Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-610/2020 04.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx xxxxxxxx 1993-cü ildə Şəki rayonu İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əlilliyi olmayan, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlandığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 4 gün müddət ona təyin edilmiş cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 il, 11 ay, 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Şəki rayonu İnçə kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə olan Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X5 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində X3 məxsus iki ədəd mobil telefonu (380 manat) qanunsuz olaraq ələ keçirməklə xırda talamış, Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında ŞRPŞ-nin inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sarıca PB-nin sahə rəisi, polis kapitanı X5 izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində X3 məxsus iki ədəd mobil telefonu (380 manat) qanunsuz olaraq ələ keçirməklə xırda talamış və onun barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, Şəxs əvvəlcədən tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Şəki şəhərində yerləşən “Qurcana” kafesində Şəxs ilə görüşmüşlər. Bu zaman Nəsir ona telefonlarını satmağı və yeni telefon almağı təklif etmişdir. O, bununla razılaşmamış, ehtiyac olmadığını bildirmişdir. Bundan sonra ayaqyoluna getmiş, geri qayıtdıqda nə telefonları, nə də Nəsiri tapmışdır. Masada oturanlardan soruşduqda Nəsirin telefonları götürüb getdiyini bildirmişlər. Artıq 3 aya yaxındır ki, sonuncu nə telefonları, nə pulunu qaytarır. Odur ki, səbri tükənmişdir. Məhkəmədən ona layiqli cəza verilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, zərərçəkmiş şəxs X4 əvvəllər tanımışdır. xx xxxxxx 2020-ci il tarixdə, saat 17:00 radələrində Şəki şəhərində yerləşən “Qurcana” kafesində Kamil İsmayıllı ilə görüşmüşlər. Bu zaman Kamilə onda olan iki ədəd telefonu satmağı, əvəzində yeni telefon almağı təklif etmiş, o da bununla razılaşmışdır. Həmin telefonların dəyərini xx xxxxxxxx 2020-ci il tarixdə qaytarmağa söz vermişdir. Bundan sonra Kamilə məxsus iki ədəd telefonu götürüb getmişdir. Həmin telefonlardan birini 180 manata, digərini isə 80 manata satmışdır. Lakin atası ağacdan yıxılaraq xəsarət aldığından, həmçinin bacısının böyrəklərində problem olduğu üçün apteklərə borcu olmuş, Kamilə borcunu vaxtında qaytara bilməmişdir. Əgər vaxt verilərsə borcunu ayın sonuna kimi ödəyəcəkdir. Bütün bunları nəzərə alaraq məhkəmədən onun barəsində ədalətli qərar verilməsini xahiş edir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, X2 şikayəti üzrə HK-1/1111 nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam təsdiq edildi. Belə ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Kamil İsmayllıya məxsus iki ədəd mobil telefonu götürməsi və bugünədək onların dəyərini ödəməməsi həm özünün, həm də zərərçəkmiş şəxsin izahatları ilə təsdiq olunur. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan qanunvericliyin maddələrinə əsaslanaraq, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini, onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati həbs növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında olan ictimai işlər tənbeh növünün Şəxs tətbiq edilməsi onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi üçün kifayət etmir, barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli onun Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə qəbul edildiyi saatdan hesab edilsin. Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 13:00-dan şübhəli şəxs qismində tutularaq xx xxxxxx 2020-ci il tarixə, saat 15:00-dək saxlanıldığı müddət onun barəsində tətbiq ediləcək həbs növündə inzibati tənbeh tədbirinin müddətindən çıxılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-610/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-610/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver