Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-601/2023 21.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin X10 Bölməsinin xx.xx.2023-cü il tarixli İQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin YPX-nin tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli İQ ******* saylı qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 bildirdi ki, barəsində qəbul edilmiş qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, inzibati xəta xx.xx.2023-cü il tarixdə saat təxminənn 18:50 radələrində mülkiyyətində olan Toyota Prado markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şəki şəhərində hərəkətdə olduğu zaman Şəki rayonu YPX inspektoru X1 işarəsi vermiş və o, da avtomobili saxlamışdır. Yol Patrul Xidmətinin əməkdaşı saxlama səbəbini təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyini bildirərək sənədlərini xüsusi texniki vasitə ilə yoxlayaraq onun sürücülük hüququnun olmadığını bildirdi. Bundan sonra o, sürücülük vəsiqəsini və avtomobilin sənədlərini YPX-nın əməkdaşına təqdim etmişdir. Lakin inspektor məhkəmə qərarı ilə sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğunu bildirdi. Həmin qərardan məlumatının olmadığını və cərimə borcunu ödədiyini bildirməsinə baxmayaraq YPX-nın əməkdaşı barəsində İnzibati Xətalar Məcəlləsinin 329.1 və 332.3-cü maddələri ilə protokol tərtib etmişdir. Bundan sonra məhkəmənin qəbul etdiyi həmin qərardan şikayət vermişdir. Apellyasiya məhkəməsi tərəfindən həmin qərar ləğv edilmişdir. Həmin məhkəmə qərarı ləğv olunduğundan və onun əsasında qəbul edilmiş YPX-nın əməkdaşının qərarını qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin X10 Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Şikayətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İQ ******* saylı qərarın surətindən məlum olur ki, həmin qərar elektron qaydada qəbul edilmiş, inzibati xəta EP2711231 saylı kamera vasitəsilə qeydə alınmış, qərara əsasən “Toyota Prado” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati törədilməsinə görə 200 manat inzibati cərimə edilmişdir. Qərar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞnin X10 Bölməsinin rəisi polis mayoru X4 tərəfindən imzalanmışdır. Şəki Rayon Məhkəməsinin 3(075)-99/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qərarından görünür ki, X5 barəsində 23 yanvar 2023-cü il taixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-102/2023 nömrəli, 02 may 2023-cü il tarixli qərarından görünür ki, Şəki Rayon Məhkəməsinin 3(075)-99/2023 nömrəli, 06 fevral 2023cü il tarixli qərarı ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməmsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin 3(075)-99/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərarından görünür ki, X5 barəsində 23 yanvar 2023-cü il taixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş qərarlardan məlum olur ki, X5 oğlunun barəsində Şəki Rayon Məhkəməsinin 3(075)-99/2023 nömrəli, 06 fevral 2023-cü il tarixli qərarı ilə onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırlmasına baxmayaraq Şəki Apellyasiya Məhkəməsi tərəfindən qərarı ləğv edilərək yenidən baxılması üçün birinci instansiya məhkəməmsinə göndərilmiş Şəki Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin YPX-nin tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə baxışı nəticəsində X2 Azərbaycan Respublikası İXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, mötəbər və qanuni sübutlarla təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən X2 inzibati xətanı törətməsi sübuta yetirilməmiş, sübutların qanuniliyinə və mötəbərliyinə düzgün hüquqi qiymət verilməmiş və bunun nəticəsində onun inzibati tənbeh edilməsi barədə qanunsuz qərar qəbul edilmişdir. X2 İXM-in 332.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi başqa hər hansı sübutla təsdiq edilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 122 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 inzibati tənbeh verilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki ŞRPŞ-nin X10 Bölməsinin xx.xx.2023-cü il tarixli İQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-601/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-601/2023
21.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver