Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-606/2021 30.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, X1, Şəki ŞRPŞ-nin DYPB-nin ypx baş inspektoru, polis leytenantı X4 iştirakı ilə, X1 Şəki ŞRPŞ-nin DYPB tərəfindən barəsində tərtib edilmiş 25.08.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi : X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş 25.08.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı X2 izahatında göstərdi ki, o, 25 avqust 2021-ci il tarixində Şəki şəhərinin mərkəzində “Samsung“ mağazasına tibbi maskadan istifadə etməyərək daxil olmuşdur. Həmin zaman mağazanın içərisində olan satıcı da tibbi maskasız olmuşdur. Bu zaman mağazanın içərisində 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq tibbi maskadan istifadə etməsini söyləmişlər. O bu zaman tibbi maskasını götürmüş və istifadə etməyə başlamışdır. Daha sonra “Samsung“ mağazasından çıxanda qapıda YPX avtomobilinin dayandığını görmüşdür. Polis inspektoru Bəşirli Xəyal onu avtomobilə dəvət etmişdir. Ondan pasportunu almış adını soyadını dedikdən sonra planşetində qeydlər aparmış və çıxıb getmişdir. Bir neçə ay keçdikdən sonra ona cərimə olunduğuna dair İcra Şöbəsindən mobil telefonuna mesaj gəlmiş və onu İcra Şöbəsinə dəvət etmişlər. Orada ona cərimə olunmasını demişlər və adına İXP-4147605 nömrəli protokolun olmasını demişlər. Hesab etmişdir ki, protokol əsassız və qanunsuzdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki ŞRPŞ-nin DYPB YPX baş inspektoru, polis leytenantı X6 məhkəmə iclasında izahat verərək göstərdi ki, 25.08.2021-ci il tarixdə Şəki şəhəri ərazisində xidmətdə olarkən, Şəki şəhəri, X10 prospektində X3 “Samsung“ mağazasına tibbi maskadan istifadə etmədən daxil olması barədə PPX əməkdaşları tərəfindən ona məlumat verilmişdir. Buna görə də mağazanın yaxınlığına gəlmiş və X3 mağazada tibbi maskadan istifadə etmədiyini görmüş, həttə onun şəkillərini də çəkmişdir. Lakin şəkillər “AyPatrulun” yaddaşında qalmamışdır. Çünki 3-4 aydan bir onun yaddaşı silinir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən X5 barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmçinin həmin vaxt vətəndaş inzibati tənbeh vermə haqqında qərarı imzalamış və tibbi maskadan istifadə etmədiyini qeyd etmişdir. Şikayəti əsassız hesab edir və onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan ŞRPŞ-nin DYPB-nin YPX baş inspektoru, polis leytenantı X6 tərəfindən tərtib edilmiş 25.08.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 25.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə -fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli qərarına əsasən: -Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir. - Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2020-ci il tarixli, 189 nömrəli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.2 -qapalı bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla). - Göründüyü kimi X2 hazırki şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini bildirsə də, məhkəmə iclasındakı izahatında onun İXM-nin 211.2-ci maddəsinə əsasən karantin rejimini pozması aydın olur. Belə ki, o, məhkəmə iclasında göstərmişdir ki, 25.08.2021-ci il tarixdə Şəki şəhəri, X10 prospektində yerləşən, “Samsung“ mağazasında qoruyucu tibbi maskadan istifadə etməmişdir. Eyni hal onun qoruyucu tibbi kaskadan istifadə etməməsi barədə inzibati tənbeh vermə haqqında qərara etdiyi qeydlə də təsdiq edilir. Göstərilən əsaslarla məhkəmə X3 İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə tələbi ilə razılaşmır və buna görə də hesab edir ki, onun şikayəti təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: X1 Azərbaycan Respublikasi Daxili işlər Nazirliyinin Şəki rayonu Yol Patrul Xidməti baş inspektoru, polis leytenantı X6 tərəfindən barəsində tərtib edilmiş 25.08.2021-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun və həmin protokol əsasında qəbul edilmiş 25.08.2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-606/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-606/2021
30.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver