Məhkəmə qərarları › İş №3(075)-606/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-606/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-606/2023 24.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X8, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1971-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx olan, orta təhsilli, evli, işsiz, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvaqnda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X10 tərəfindən tərtib edilmiş 24 iyul 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında Protokolda göstərilmişdir ki, Şəxs 22 iyul 2023-cü il tarixdə, saat 21:00-da radələrində Şəki şəhəri, S.Rəhman – 7618 ünvanında anası X3 döymüşdür. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək haqqında olan material baxılması üçün Şəki Rayon Polis Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis polkovnik-leytenantı X10 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, ünvan 3 ünvanında yaşayan X6 xx.xx.2023-cü il tarixində DİN-ni 102 xidmətinə zəng edərək, həmin tarixdə oğlu Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumat Şəki ŞRPŞ-nin 1 saylı «cinayət və hadisələrə» dair jurnalında HK-1/1242 sayla qeydiyyata alınmıdşır. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində aralarında yaranmış mübahisə zəminində ünvan 4 ünvanında orta dərəcədə sərxoş halda olan Şəxs sol göz ətrafının və sol baldırın qançırları xəsarəti yetirməklə anası X5 döymüşdür. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının 24 iyul 2023-cü il tarixli 340 saylı ekspertiza rəyindən aydın olur ki, X1 məhkəmə tibbi eskpertizası zamanı onun bədəni üzərində sol göz ətrafının və sol baldırın qançırları xəsarəti aşkar edilmişdir. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Bildirmişdir ki, Azərbaycan Respunlikası Səhiyyə Nazirliyinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin xx.xx.2023-cü il tarixli 30a saylı protokolundan aydın olur ki, Şəxs həmin tarixdə orta dərəcədə sərxoş olmuşdur. Toplanmış material üzrə Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X14 tərəfindən 24 iyul 2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində protokol tərtib edilərək məhkəməyə gətirmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, X1 DİN-nin 102 xidmətinə ünvanladığı müraciəti ilə tanış olmuşdur. Şəfiqə Məmmədova anasıdır. ünvan 3 ünvanında anası Şəfiqə Məmmədova və həyat yoldaşı Sevda Məmmədova birlikdə yaşayır. 22 iyul 2023-cü il tarixi ad günü idi. Bununla bağlı 22 iyul 2023-cü il tarixində saat 17:00 radələrində yaşadığı ünvanda spirtli içki qəbul etmişdir. Bu zaman anası və həyat yoldaşı onun yaşadığı ünvana gəlmişdir. Lakin həmin zaman ərzində alarında hər-hansı mübahisə və yaxud münaqişə olmamışdır. O, anasını vurmamışdır. Sadəcə olaraq həyat yoldaşı ilə aralarında yüngül mübahisə olmuş, bu zaman anası Şəfiqə onların arasına girib yıxılmışdır. Şəfiqə Məmmədovanın DİN-nin 102 xidmətindən Şəki ŞRPŞ-nə daxil olmuş müraciətində göstərilən xüsusatları əsassız hesab edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun oğludur. O, spirtli içki audəçisidir. Buna görə də dəfələrlə aralarında münaqişələri yaranmışdır. 22 iyul 2023-cü il tarixində gəlini Sevda Məmmədova ilə saat 09:00 radələrində onu yaşadığı ünvanda qeydiyyata salmaq üçün Şəki şəhər, ərazisində yerləşən “Asan" xidmətə getmişdir. Həmin yerdə bir müddət dayandıqdan sonra saat 17 radələrində yaşadığı ünvana qayıtmışdır. Evə daxil olduqda Şəxs spirtli içki qəbul etdiyini müəyyən etmiş İlqar isə heç bir əsas olmadan onu və gəlinini təhqir etmişdir. Bundan başqa evdən çıxmağını istəyərək mübahisə etməyə başlamışdır. Lakin onunla hər-hansı dialoqa daxil olmamış və sakit dayanmışdır. İlqar isə bir müddət sonra öz otağına keçərək, orada yatmışdır. Saat təxminən 19:00 radələrində yenidən evdən çıxmışdır. Təxminən 1 saat sonra geri qayıtmışdır. Həmin anda yenidən spirtli içki qəbul etmişdir. Evə daxil olan kimi gəlinini və onu evdə istəmədiyini bildirmişdir. Nalayiq ifadələr işlədərək, təhqir etmişdir. Ona bu barədə irad tutduqda isə şillə ilə yumruqla sifət nahiyyəmdən vurmuşdur. İlqar spirtli içkinin təsiri altında olmuş və hərəkətlərinə nəzarət edə bilməmişdir. Buna görə də gəlini və özü İlqarı tutaraq bayıra çıxarmış və DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Hadisə də bununla başa çatmışdır. Həmin hadisə 22 iyul 2023-cü il tarixində saat 21:00 radələrində yaşadığı ünvanda baş vermiş və təxminən 20-30 dəqiqə arası davam etmişdir. Bu zaman ətrafda və yaxınlıqda gəlini Sevda Məmmədova və oğlu Şəxs olmuşdur. Hadisə zamanı oğlu Şəxs şillə və yumruqla onu vuraraq döymüşdür. Lakin gəlini Sevda Məmmədovaya qarşı hər-hansı formada fiziki təmas göstərilməmişdir. Bildirmişdir ki, oğlu Şəxs onu əvvəllərdə döydüyü üçün onun barəsində şikayət etmiş, lakin sonradan şikayətini gheri götürmüşdür. Hal-hazırda İlqardan şikayətçidir. Onun qanun qarşısında cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Şəfiqə Məmmədova onun qaynanasıdır və onunla birlikdə yaşayır. İlqar onun həyat yoldaşıdır. O, Şəxsla 1992-ci ildə ailə həyatı qurmuş və həmin evlilikdən iki övladı dünyaya gəlmişdir. Şəxs spirtli içki audəçisidir. Buna görə də dəfələrlə aralarında münaqişələri yaranmışdır. 22 iyul 2023-cü il tarixində qaynanası Şəfiqə Məmmədova ilə saat 09:00 radələrində özünü yaşadığı ünvanda qeydiyyata salmaq üçün Şəki şəhər, ərazisində yerləşən “Asan” xidmətə getmişdir. Həmin yerdə bir müddət dayandıqdan sonra saat 17:00 radələrində yaşadığı ünvana qayıtmışdır. Evə daxil olduqda Şəxs spirtli içki qəbul etdiyini müəyyən etmişdir. İlqar isə heç bir əsas olmadan onu və qaynanasını təhqir etmişdir. Bundan başqa evdən çıxmağını istəyərək mübahisə etməyə başlamışdır. Lakin onunla hər-hansı dialoqa daxil olmamış və sakit dayanmışdır. İlqar isə bir müddət sonra öz otağına keçərək, orada yatmışdır. Saat təxminən 19:00 radələrində yenidən evdən çıxmışdır. Təxminən 1 saat sonra geri qayıtmışdır. Həmin anda yenidən spirtli içki qəbul etmişdir. Evə daxil olan kimi onu və qaynanasını evdə istəmədiyini bildirmişdir. Nalayiq ifadələr işlədərək, təhqir etmişdir. X13 bu barədə irad tutduqda isə şillə ilə yumruqla Şəfiqə Məmmədovanı sifət nahiyyəsindən vurmuşdur. İlqar spirtli içkinin təsiri altında olmuş və hərəkətlərinə nəzarət edə bilməmişdir. Buna görə də o və qaynanası İlqarı tutaraq bayıra çıxarmış və Şəfiqə Məmmədova DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Hadisə də bununla başa çatmışdır. Həmin hadisə 22 iyul 2023-cü il tarixində saat 21:00 radələrində yaşadığı ünvanda baş vermiş və təxminən 20-30 dəqiqə arası davam etmişdir. Bu zaman ətrafda və yaxınlıqda qaynanası Şəfiqə Məmmədova və həyat yoldaşı Şəxs olmuşdur. Hadisə zamanı Şəxs Şəfiqə Məmmədovayı şillə və yumruqla vuraraq döymüşdür. Bundan başqa Şəxs tərəfindən ona qarşı hər-hansı formada fiziki təmas göstərilməmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertizası və Patalojiya Anatomiya Birliyi X17 24 iyul 2023-cü il tarixli 340 nömrəli rəyindən görünür ki, 1948-ci il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol göz ətrafının və sol baldırın qançırları bərk-küt əşyanın təsirindən törənmişdir, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir, müddəti qərarda qeyd edilən xx.xx.2023-cü il tarixinə uyğundur və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 23 iyul 2023-cü il tarixli 30a saylı protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs anası iş üzrə zərərçəkmiş şəxs X4 döymüş, ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən Şəxs inzibati xəta hadisəsini sərxoş halda törətməsi məsuliyyəti ağırlaşdırıcı hal kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 22 iyul 2023-cü il tarixdə saat 23:30-dan hesablansın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar