Məhkəmə qərarları › İş №3(075)-605/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-605/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-605/2020 16.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi iştirakı ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, BNA ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, BNA ******* nömrəli inzibati xət haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq X2 və Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. X2 xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə elektron qaydada göndərdiyi ərizədə göstərmişdir ki, tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmiş, Bakı Nəqliyyat Agentliyinin elektron qaydada tərtib etdiyi protokol sözügedən qurum tərəfindən ləğv edildiyindən Şəki Rayon Məhkəməsinə yazdığı ərizənin etibarsız hesab edilməsi və işə xitam verilməsini xahiş edir. İşdə olan BNA tərəfindən elektron qaydada verilmiş xx xxxxxx 2020-ci il tarixli, məlumatdan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə tərtib edilmiş BNA ******* nömrəli inzibati xət haqqında iş üzrə qərarına xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, BNA ******* nömrəli inzibati xət haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsi üzrə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130, 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, BNA ******* nömrəli inzibati xət haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi barədə şikayət ərizəsi üzrə inzibati işin icraatına xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar