Məhkəmə qərarları › İş №3(075)-615/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №3(075)-615/2020

06.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 3(075)-615/2020 06.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əlilliyi olmayan, Şəki şəhəri, M.Abbasov küçəsi, 8 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta barədə Protokolda göstərilir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-593/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün sabit pul məbləğində 50 (əlli) manat olmaqla, cəmi 100manat aliment tutularaq X4 və 10 manat rüsum xərci isə dövlət hesabına ödənilməlidir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-593/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün sabit pul məbləğində 50 (əlli) manat olmaqla, cəmi 100manat aliment tutularaq X4 və 10 manat rüsum xərci isə dövlət hesabına ödənilməlidir. xx.xx.2011-ci il tarixdə Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinin icratına daxil olmuşdur. xx.xx.2011-ci il tarixdə X1 ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra Şöbəsinə müraciət edərək icra sənədi üzrə aliment tələbinin müvəqqəti olaraq, yəni o müraciət edənədək saxlanılmasını, icra sənədinin məhkəməyə geri qaytarılmamasını və icraatın dayandırılması ilə bağlı hər-hansı hərəkətin aparılmamasını xahiş etmişdir. X1 xx.xx.2017-ci il tarixdə yenidən ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra Şöbəsinə müraciət edərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Hazırda borclu Şəxs 5450manat aliment borcu var. Borclunun icra sənədi üzrə hər-hansı ödəniş edib-etməməsi ona məlum deyil. Həmçinin icra işində icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad mövcud deyil. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 593/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinə əsasən ondan iki uşağın yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər bir uşaq üçün sabit pul məbləğində 50 (əlli) manat olmaqla, cəmi 100manat aliment tutularaq X4 və 10 manat rüsum xərci isə dövlət hesabına ödənilməlidir. Aliment borcundan müxtəlif vaxtlarda ödəniş etmişdir. xx.xx.2011-ci il tarixdə X1 ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra Şöbəsinə müraciət edərək icra sənədi üzrə aliment tələbinin müvəqqəti olaraq, yəni o müraciət edənədək saxlanılmasını, icra sənədinin məhkəməyə geri qaytarılmamasını və icraatın dayandırılması ilə bağlı hər-hansı hərəkətin aparılmamasını xahiş etmişdir. X1 xx.xx.2017ci il tarixdə yenidən ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra Şöbəsinə müraciət edərək icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsini xahiş etmişdir. Bundan sonra o icra sənədi üzrə ödənişlər etmiş, lakin son 5 aydır ki maddi imkanı yaxşı olmadığından borcunu tam olaraq ödəyə bilməmişdir. Lakin bu müddət ərzində icra məmuru tərəfindən ona hər hansı bildiriş göndərilməmişdir. Özü usta işləyir və əgər ona vaxt verilərsə 1 il ərzində bütün borcu tam ödəyəcəkdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan materiallara baxaraq hesab edirəm ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmənin icraatına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş iş materiallarında olan Şəxs barəsində xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 593/2011 saylı, xx.xx.2011-ci il tarixli icra sənədinin icrası üzrə icra məmurunun qanuni tələblərinə əməl etməkdən qərəzli şəkildə boyun qaçıraraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, inzibati xəta üzrə iş onu vermiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materialına Şəxs adına banklarda və digər kredit təşkilatlarında pul vəsaiti və qızıl-zinyət əşyalarının olub-olmaması barədə “Azərbaycan Beynəlxxxxxxxxxı”nın Şəki filialına, “xxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Şəki filialına sorğu verilsə də, digər banklar olan “xxxxxxxxxxxx” ASC-nə, “xxxxxxxxxx” ASC-nə, “xxxxxxxxxx” QSC-nə, “xxxxxxxxx” ASC-nə, “xxxxxx” İKB ASC-nə, “Ləğv Prosesində olan “xxxxxxxxxx” ASC-nin və “xxxxxxxx” ASC-nin ləğvedicisi X2 və digər bank və BOKT-na sorğu verilməmiş, bu barədə müvafiq cavablar alınaraq iş materialına əlavə edilməmiş, həmçinin Şəxs yaşadığı ünvana baxış keçirilərək onun əmlak vəziyyəti araşdırılmamış və bu barədə icra nümayəndəliyinin arayışı və ya icra məmuru tərəfindən tərtib edilmiş “Akt” iş materialına əlavə edilməmiş, onun işləyib-işləməməsi, əmək haqqı alıb-almamasının mümkünlüyü aydınlaşdırılmamışdır. Bundan başqa icra məmuru tərəfindən borclunun icra sənədi üzrə borcundan hansı məbləğdə ödəniş etdiyi, icra işi üzrə icraatın dayandırılmasının olub-olmaması barədə hər hansı məlumat məhkəməyə bildirilməmiş, iş materialında tələbkar tərəfindən xx.xx.2011-ci il tarixdə müvəqqəti olaraq, yəni o müraciət edənədək saxlanılması və xx.xx.2017-ci il tarixdə icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizələrin təsdiq edilmiş surəti mövcud olsa da, icra sənədi üzrə icraatın dayandırılıb-dayandırılmaması barədə qərardad öz əksini tapmamış, iş üzrə material tam olaraq hazırlanmamış və natamam olaraq məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən baxılması üçün Şəki rayon Məhkəməsinə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən onların tamamlanması qeyri-mümkündür. Hesab edirəm ki, Şəxs barəsində inzibati xəta haqqında iş İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsi rəhbər tutularaq onu verən orqana geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında iş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar