Məhkəmə qərarları › İş №3(075)-61/2022

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-61/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-61/2022 28.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakları ilə xx xxx 1974-cü il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, il ərzində inzibati məsuliyyətə cəlb edilməyən, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 tərəfindən tərtib edilmiş 28 yanvar 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Şəki şəhəri, C.M.Quluzadə küçəsində Aydın Qaffarovla mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmiş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X8 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 19 dekabr 2021-ci il tarixdə, saat 17:00 radələrində Şəki şəhəri, C.M.Quluzadə küçəsində Aydın Qaffarovla mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmiş, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında göstərdi ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. X3 ünvan 3uş müraciəti ilə tanış olmuşdur. Aydın Qaffarov onunla qonşuluqda yaşayır. Bu zamana kimi aralarında hər hansı mübahisə və yaxud münaqişə olmamışdır. Aydın Qaffarovun həyətindən gələn su evinin qarşısını palçıq etmişdir. Bununla bağlı dəfələrlə Aydın Qaffarovu xəbərdar etsə də nəticəsi olmamışdır. 19.12.2021 -ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvandan bayıra çıxan zaman küçənin yenidən su gələrək palçıq olduğunu görmüşdür. Bu zaman Aydın Qaffarova bayıra çıxmışdır. Ona nəyə görə ətrafı palçıq etməsi barədə sual vermişdir. Lakin aralarında həmin zaman yaranmış anlaşmazlıq səbəbilə mübahisə yaranmışdır. Həmin mübahisə zananı nalayiq ifadələr işlədərək, birbirilərini təhqir etmişlər. Bir müddət aralarında olan mübahisə davam etdikdən sonra Aydın Qaffarov yaşadığı ünvana getmişdir. Bundan başqa aralarında hər hansı formada fiziki təmas olmamış, sadəcə olaraq sözlə mübahisə etmişlər. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. X1 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, X7 ilə qonşuluqda yaşayır və aralarında bu zamana kimi hər hansı mübahisə olmamışdır. Əvvəllər evində olan tikinti işlərində usta işləmişdir. 19.12.2021-ci il tarixdə, saat 17 radələrində yaşadığı ünvanda olan zaman Sahib Hidayətov yanına gələrək, yaşadığı ünvanın giriş qapısından bayıra su axdığını bildirmiş, həmin suyun bayırda aparılan sukanalizasiya işləri ilə bağlı borunun nasaz olduğunu, buna görə də həmin suyun axdığını bildirmişdir. Sahib Hidayətov bu anda birdən-birə nalayiq ifadələr işlədərək qonşuların içində onu təhqir etmişdir. İşdə olan 01 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1/1714 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərəfindən Şəxs hərəkətləri qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarının qərəzli surətdə pozulması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat inzibati cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar