Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-604/2024 08.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X3 etibanamə üzrə nümayəndəsi X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X10 Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxxxx 1987-ci il tarixdə Şəki rayonu, Şəki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: xxxxxxx olan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şəki rayonu, Şəki kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər 08 iyul 2024-cü il tarixdə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1024/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 30 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay üçün sabit pul məbləğində 150 manat aliment tutularaq tələbkar X6 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-766/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 30 yanvar 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Şəxs hər ay 180 manat aliment tutularaq tələbkar X6 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda qeyd edilən icra sənədləri müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2024- cü il tarixlərdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinə uyğun olaraq borclu Şəxs barəsində olan icra sənədləri xx.xx.2024-cü il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmiş, tələbin könüllü icrası üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmiş, həmin müddət ərzində icra sənədləri üzrə tələb borclu tərəfindən icra edilmədiyi üçün Şəxs dəfələrlə rəsmi və şifahi şəkildə xəbərdarlıq edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin bugünədək borclu tərəfindən icra sənədləri üzrə tələbin icrası tam olaraq təmin edilməmişdir. Könüllü icra müddəti bitdikdən sonra məcburi icra tədbirlərinə başlanılmış və borcluya rəsmi xəbərdarlıq göndərilərək borc məbləğinin ödənilməsi ondan tələb edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəyi onun nəzərinə çatdırılmışdır. Lakin, borclu xəbərdarlığa məhəl qoymayaraq və icra sənədi üzrə yığılmış aliment borcunu ödəməkdən yayınmışdır. Eyni zamanda tərəfimizdən borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi məqsədilə müvafiq dövlət orqanlarına və təşkilatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sisteminə sorğu edilmiş və nəticədə banklarda borcluya məxsus pul vəsaitinin və başqa sərvətlərinin, mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. İcra sənədində borclunun ünvanı ünvan 2rclunun faktiki olaraq göstərilən ünvanda yaşamadığı müəyyən edilmişdir. Görülən digər icra tədbirləri nəticəsində də borclunun yerini müəyyən etmək, həmçinin borclunun iştirakı olmadan icra sənədi üzrə tələbin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, çağırış üzrə gəlmədiyi və yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün borclu barəsində xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək icrası üçün Şəki Şəhər-rayon Polis Şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində borclu Şəki Şəhər-Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilmişdir. Həmin tarixdə borclunun icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə borcun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında aliment borcundan heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu aliment pulunu vaxtaşırı ödəmədiyi üçün Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1024/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 750 manat, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-766/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 180 manat borcu yaranmışdır. Ümumilikdə bugünki tarixə yuxarıda göstərilən iki icra sənədi üzrə borclunun 930 manat məbləğində aliment borcu yığılıb. Bununlada icra sənədləri üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu inkar etmir. İşsiz olduğu üçün borcunu ödəməmişdir. Hal-hazırda borcundan heç bir ödəniş edə bilmir. Yaxın zamanlarda icra sənədi üzrə borcunu ödəyəcəkdir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə cərimə növündə inzibati tənbeh edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə zərərçəkiş şəxs X3 etibanamə üzrə nümayəndəsi X11 izahat verərək bildirdi ki, Şəxs qətnamə üzrə müəyyən edilmiş aliment borcuu ödəməkdən yayınmaqla yeddi aydan çoxdur ki, alimenti ödəmir. Odur ki, onun inzibati həbs olunmasını məhkəmədən xahiş etdi. X10 Vəkil Bürosunun vəkili X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, zərərçəkmiş şəxsin nümayəndəsinin və icra məmurunun izahatları və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 2(075)-1024/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün X6 verilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Şəki Rayon Məhkəməsinin Şəki Rayon Məhkəməsinin 2(075)- 1024/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün müddətində vaxt verilmişdir. İş materiallarından görünür ki, borclunun adına tələbin yönəldilə biləcəyi əmlakının, bankda pul vəsaitinin olub olmaması barədə müvafiq orqanlara sorğular edilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi əmlakı, bankda pul vəsaiti aşkar edilməmişdir. Şəki rayonu üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar göstərilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra vərəqənin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, ödənilməmiş borcunun məbləğini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının aşağı həddində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 08 iyul 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs 08 iyul 2024-cü il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olması, həmin inzibati binanı öz mülahizəsinə görə tərk edə bilməməsi və həmin inzibati binanın polis əməkdaşları tərəfindən mühafizə edilməsi bir daha təsdiq edir ki, Şəxs icra və probasiya şöbəsinin inzibati binasına daxil olduqdan sonra oranı tərk etməkdə daha sərbəst olmamışdır. Bu baxımdan da məhkəmə belə nəticəyə gəlir ki, Şəxs həbsə alınmasının əvvəli Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin inzibati binasına daxil olduğu vaxtdan, yəni 08 iyul 2024-cü il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 08 iyul 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Qərarın icrası Şəki Şəhər-Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004, Tel: 244-70-13, Faks: (024) 244-30-70 www.shakicourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin: İş № 3 (075)-604/2024 08 iyul 2024-cü il Şəki ŞRPŞ-nin rəisi, polis polkovniki cənab Elnur Həsənova Hörmətli Elnur müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə Şəki Rayon Məhkəməsinin 3 (075)-604/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli qərarı icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 1) Qərar-02 vərəqə, 03 səhifə, 2) Portaldan çıxarış. Hörmətlə, Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-604/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-604/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver