Məhkəmə qərarları › İş №3(075)-602/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-602/2023

17.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-602/2023 17.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zələryəyev İlkin Fikrət oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəki rayonu YPX inpektoru, polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun X5 Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx xxx 2002-ci ildə Azərbaycan Respublikası Şəki rayonu, Köbər Zəyzid kəndində doğulmuş, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Orta Zəyzid ərazi dairəsi, Köbər Zəyzid kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu YPX inpektoru, polis serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 iyul 2023-cü il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolda və iş materialında qeyd edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 10:20 radələrində Şəki rayonu, Zəyzid kəndləri ərazisində nəqliyyat vasitəsi ilə avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla o, İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Şəki rayonu YPX inpektoru, polis serjantı X3 izahatında göstərdi ki, Şəxs, ayrı-ayrı vaxtlarda "Vaz 2106" markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şəki rayonu, Zəyzid kəndləri ərazisində qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi, səslərin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verməklə, sağa-sola təhlükəli manevrlər edərək avtoxuliqanlıq hərəkətləri edib sosial şəbəkələrdə xüsusilə də Tik Tok səhifəsində paylaşımlar etmişdir. Protokolda qeyd olunmuş əməlin Şəxs tərəfindən törədildiyi tam şəkildə sübuta yetirildiyindən onu məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. X5 Vəkil Bürosunun vəkili X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək bildirdi ki, həqiqətən də o, "Vaz 2106" markalı, **-ZR- *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. O həmin avtomobillə yaşadığı kənddə müxtəlif vaxtlarda avtoxuliqanlıq hərəkətləri etmişdir. Belə hallar 2-3 dəfə təkrar olunmuşdur. Bundan sonra o həmin avtoxuliqanlıq etdiyi videoları “Tik-Tok” sosial şəbəkəsinə yerləşdirmişdir. O bu hərəkətləri edərkən inzibati xəta olmasını və məsuliyyətə yaradacağını fərqində deyildi. Hazırda etdiyi əməlindən peşman olduğunu və bir daha bu cür hərəkətlərin təkrarlanmayacağını, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarına əlavə edilmiş sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirildiyindən o, həmin maddə ilə təqsirli bilinməli və ona inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş 16 iyul 2023-cü il tarixli inzibati xəta haqqında işin məhkəməyə göndərilməsi haqqında qərardaddan görünür ki, Şəki rayonu, Köbər Zəyzid kənd sakini xx.xx.2002-ci il təvəllüdlü Şəxs, ayrı-ayrı vaxtlarda "Vaz 2106" markalı, **-ZR- *** dövlət qeydiyyat nişanlı avtomobillə, Şəki rayonu, Zəyzid kəndləri ərazisində qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi, səslərin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verməklə, sağa-sola təhlükəli manevrlər edərək avtoxuliqanlıq hərəkətləri edib sosial şəbəkələrdə xüsusilə də Tik Tok səhifəsində paylaşımlar etmişdir. Vətəndaş Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməsi təsdiqini tapdığı üçün barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinin X9 Bölməsinin yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən xx.xx.2023-cü il tarixdə İXP-5547355 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edildi ki, **-ZR-*** dövlət qeydiyyat nişanlı "Vaz 2106" markalı avtomobilin sürücüsü Şəki rayonu, Zəyzid kəndləri ərazisində qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi, səslərin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına yol verməklə, sağa-sola təhlükəli manevrlər edərək avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla sürücü bir-birinin ardınca bir neçə qayda pozuntusuna yol verir və aşkar surətdə həmin hərəkətlərin ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmağa yönəldiyi və cəmiyyətə açıqca hörmətsizlik ifadə etdiyi bəlli olur. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 19:40-da tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman 2 ədəd telefon, açar, alışqan götürülmüşdür. İş materiallarında olan İ-23445 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Şəxs “X2” medalı verilmişdir. İş materiallarında olan İ-2688 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, Şəxs “Laçının azad olunmasına görə” medal verilmişdir. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və videogörüntü ilə tam şəkildə sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində qeyd edilir ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışında inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və ilk dəfə idarəetmə qaydaları əleyhinə inzibati xəta törətməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayətdir. Eyni zamanda həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh - nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması da tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar