Məhkəmə qərarları › İş №3(075)-604/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-604/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-604/2020 16.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Sədrlik edən hakim Şəki şəhər-rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 məhkəmə iclası zamanı ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında kirayədə yaşayır. Özü xadimə işləyir və ailəsinin əlavə gəlir yeri yoxdur. İnsult keçirmiş və hazırda ciddi xəstəliyi vardır. xx xxxx 2020-ci il tarixdə sahə rəisi Seymur Yaqubov onun yaşadığı evə yaxınlaşaraq sənədə imza etməsini xahiş etmişdir. Həmin sənədin nə olduğunu soruşduqda xəbərdarlıq sənədi olduğunu bildirmişdir. Həmin vaxt onun barəsində heç bir inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Sonradan Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən 50 manat inzibati cərimənin ödənilməsi ilə bağlı ona bildiriş gəlmiş, icra şöbəsinə getdikdə, Şəki şəhər-rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X7 xx xxxx 2020-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etdiyini, həmin protokol əsasında isə həmin tarixdə 50 manat cərimə edilməsi barədə qərar qəbul etdiyi ona məlum olmuşdur. O, küçəyə heç bir məişət tullantısı atmamışdır. Belə ki, onun kirayə qaldığı evin sahibi Cuma Həsənov həmin evdə əsaslı təmir-tikinti işləri aparmış, evin qarşısına evin təmiri üçün istifadə edəcəyi qum-çınqıl yığmışdır. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyildir. Bu səbəbdən də hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayəti müdafiə edir. Şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 xx xxxx 2020-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında yaşadığı evin qarşısında küçəyə məişət tullantıları tökmüş, bu səbəbdən də X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında xx xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat cərimə olunmuşdur. Məhkəmə şikayətçinin izahatını dinlədikdən sonra iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, şikayətçinin şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublİkasının Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları (bərk məişət tullantıları) dedikdəəhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə - əlli manat məbləğində cərimə edilir. Həmin məcəllənin 134.1.3-cü naddəinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublİkasının Qanununun 1-ci maddəsinə əsasən məişət tullantıları dedikdə bərk məişət tullantıları nəzərdə tutulur. Lakin qum-çınqıl özü-özlüyündə bərk cisim deyildir. Ümumi qəbul edilmiş adətlərə əsasən qum-çınqıl tikinti materialı kimi istifadə edilməkdədir. Şikayət vermiş şəxs X3 yaşadığı evin sahibinin həmin tikinti materiallarını evini təmir etdirmək üçün istifadə edəcəyini bildirmişdir. Yəni, hər hansı şəxsin təmir-tikinti məqsədilə tikinti materialı hesab edilən qumun küçə qapsına yığaraq ondan istifadə etməsi məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması kimi qiymətləndirilməməlidir. Bundan əlavə Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X9 inzibati xətanı aşkar etdiyi halda hal şahidlərinin iştirakı ilə qeyd olunan faktın olması ilə bağlı akt tərtib etməli, şahidlər dindirilərək izahatları alınaraq işə əlavə etməli, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə hüquq və vəzifələrini izah etməli, inzibati xəta haqqında protokolda və ya ayrıca barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı qeyd etməlidir. Lakin qeyd olunanlara inzibati xəta haqqında protokol tərtib etmiş şəxs tərəfindən əməl edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında X4 xx xxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında küçəyə özünə məxsus olan məişət tullantıları tökdüyü qeyd edilsə də, X5 inzibati xəta haqqında protokolda qeyd edilmiş inzibati xətanı törətmədiyini, küçəyə heç bir məişət tullantısı atmadığını, Seymur Yaqubov tərəfindən ona inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı heç bir məlumat verilmədiyini göstərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 tərəfindən həmin xətanın mövcudluğu inkar edilmiş, həmin xətanın törədilmədiyi bildirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsi inkar edildiyindən, protokolda qeyd edilən inzibati xətanın törədilməsinin digər bir sübutla əsaslandırılması protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. Lakin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuya cavab verməmiş, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Şəki şəhər-rayon Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X9 tərəfindən X4 barəsində tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar