Məhkəmə qərarları › İş №3(075)-61/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-61/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-61/2021 09.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, X1, qərarından şikayət verilmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis serjantı X5 iştirakları ilə X1 Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Şəki şəhər-rayon Polis Şöbəsinin xx xxxxxx 2021-ci il tarixli müşayiətedici məktubunu və inzibati tənbeh vermə haqqında xx xxxxxx 2021-ci il tarixli qərarını poçt vasitəsilə almışdır. Həmin qərarda qeyd edilir ki, guya o, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00-da idarə etdiyi **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobildə gedərkən yolun əks istiqamətinə çıxmaqla ötmə qaydalarını pozmuşdur. Bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini pozmuşdur. Şəki şəhər-rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi haqqında xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati haqqında protokol tərtib etmiş, xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edib 60 manat cərimə təyin etmişdir. Bu qərarla razılaşmayaraq DİN-nin “102” xidmətinə zəng edərək və BDYPİ-nə online olaraq 2 dəfə (xx.xx.2020 və xx.xx.2021 tarixlərdə) şikayət ünvanlamışdır. Həmin şikayətdə qərarı və protokolu əsassız hesab etməklə ləğv edilməsini xahiş etmişdir. Onun pozuntu etməyi ilə bağlı heç bir videofakt mövcud deyil. Protokol Şəki-Qax yolunun 1-ci km ərazisində tərtib edilmişdir. Halbuki həmin ərazidə ötməni qadağan edən 3.20 yol işarəsi yoxdur və yol qırıq xəttlə işarələnib. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, həmin vaxt karantinin ikinci günü olmuş, ərazidə post qurulmağından xəbəri olmamışdır. Şəki şəhəri, H.Əliyev prospekti ilə Şəki-Qax yolunun kəsişməsinə yaxınlaşarkən 5-6 avtomobilin cərgə ilə düzüldüyünü, müəyyən fasilələrlə hərəkət etdiyini görmüşdür. Ərazidə ötmə nişanı olmadığından həmin avtomobilləri ötüb keçmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin YPX inspektoru, polis serjantı X7 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində Şəki şəhəri, H.Əliyev prospekti ilə Şəki- Qax yolunun kəsişməsində yaradılmış karantin postunda xidmətdə olmuşdur. Karantin postunda polis tərəfindən yoxlamalar həyata keçirilən zaman təxminən 10-a yaxın avtomobil cərgə ilə düzülmüşdür. Yoxlama zamanı “Mercedes” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobil cərgədən çıxaraq qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı üçün tərəfindən saxlanılmışdır. Sürücüyə özünü təqdim etdikdən sonra müvafiq sənədləri tələb etmiş və törədilmiş qanun pozuntusunu ona izah etmişdir. Avtomobilin sürücüsü X8 heç bir qanun pozuntusuna yol vermədiyini bildirmiş və müxtəlif üsullarla məsuliyyətdən yayınmağa çalışmışdır. Halbuki o da digər sürücülər kimi postdan keçərkən növbəsini gözləməli idi. Bundan başqa ərazidə qırıq xətt olsa da, o, ən çoxu iki avtomobili ötə bilərdi. Odur ki, həmin şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını tədqiq edərək onlara birlikdə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 15:00 radələrində «Mercedes Benz 320» markalı, **-FM-*** dövlət nömrə nişanlı minik avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ tərəfindən X6 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixliməktubdan görünür ki, Nadir Camalovun xx xxxxxx 2020-ci il tarixdə, Daxili İşlər Nazirliyinin «102» xidmətindən daxil olmuş müraciətinə baxılmış, şikayətin araşdırılması məqsədilə, müraciətdə qeyd olunan (055)-702-86-61 mobil nömrəyə xx xxxxxx 2020-ci il tarixdə zəng edilərək əlaqə saxlanılmış, qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən Şəki rayon mərkəzində xüsusi karantin rejimi sərtləşdirildiyi üçün, Şəki şəhəri, H.Əliyev prospekti ilə Şəki-Qax yolunun kəsişməsində yaradılmış karantin postunda polis tərəfindən yoxlamalar həyata keçirilən zaman, “Mercedes” markalı, **-FM- *** dövlət qeydiyyat nişanlı avtomobillə cərgədən çıxaraq qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı üçün yol patrul xidməti əməkdaşı tərəfindən barəsində tərtib olunan inzibati xəta haqqında protokoldan şikayətçi olduğu təqdirdə məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu izah edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən X4 qeyd olunan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 51-ci maddəsinin 1-ci bəndinin 3-cü hissəsinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 08 dekabr tarixli 488 nömrəli Qərarının 1 və 2-ci bəndlərinə əsasən əsasən 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində bu Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər iş və xidmət sahələrinin fəaliyyəti dayandırılmışdır. Bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, habelə Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyətləri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən qeyd olunan tarixdə X4 idarə etdiyi avtomobillə Şəki şəhəri, H.Əliyev prospekti ilə Şəki-Qax yolunun kəsişməsində yaradılmış karantin postunda polis tərəfindən yoxlamalar həyata keçirilən zaman “Mercedes” markalı, **-FM-*** dövlət qeydiyyat nişanlı avtomobillə cərgədən çıxaraq qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələblərini pozması öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan ötmə əməliyyatının qaydaları “Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu”nun 51-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin mənasına görə sürücü ötmə əməliyyatı apararkən qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olduğuna, iki nəqliyyat vasitəsinin nisbi sürətinin ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmalıdır. Belə müəyyən olunur ki, qırıq xətt olduğu ərazidə belə ən çoxu iki avtomobil ötüb öz istiqamətinə qayıtmalı olduğu halda şikayətçi özünün də etiraf etdiyi kimi 5-6 avtomobili ötərək posta daxil olmuşdur. Odur ki, məhkəmə tərəfindən ərizəçinin qeyd olunan protokolun və qərarın qanunsuz və əsassız olması qeyd etməsi özünü müdafiə kimi qiymətləndirilir. X1 şikayət ərizəsində qeyd etdiyi Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis serjantı X7 tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun qanunsuz və əsassız olması ilə bağlı müddəalar öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, X4 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-52, 128, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və xx xxxxxx 2021-ci il tarixli, İQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı ərizəsi təmin olunmasın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar