117)-154/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs “xxxxxxxxxxxxx” MMC-nə dəymiş ziyan 6733.46 manat və 30 manat dövlət rüsumu alınaraq “xxxxxxxxxxxxx” MMC-nin nəfinə ödənilməlidir.Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınmışdır. Beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(117)-154/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs “xxxxxxxxxxxxx” MMC-nə dəymiş ziyan 6733.46 manat və 30 manat dövlət rüsumu alınaraq “xxxxxxxxxxxxx” MMC-nin nəfinə ödənilməlidir. İcra sənədi xx.xx.2020-ci il tarixdə İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin borclu tərəfindən könüllü icra müddəti ərzində tələbinicrası təmin edilməmiş, cərimə məbləği ödənilməmiş qalmışdır Həmçinin borclu qanunlamüəyyən edilmiş vaxtda dəymiş ziyanı ödəməmişdir.Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olub-olmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti, daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən də Şəki Kommersiya Məhkəməsi tərəfindən verilmiş 2-2(117)-154/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan “xxxxxxxxxxxxx” MMC-nə dəymiş ziyan 6733.46 manat və 30 manat dövlət rüsumu alınaraq “xxxxxxxxxxxxx” MMC-nin nəfinə ödənilməlidir. İcra sənədindən xəbəri var. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda tək yaşayır, əri vəfat etmişdir. Uşaqları ailəlidir və onlarında ailəsinə o baxır. Göstərilənləri nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün izahatı və digər sənədlərlə təsdiq olundu. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şərh edilənlərə əsasən məhkəmə Şəxsya Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-601/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-601/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver