Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-611/2020 04.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1999-cu il tarixdə Türkmənistan Respublikası, Aşqabad şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu, Daşüz kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Şəki ŞRPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı icra sənədinə əsasən borclu Şəxs 150 manat inzibatı cərimə alınaraq dövlət bücəsinə ödənilməlidir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəki ŞRPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı icra sənədinə əsasən borclu Şəxs 150 manat məbləğində cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2020-ci tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borclu Şəxs göndərilmişdir Lakin könüllü icra müddəti ərzində borclu tələbin icrasını təmin etməmişdir. Eyni zamanda tərəflərindən borclunun əmlak vəziyyətinin öyrənilməsi, gəlirlərinin müəyyən edilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına, bank və kredit təşkilatlarına sorğular verilmişdir. Nəticədə banklarda borcluya məxsus pul vəsaiti və başqa sərvətlərin, mülkiyyətində tələbin yönəldilməsinə yol verilən daşınar və daşınmaz əmlakın, eləcə də pensiya və müavinət kimi gəlirlərinin olmadığı müəyyən edilmişdir. Həmçinin borclunun qeydiyyatda olduğu Şəki rayonu. Şin kəndində ünvanında yerləşən ünvanına tərəfimizdən baxış keçirilmiş, baxış zamanı tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixlərində izahatı alınmış, icra sənədi üzrə cərimə borcunun ödənilməsi ondan tələb edilmişdir. Lakin borclu verdiyi izahatlarında borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən heç bir ödəniş etməmiş və nəticədə icra sənədi icra edilmədən qalmışdır. Göstərilənlərə əsasən borclu Şəxs 150 manat inzibatı cəriməm qanunla müəyyən olunmuş müddətdə ödəməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəki ŞRPŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı icra sənədinə əsasən ondan 150 manat məbləğində cərimə alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan sonra da cəriməni ödəməsi mümkünsüzdür. Qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səllahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə 160 saatdan 240 saatadək ictimai işlər tətbiq olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün izahatı və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialla tam təsdiq edildi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib onun barəsində inzibati qaydada 160 (bir yüz altmış) saat ictimai işlər tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-611/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-611/2020
04.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver