Məhkəmə qərarları › İş №3(075)-603/2024

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-603/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-603/2024 22.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 27 iyun 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Protokolda qeyd edilir ki, Şəxs ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1-26/2- 1754/2024 saylı məktubu ilə tələb edilən sənədləri (bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə bildiriş)) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. İnzibati xəta hüquqi şəxsin hüquqi ünvanında xx.xx.2024-cü il tarixdə törədilmişdir. Bununla da hüquqi şəxs tərəfindən İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs Şəxs ASC İXM-nin 548.2-ci maddəsinin tələblərini pozduğu üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. - xx.xx.2024-cü il tarixli, 6-1-26/3-5416/2024 saylı xidməti məktubda qeyd edilmişdir ki, vətəndaş Alı Məhyəddinovun Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Banka müraciət edərək Şəxs Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) tərəfində səhmdarların ümumi yığıncaqlarının keçirilmədiyini və ona dividentlərin ödənilmədiyini bildirmişdir. Vətəndaşın müraciətində qeyd olunan məsələnin araşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən Şəxs ASC-yə 06 mart 2024-cü il tarixli 6-1-26/2-1754/2024 saylı sorğu göndərilmiş, sorğuda bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablarıbhesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənədlərin Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. Lakin sorğuda verilməsi tələb edilən sənədlər və məlumat Şəxs ASC tərəfindən Mərkəzi Banka təqdim edilməmişdir. Sözügedən sənədlərin Mərkəzi Banka təqdim edilməsi tələbi, əks halda Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Məcəllə) 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunacağı barədə cəmiyyətə 15 may 2024-cü il tarixli 6-1-26/2 3388/2024 saylı məcburi göstəriş məklubu ünvanlanmışdır. Buna baxmayaraq göstəriş məktubunda verilməsi tələb edilən sənədlər və məlumat cəmiyyət tərəfindən bu günədək Mərkəzi Banka təqdim edilməmişdir. Məcəllənin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarına nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlər nəzərə alınaraq hüquqi şəxs olan Şəxs ASC barəsində Məcəllənin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokolun tərtib məsələsinə baxılmasına dair Hüquq departamentinə göstəriş verilməsi xahiş olunur. - Azərbaycan Respubikası Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-1754/2024 saylı məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına vətəndaş Alı Məhyəddinovun 6-1/1-M-28xx-xx/2024 saylı 01 mart 2024-cü il tarixli müraciəti daxil olmuşdur. Vətəndaş öz müraciətində Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən səhmdarların növbəti ümumi yığıncağının keçirilmədiyini və ona dividendlərin ödənilmədiyini bildirmişdir. Bununla əlaqədar olaraq vətəndaşın müraciətində qeyd edilən məsələlərin araşdırılması və nəticəsi barədə məlumatı, zəruri sənədlər (bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd), (2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilibkeçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənəd (poçt vasitəsi ilə ünvanlanması barədə)) bildiriş əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunur. - Azərbaycan Respubikası Mərkəzi Bankı tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 6-1-26/2-3388/2024 saylı məktubdan görünür ki, Azərbaycan Respubikası Mərkəzi Bankının 6-1-26/2-1754/2024 saylı, xx.xx.2024-cü il tarixli göstərişi ilə xahiş edilən məlumatlar bu günədək təqdim edilməmişdir. Sözügedən göstəriş məktubunda qeyd edilən məlumatların 5 (beş) iş günü ərizində Mərkəzi Banka təqdim edilməsi xahiş olunur. Əks halda İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.1-ci maddəsinə əsasən emitentlərin bu Qanunun 75-ci maddəsi ilə nəzərdə tutulan hesabatları Mərkəzi Banka təqdim edilməklə ictimaiyyətə açıqlanmalıdır. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.2-ci maddəsinə əsasən emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır, onun ali idarəetmə orqanı tərəfindən təsdiq edilməklə Mərkəzi Banka təqdim edilir və bu Qanunun 75.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada Mərkəzi Bank həmin hesabatların açıqlanmasının dayandırılması haqqında göstəriş vermədikdə, onlar ictimaiyyətə açıqlanmalı və həmin hesabatın növbəti beş il ərzində ictimaiyyət üçün açıq olması təmin ediməlidir. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.5-ci maddəsinə əsasən illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokoldan və iş materiallarından göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən yazılı göstəriş ünvanlanaraq tələb edilən sənədləri, yəni “bu günədək səhmdar Alı Məhyəddinova dividend hesablanıb-hesablanmaması, hesablanmışdırsa səhmdara hesablanmış dividendlərin məbləği haqqında məlumat və ödənilməsini təsdiq edən sənəd, 2022-2023-cü illər üzrə səhmdarların ümumi yığıncaqlarının keçirilib-keçirilməməsi barədə məlumat, keçirilibsə həmin yığıncaqların protokollarını və sözügedən yığıncaqlara səhmdar Alı Məhyəddinovun dəvət edilməsini təsdiq edən sənədi” məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etmədiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində İXM-nin 548.2-ci maddəsi ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsində Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə əsasən məsuliyyət daşıyan qurum illik hesabatı Mərkəzi Banka təqdim etməlidir. Lakin hazırki inzibati xətaya dair işdən görünüdüyü kimi vətəndaş X1 banka daxil olmuş müraciəti əsasında inzibati xəta haqqında protokolda qeyd edilən sənədlər hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətindən tələb olunur. Məhkəmə qeyd edir ki, həmin sənədləri vətəndaş özü məhkəmədə iddia tələbi qaldırmaqla tələb edə bilər. Eyni zamanda Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən həmin sənədlərin Mərkəzi Banka təqdim edilməməsi, Mərkəzi Bankın fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar hesab edilə bilməz. Çünki qeyd edilən məlumatların Mərkəzi Banka təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Göründüyü kimi hazırki işdə inzibati xəta hadisəsinin baş verməsi və Şəxs Açıq Səhmdar Cəmiyyətinin inzibati xəta törətməsi barədə təqsiri sübut olunmadığına görə barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar