Məhkəmə qərarları › İş №3(075)-609/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-609/2020

20.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-609/2020 20.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1, qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 iştirakları ilə X1 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, Şəki şəhəri, M.Müşviq küçəsinə paralel ticarət çərçivəsində ticarətlə məşğul olur. xx xxxxxxx 2020-ci il tarixdə özünə məxsus ticarət obyektində olarkən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 ona məxsus ticarət obyektinə yaxınlaşaraq tibbi maskadan istifadə etməyinə baxmayaraq onu İXM-nin 211.2-ci maddəsi ilə onu cərimələyəcəyini bildirmiş və qanunsuz olaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. O, buna qəti etirazını bildirsə də etirazına məhəl qoymamışdır. Bundan sonra Şəki ŞRPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli məktubu ilə barəsində tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ona göndərilmişdir. Həmin qərarla tanış olarkən görmüşdür ki, qərarda xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:10 radələrində Şəki şəhəri bazar ərazisində mağazada qoruyucu tibbi maskadan istifadə etmədiyi göstərilmiş, İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar qanunsuzdur. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X2 ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cərimə yazılarkən o, bir müddət əvvəl çay içmiş, ona görə də tibbi maska ağzında deyil, çənəsində olmuşdur. Bundan sonra onun fotoşəkli çəkilmişdir. Həmçinin qeyd etmişdir ki, polis əməkdaşı ona qarşı qərəzli mövqe tutmuş, mağazada maska taxmayan digər şəxslərə xəbərdarlıq etmiş, onu isə cərimələmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 göstərdi ki, ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar vətəndaşların icazəsiz hərəkətdə olmalarının qarşısının alınması və sanitariya rejiminə əməl etmələrinin təmin edilməsi məqsədilə reyd keçirmişlər. Belə ki, xx xxxxxxx 2020-ci il tarixdə Şəki şəhəri “Bazar” ərazisindəki mağazada, saat 11:50 radələrində xidmət aparan zaman bir nəfər şəxsin tibbi maskadan istifadə etmədiyini müəyyən etmişdir. Həmin şəxsə yaxınlaşaraq törətdiyi qanun pozuntusu barədə məlumat vermiş, X6 barəsində İXM-nin 211.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Sonuncu izahat vermiş, bir daha bu cür inzibati xətaya yol verməyəcəyini bildirmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:50 radələrində Şəki şəhəri “Bazar” ərazisindəki mağazada qoruyucu tibbi maskadan istifadə etməmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan X5 izahatından görünür ki, sonuncu xx xxxxxxx 2020-ci il tarixdə, saat 11:50 radələrində Şəki şəhəri “Bazar” ərazisindəki mağazada qoruyucu tibbi maskadan istifadə etmədiyini etiraf etmişdir. İş materiallarında olan 01 (bir) ədəd fotoşəkildən görünür ki, X6 tibbi maskadan istifadə etməmişdir. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın xx xxxxxxxx 2020-ci il tarixli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılmışdır. X1 məhkəməyə təqdim etdiyi ərizəsində Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun tərtib edilməsinə yetərli əsas və sübutun olmadığını bildirməsi, qeyd olunan vaxt epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmadan hərəkətini davam etdirməsi işə əlavə edilmiş materiallarla öz təsdiqini tapmır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, ərizəçinin iş materiallarına əlavə edilmiş izahatından qeyd olunan tarixdə X5 ölkə ərazisində xüsusi karantin rejiminin tətbiq edildiyi müddətdə, qapalı məkanda qoruyucu tibbi maskadan istifadə etmədiyi müəyyən edilmişdir. Bundan başqa X6 da məhkəmə iclasında verdiyi izahatında qoruyucu tibbi maskadan istifadə etmədiyi inkar etməmiş, bu halı “bir az əvvəl çay içdiyinə görə” tibbi maskadan istifadə etmədiyi ilə əsaslandırmışdır. Odur ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. X1 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X5 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar