Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-610/2025 04.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən X11 Nasil oğlunun, Səki şəhər-rayon Polis şöbəsinin X2 sahə rəisi X3 iştirakları ilə X1 barəsində Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X8 onun barəsində Şəki ŞRPŞ tərəfindən qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Səki şəhər-rayon Polis şöbəsinin X2 sahə rəisi 31 may 2025-ci il tarixdə, EXP 17066725 nömrəli "İnzibati xəta haqqında" protokol tərtib edərək və 31 may 2025-ci il tarixdə, EPQ 18366542 nömrəli "inzibati tənbeh vermə haqqında" Qərar qəbul edərək, onu əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə inzibati xəta törətmiş şəxs hesab edərək, barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq olunması barədə qərar qəbul edilmişdir. Hesab edir ki, Şəki şəhər-rayon Polis şöbəsinin X2 tərəfindən inzibati hüquq pozma barədə işi araşdırarkən qanunvericiliyin tələblərinə düzgün riayət etməmiş və son anda qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etməklə onun hüquqlarını pozmuşdur. O, xx.xx.1982-ci ildə Şəki rayonunda anadan olmuş və hal-hazırda ailə üzvüləri İlə birlikdə Şəki rayonu Cəfərabad kəndində yaşayır. Öz halal zəhməti İlə fərdi təsərrüfatımnda malqara saxlamaqla ailəsini dolandırır. xx.xx.2025-ci il tarixdə saat 15.00 radələrində 2 baş inəyini yaşadığı Şəki rayon Cəfərabad kənd ərazisində yerləşən magistiral yolun malqaranın keçməsi üçün qanunla müəyyən olunmuş yerindən yolun bir tərəfindən digər tərəfinə keçirirdi və heyvanlara tam nəzarət edirdi. Həmin vaxt o, yol hərəkəti qaydalarını pozmadan, magistiral yola quraşdırılmış yol nişanının müəyyən edici yerindən inəklərini keçirən zaman Göyçay rayon PŞ-nə məxsus ** AA *** dövlət nönrə nişanlı polis avtomaşının sürücüsü, polis əməkdaşı, sonradan adını bildiyi X9 60 km surət həddi olan yol nişanının tələblərini pozaraq yüksək surətlə hərəkət edərək və mal-qara keçidi olan yerdə ona məxsus bir baş inəyini vurmuş və nəticədə inəyi tələf olmuş və ona 3000 manat maddi ziyan dəymişdir. Həmin vaxt oraya gələn serjant rütbəli yol polisi inspektoru hadisəni obyektiv araşdırmamış, dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı ekspertiza təyin olunmamış və şahidlər dindirilməmişdir. İşi bir tərəfli və polis əməkdaşlarının xeyrinə həll etmişdir. Həmçinin, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisinin 5-ci X15 Xidməti ispektoru, polis serjantı rütbəli əməkdaşı Elgiz Talıbov Azərbaycan Respublikası "Yol hərəkəti haqqında" Qanunvericiliyin tələblərini pozaraq ona qarşı əsassız və qanunsuz olaraq, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli İnzibati Xəta haqqında protokolun ləğyedilməsi ilə bağlı Şəki rayon Məhkəməsində məhkəmə araşdırması aparılır. Hal-hazırda isə ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki rayon İcra və Probasiya şöbəsindən xx.xx.2025-ci il tarixdə rəsmi imza etdirməklə bildiriş təqdim edərək və Şəki şəhər-rayon Polis şöbəsinin X2 sahə rəisinin tərtib etdiyi (qəbul etdiyi) 31 may 2025-ci il tarixli, EXP 17066725 nömrəli "İnzibati xəta haqqında" protokolunu və 31 may 2025-ci il tarixli, EPQ N 18366542 nömrəli "İnzibati tənbeh vermə haqqında"" Qərarını təqdim edərək, Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsi ilə inzibati xəta törətmiş şəxs hesab edildiyini və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq olunması barədə qərar qəbul edildiyini bildirmişlər. O, Şəki şəhər-rayon Polis şöbəsinin X2 31 may 2025-ci il tarixli, EXP 17066725 nömrəli "İnzibati xəta haqqında" protokolunu və 31 may 2025-ci il tarixli, EPQ№ 18366542 nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərarının olduğu barədə xx.xx.2025-ci il tarixdə bilmiş, həmin protokol və qərardan tam narazıdır. Ona görə də, hesab edir ki, Şəki şəhər-rayon Polis şöbəsinin X2 sahə rəisinin tərtib etdiyi 31 may 2025-ci iltarixli, EXP 17066725 nömrəli "İnzibati xəta haqqında" protokol və 31 may 2025-ci il tarixli, EPQ 18366542 nömrəli "İnzibati tənbeh vermə haqqında" Qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən ərizəçi X8 şikayət ərizəsini müdafiə edərək, onun barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X4 müdafiəçisin X14 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şəki şəhər-rayon Polis şöbəsinin X2 sahə rəisi X6 izahat verərək bildirdi ki, X8 tərəfindən qadağan edilmiş yerdə mal-qaranın saxlanılması və gəzdirilməsi faktı aşkar edildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 290.1.1-ci maddəsinə əsasən inzibai xəta haqqında protokol tərtib edilmişdir. Buna görə də şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarından görünür ki: Şəki ŞRPŞ-nin xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 200 manat cərimə edilmişdir. Azərbaycan Respublikası Şəki rayonu Cəfərabad Bələdiyyəsi tərəfindən verilmiş 16 may 2025-ci il tarixli arayışdan görünür ki, Şəki rayonu Cəfərabad kəndi ərazisində Yevlax- Balakən magistral yolunun yaxınlığında olan dağlıq örüş torpaq sahəsi Dövlət ehtiyyat fonduna aid olmaqla bərabər, ümümi istifadədə olan otlaq sahəsidir. Bütövlüklə kənd əhalisinin 60%-ə yaxını həmin ərazidən örüş kimi istifadə edir. Örüş sahəsi həmin ərazi olduğuna görə magistral yola mal-qaranın keçməsi üçün keçid və yol nişanı qoyulmuşdur və dayanacağın sağ-sol tərəfində keçid vardır. Kənd əhalisi heyvandarlıq və kənd təssərüfatı ilə məşqul olduğundan hər bir kəsə, o cümlədən X7 mal-qara saxlamağa icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddəsinə əsasən ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət ərizəsini, inzibati tənbeh vermə haqqında qərarı və digər iş materiallarını araşdırıb hesab edir ki, X4 şikayət təmin olunmalıdır. İş materiallarından və protokoldan görünür ki, X4 barəsində İXM-in 290.1.1-ci maddəsi ilə protokol tərtib olunmuş və 200 manat cərimə tətbiq edilmişdir. Lakin iş materiallarında olan Şəki rayon Çəfərabad bələdiyyəsinin arayışından da görünür ki, X4 mal-qarasını saxladığı yer icazəli sahədir və orada mal-qaranın saxlanmasına rəsmi icazə verilmişdir. Bu fakt göstərir ki, protokolda göstərilən pozuntu sənədlərlə təsdiqlənmir, heyvanların aparıldığı yer qadağan edilmiş yer olmamışdır, X4 faktiki olaraq qanun pozuntusu törətməmişdir. Göründüyü kimi, X4 barəsində xx.xx.2025-ci il tarixli, EPQ seriyalı, ******* nömrəli qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X4 barəsində Şəki ŞRPŞnin X2 sahə rəisi tərəfindən qəbul edilmiş 31 may 2025-ci il tarixli EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində Şəki ŞRPŞnin X5 tərəfindən tərtib edilmiş 31 may 2025-ci il tarixli EXP seriyalı ******* nömrəli protokol üzrə İXM-nin 290.1.1-ci maddələri ilə başlanmış icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.1.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Şəki ŞRPŞ-nin X5 tərəfindən qəbul olunmuş 31 may 2025-ci il tarixli EPQ seriyalı ******* nömrəli qərar ləğv edilsin. X4 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 20 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №3(075)-610/2025
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-610/2025
04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver