Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-608/2021 22.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Haciyev Elbrus Rafiq oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili Əliyev Elbrus İsmayıl oğlunun iştirakları ilə, xx xxxx 1988-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İnzibati xəta barədə protokolda göstərilir ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 862/2019 nömrəli, 05.008.2019-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 05 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat alimenti cavabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Haciyev Elbrus Rafiq oğlu inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-862/2019 nömrəli, 05.008.2019-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 05 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat aliment cacabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədi 09.08.2019-ci il tarixlərində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönələrək, icraata başlamaq haqqında qərar qəbul olunmuş, qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Lakin icra sənədi borclu tərəfindən nə könüllü icra müddəti ərzində, nə də onda sonra keçən uzun müddət ərzində tələbin icrası təmin edilməmiş, aliment vaxtında ödənilməmiş, borclunun təqdim etdiyi ödəniş sənədləri üzrə ödənilən aliment hesablanmış, 1470 manat aliment ödənildiyi, bu günə 2338 manat aliment borcunun olduğu müəyyən edilmişdir. Eyni zamanda borclunun adına pul vəsaitlərinin və bank hesablarının olubolmaması barədə bank və kredit təşkilatlarına, əmlakının olub-olmaması barədə isə müvafiq orqanlara sorğular göndərilmişdir. Lakin borclunun adına heç bir pul vəsaiti və əmlak aşkar edilməmişdir. Borclu əvvəl də yaranmış 2184 manat aliment borcunu vaxtında ödəmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə borclu 10 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Həmin dövrə yaranmış aliment borcu sonradan da ödənilməmiş, ayıq aliment də tamlıqla ödənilməmişdir. Borclu Bakı şəhərində yaşayır, orada fərdi qaydada fəhləlik edir, ayda 450 manat gəliri olur. Bildirmişdir ki, yaranmış aliment borcunu iki ay müddətində ödəyəcəkdir. Borclunun əvvəlki izahatlarında da alimenti və yaranmış aliment borcunu ödəyəcəyini bildirsə də qismən ödənişlər etmiş, aylıq alimenti tamlıqla ödəməmiş, yaranmış borcu da ödəməmişdir. Həmçinin borclunun yeri məlum olmadığından 07.05.2021-ci il tarixdə növbəti dəfə axtarış qərarı qəbul edilmişdir. Borclu Ailə Məcəlləsinə uyğun olaraq yaşadığı yeri bildirməli olduğu halda Bakı şəhərində yaşadığı yer barədə də dəqiq məlumat verməmiş, aliment ödəməkdən yayınmışdır. Buradan da göründüyü kimi borclu icra sənədi üzrə tələbi yerinə yetirməməklə, çağırışlara gəlməməklə, icra məmurunun qanuni tələbini yerinə yetirməməklə, yaşadığı yer barədə məlumat verməməklə icra sənədinin icrasından yayınır. Borclu Şəxs şöbədə olarkən ödənilməmiş aliment borclarının ödənilməsi tələb edildi, borclu borclarını ödəməkdən imtina etdi. Borclu Şəxs oğlu 22.11.2021-ci il tarixli izahatında borc məbləğlərini imkanı olmadığı üçün ödəmədiyini, gəlcəkdə, iki ay müddətində ödəyəcəyini bildirmişdir. Borclunun hazırkı tarixə 2338 manat aliment borcu yaranmışdır. Əlavə olaraq bildirdi ki, Şəxs oğlu 22 noyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək saat 16:30-da məhkəməyə gətirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-862/2019 nömrəli, 05.008.2019-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 05 sentyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 03 iyul 2019-cu il tarixdən hesablanmaqla, hər ay 136 manat aliment cacabdeh Şəxs iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədlərindən məlumatı vardır. Lakin, maddi imkanı olmadığından icra sənədləri üzrə ödənişlərini vaxtında edə bilməmişdir. Lakin ona vaxt verilsə borcundan qismən ödənişlər edə bilər. Əlavə olaraq bildirdi ki, 22 noyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra saat 16:30-da məhkəməyə aparılmışdır. Əməlindən peşmandır. Qanuni qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi izahat verərək göstərdi ki, Şəxs qərəzli olaraq icra sənədlərindən yayınmır. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan hərəkətləri özünün, icra məmurunun izahatları və digər sənədlərlə təsdiq olundu. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs olunmalıdır. Şəxs və icra məmurunun izahatları nəticəsində aydın oldu ki, Şəxs 22 noyabr 2021-ci il tarixdən, saat 11:00 radələrində Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin inzibati binasına daxil olmuş və bundan sonra icra məmuru tərəfindən müəyyən prosessual hərəkətlər həyata keçirilərək, saat 16:30-da məhkəməyə aparılmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs sərbəst hərəkət etmək imkanı 22 noyabr 2021-ci il tarixdən, saat 11:00-da məhdudlaşdırıldığından Şəxs həbsə alınmasının əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 22 noyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun sərbəst hərəkət etmək imkanının məhdudlaşdırıldığı vaxtdan yəni, 22 noyabr 2021-ci il tarixdən, saat 11:00-dan hesablansın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov İş № 3(075)-25/2019 İnzibati xəta haqqında işin məhkəmədə baxılmağa hazırlanması haqqında QƏRARDAD Şəki Rayon Məhkəməsi 08 yanvar 2019-cu il Şəki şəhərində Mən, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahid Fehruz oğlu, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, Müəyyən etdim: Şəki Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(107)-620/2018 saylı, 09 fevral 2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1096 manat dəyərində 1 ədəd porolonla birlikdə taxt çarpayı, 1 ədəd şifoner, 2 ədəd tumboçka, 1 ədəd termo, 1 ədəd termo stolundan ibarət Soltan yataq dasti, 1 ədəd 925 manat dəyərində noutbuk, 1 ədəd 50 manat dəyərində tok peçi, 1 ədəd 170 manat dəyərində vitek ətçəkən maşın və 1 ədəd 90 manat dəyərində mətbəxt üçün çıraq, cəmi 2331 manat dəyərində əmlak naturada, bu olmadıqda isə onların dəyəri alınaraq tələbkar X3 verilməlidir. Bundan əlavə icra vərəqəsində göstərilmiş ümumilikdə 18997.35 manat dəyərində əmlak və ya onların dəyəri və 20 manat məbləğində dövlət rüsumu borclu Şəxs alınaraq tələbkar X3 verilməlidir. Məhkəmə qərarının icrası ilə əlaqədar borclu Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, tələbkara ödəməli olduğu borclarının ödənişindən qərəzli olaraq yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin baxılması hakimin səlahiyyətlərinə aiddir, işə hakim tərəfindən baxılmasını istisna edən hallar yoxdur, işin icraatını rədd edən hallar mövcüd deyildir, işə mahiyyəti üzrə baxılması üçün kifayət qədər sübutlar toplanmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına dair sənədlər düzgün tərtib edilmişdir. İş üzrə əlavə materialların tələb edilməsi, ekspertizanın təyin olunması, işə baxılmasının təxirə salınması zərurəti yoxdur. Odur ki, Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.1-ci maddələrinin tələblərini rəhbər tutub, Q ə r a r a a l ı r a m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işin məhkəmə baxışı 08 yanvar 2019-cu il tarixə saat 18:00-a Şəki Rayon Məhkəməsinin binasına təyin edilsin. İnzibati xəta haqqında işə barəsində icraat aparılan şəxsin iştirakı ilə baxılsın. Proses Azərbaycan dilində aparılsın. Hakim: Cahid İmanov. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3(075)-25/2019 08 yanvar 2019-cu il Şəki şəhər-rayon Polis Şöbəsinin rəisi polis-polkovniki cənab Əbülfət Rzayevə Hörmətli Əbülfət müəllim ! İnzibati xəta edən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati iş üzrə Şəki Rayon Məhkəməsinin hakiminin 08 yanvar 2019-cu il tarixli, 3(075)-25/2019 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hörmətlə, Şəki Rayon Məhkəməsinin hakimi: Cahid İmanov.
Məhkəmə qərarları › İş №3(075)-608/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-608/2021
22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver