Məhkəmə qərarları › İş №3(075)-617/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-617/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-617/2025 02.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləyir, məhkumluğu olmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatları əldə etmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə Şəki şəhəri ərazisində xidmətdə olduğu zaman saat təxminən 16:00 radələrində şəhərin S.Mümtaz küçəsində “KİA” markalı **-XG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edən şəxslərin pilotsuz uçuş aparatlarından istifadə edərək çəkiliş aparmalarını aşkar etmişdir. O, Şəki şəhəri, M.Müşfiq küçəsində həmin nəqliyyat vasitəsini saxlayaraq onlara yaxınlaşmış, özünü təqdim etmiş, pilotsuz uçuş aparatı ilə çəkiliş aparması barədə müvafiq icra hakimiyyəti orqanından icazəsinin olub-olmamasını müəyyən etmək üçün sürücü ilə birlikdə çəkiliş aparan şəxsi polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsindən həmin sürücünün Bakı şəhəri sakini X2, pilotsuz uçuş aparatı ilə çəkiliş aparan şəxsin isə onun həyat yoldaşı, Bakı şəhər sakini Şəxs olması müəyyən olundu. Odur ki, pilotsuz uçuş aparatı ilə çəkiliş aparan şəxs Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 01 oktyabr 2025-ci il saat 12:00 radələrində Şəki şəhərində şəxsi maşını və yoldaşı ilə (**-XG-*** qeydiyyat nömrəli maşın) ezamda olmuşdur. Ezam səbəbləri Baku Bus İİİ MDB oyunlarına nəqliyyat təminatının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə hesabatının aparılması üçün foto və video kadrlarının çəkilməsi olmuşdur. Çəkilişlər foto kamera və dron kamera ilə həyata keçirilir. Çəkilişin məqsədi “BakuBus”un nəqliyyatın inkişafında rolunu göstərmək, daimi hesabatlılığını aparmaqdır. Şəki şəhərində olan BakuBus avtobusları Şəkinin müxtəlif yerlərində təbiət və tarixi abidələr fonunda çəkmək prioritet olmuşdur. Səhərdən yağış yağdığı üçün onlar heç bir çəkiliş edə bilməmişlər. Bir neçə saat asudə vaxt keçirdikdən sonra saat 16:00-dan sonra çəkilişə başlamışlar. S.Mümtaz küçəsində gəlib-gedən İİİ MDB oyunlarına ayrılmış avtobusları çəkmişlər. Ümumilikdə 12 video kadr çəkiliş etmişlər. Çəkiliş müxtəlif yerlərdə deyil sırf yolda hərəkət edən avtobuslara fokslanmışdır. Çəkilişlərini polis əməkdaşlarının sorğusu ilə sonlandırmışdır. Polis soğusuna əsasən onların çəkiliş icazələri təqdim edilməli idi. Onların icazələri şifahi şəkildə Mətbuat xidmətləri arasında danışıldığı üçün faktiki rəsmi məktub təqdim edə bilməmişlər. BakuBus rəhbərliyi ilə danışıqlar, sorğunu DİN əməkdaşları Mətbuat rəhbərliyi ilə aparılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan məsafədən idarə edilən pilotsuz uçan aparatları əldə etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 592-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin və hərbi məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin” siyahısında İXM-nin 592-1-ci maddəsinin kim və ya hansı orqan tərəfindən tərtib edilməsi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda göstərilən fərmanın 2.2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185 – 188, 253-1.1, 325.1, 326, 379, 394-1, 413 (audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə), 428.7, 451 (audiovizual əsərlərə, fonoqramlara, kompüter proqramlarına, məlumat toplularına, kitab nüsxələrinə münasibətdə), 459-1, 517-1, 552, 592-1, 602.3, 602-1.1 (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən məlumatların lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə münasibətdə) və 602-1.4-cü (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən tədbirlərin görülməməsinə münasibətdə) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda, qərarın icrasına xitam verilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin V tağım YPX-dən daxil olmuş inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 592-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar