Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-605/2025 16.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, X1 barəsində tərtib edilmiş EQ 30342607 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 barəsində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən tərtib edilmiş EQ 30342607 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli, EQ 30342607 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat məbləğində inzibati cərimə edilmiş və bu barədə ona elektron qaydada protokol və qərar tərtib olunmuşdur. O, həmin qərarla razı deyildir. Qəbul edilmiş qərar qanunsuzdur və heç bir sübut olmadığından və tərəfimdən qeyd edilən inzibati xəta törədilmədiyindən ləğv edilməlidir. ** JV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üzrə maksimum yük kütləsinin 40000 kq (40 ton) olduğu nəzərdə tutulmuş, əlavə olaraq həmin kütlənin 5 faizinədək əlavə yükün qoyulmasına icazə verilmişdir. Bu isə 800 kq olmaqla, qanunla nəzərdə tutulmuş maksimum kütlənin 40800 kq olduğu müəyyən edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, yükün avtomobilə yükləndiyi yer üzrə tərəzi qəbzindən görünür ki, yükün ümumi çəkisinin 39520 kq olduğu təsdiqlənmişdir. Yükün 4 dəfə ölçüldüyü, 3 dəfə kütlənin normal olduğu, 1 dəfə isə guya artıq olduğu qənaətinə gəlinmişdir. Avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39520 kq olduğu müəyyən edilmişdir. Daha sonra həmin yol üzərində Giləzi kəndi ərazisində yerləşən dövlətə məxsus tərəzidən keçmiş və heç bir çəki pozuntusunun olmadığı müəyyən edilmiş, daha sonra yol üzrə 2-ci, ümumiyyətdə isə 3-cü tərəzi olan Şabran rayonu Molla Kamallı kəndində yerləşən dövlətə məxsus tərəzidə guya çəkinin 42640 kq olduğu qeyd edilmişdir. Daha sonra yük Bakı şəhərində boşaldıldığı yer üzrə də çəkilmiş, bu zaman 39520 kq çəkinin normal olduğu müəyyən edilmişdir. Avtomobilə yük yükləndikdən sonra çəkilmiş və çəkisinin 39520 kq olduğu müəyyən edilmişdir. Göründüyü kimi yükün çəkisinin qanunla nəzərdə tutulandan artıq olmasının iddia olunması və bu əsasla cərimə olunmağım tamamilə qanunsuz və əsassızdır. Yükü təhvil aldıqdan sonra Bakı şəhərinə yola düşmüş və bu zaman Quba rayonunda yerləşən tərəzi tərəfindən heç bir artıq çəkinin olmadığı müəyyən edilmişdir. Necə olur ki, sonradan digər tərəzi üzrə yükün çox olduğu bildirilir. Bu onu deməyə əsas verir ki, dövlətə məxsus tərəzidə texniki nasazlıq vardır və bu minvalla həmin günü oradan keçən demək olar bütün yük maşınlarını cərimələmişlər. Bütün bunlardan sonra müvafiq olaraq Daxili İşlər Nazirliyi və AYNA-ya müraciət edilmiş və 1 ay ərzində bu qədər cərimənin əsassız olaraq yazılmasının səbəbi ilə bağlı maraqlanılmış, lakin heç bir şey edə bilməyəcəklərini, tərəzidə nasazlıq varsa, da bunu dəyişə bilməyəcəkləri və hazırda qərarların qüvvədə olduğu, bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi və inzibati qərardan şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə şikayətçinin və inzibati qərardan şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətçi ilə əlaqə saxlanılmış, o, bildirmişdir ki, onun barəsində olan cərimə qərarı ləğv edilmişdir. Məhkəmə ona şikayətini geri götürməsini təklif etmiş, lakin məhkəməyə ərizə ünvanlamamışdır. Məhkəmə şikayət ilə bağlı əlavə materialların əldə olunması üçün Azərbaycan Respublikası DİN BDYPİ-yə və X3 Agentliyinə sorğular vermişdir. İş materiallarında olan “AsanPay” ödəniş sistemindən çıxarışdan görünür ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsasə olmuş xx.xx.2025-ci tarixli EQ 30342607 nömrəli inzibati xəta haqqında sənəd mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 07 iyul 2009-cu il tarixli, 104 nömrəli Qərarında göstərilmişdir ki, ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, barəsində şikayət edilən qərar mövcud olmadığından şikayət təmin edilməməlidir. Belə ki, mövcud olmayan qərarın ləğv edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-in 134.1.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 120–126, 128 və 133– 136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X2 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №3(075)-605/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-605/2025
16.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver