Məhkəmə qərarları › İş №3(075)-618/2021

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-618/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-618/2021 24.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və vəkili X1 iştirakı ilə xx xxxx 1991-ci il tarixdə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, ailəli, işləməyən, İİİ qrup əlil, ünvan 1 ünvanında yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 22.11.2021-ci il tarixdə saat 13:30 radələrində Şəki rayonu şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Asan Xidmət” mərkəzində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, həmçinin narkotik vasitə olan marixuana qəbul etməsi müəyyən edilmişdir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs 22.11.2021-ci il tarixdə saat 13:30 radələrində Şəki rayonu şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Asan Xidmət” mərkəzində ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmiş və onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış, həmçinin narkotik vasitə olan marixuana qəbul etməsi müəyyən edilmişdir. Bu səbəbdən də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 22.11.2021-ci il tarixdə saat 13:30 radələrində sosial müavinətlə bağlı “Asan Xidmət” Mərkəzinə müraciət etdiyi zaman oranın kafesinə çay içmək üçün getmişdir. Həmin vaxt o, həyat yoldaşı ilə birlikdə olmuşdur. Bu zaman bir neçə şəxs ona yaxınlaşaraq ona özlərini polis əməkdaşları kimi təqdim edib onu Polis Şöbəsinə dəvət etmişlər. O, bunu səbəbini onlardan soruşduqda heç nə demədən onu Polis Şöbəsinə gətirdilər. O, həmin vaxt onlara heç nə demədən və onlara qarşı heç bir səs küy salmadan tabesizlik göstərməmişdir. Bildirmişdir ki, o, sadəcə bunun səbəbini bilmək istəmiş, buna görə də onlarla getmək istəməmişdir. Buna görə də aralarında narazılıq yaranmışdır. Həmin müddət təxminən 5 dəqiqə davam etmişdir. Daha sonra o, birlikdə Polis Şöbəsinə getmişdir. Polis Şöbəsində ondan öz razılığı ilə sidik və tüpürcək analizi götürmüşlər və həmin vaxt onun narkotik vasitə olan marixuana qəbul etdiyi aşkarlanmışdır. Bildirmişdir ki, o, marixuananı təxminən bir neçə həftə bundan əvvəl istifadə etmişdir. Göstərmişdir ki, ailəlidir, himayəsində 2 və 5 yaşlarında azyaşlı uşağı vardır. Atası vəfat etmiş, anası isə onun himayəsindədir. Xacalı soyqrımı zamanı dayısı, xalası və sairə yaxın qohumları soyqrıma məruz qalmışlar. Özü İİİ qrup əlildir. Əməlindən peşmandır. Belə hallara bir daha yol verməyəcəyinə söz verir. Buna görə ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nın PPXT-nın polis nəfəri, polis serjantı X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 22 noyabr 2021-ci il tarixdə saat 13:30 radələrində Şəki ŞRPŞ-nin CAB əməliyyat müvəkkili polis kapitanı Əliyev Elmir və kiçik leytenant Coşğun İsrafilovla birlikdə Şəki ŞRPŞ-nin İstintaq bölməsindən daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar Şəki Şəhəri, Z.Əliyeva küçəsində yerləşən “Asan Xidmət” mərkəzinin çayxanasından Şəxs Polis Şöbəsinə gətirmək üçün ozunu təqdim etmişdir. Həmin vaxt Şəxs səs küy salmış nalayiq ifadələr işlədərək onlarla polis şöbəsinə gəlməkdən imtina etmişdir. Tələblərinə qəsdən tabe olmayaraq öz hərəkətlərinə davam etdirmişdir. Onlar həmin şəxslə sohbət ərəfəsində onun hər hansı narkotik vasitənin təsiri altında olmasından şübhələnmişlər. Daha sonra həmin şəxs onlarla birlikdə Polis Şöbəsinə gətirilmişdir. Özünün razılığı ilə ondan analiz götürülmüş və Şəxs narkotik vasitı olan marixuana aşkar edilmişdir. Bundan sonra həmin şəxs barəsində protokol tərtib edilmişdir. İşdə olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin nəticələrinə dair Şəki şəhər Narkoloji Şöbəsi tərəfindən 22 noyabr 2021-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəxs sidiyindən müayinə olunmuş və onun narkotik vasitə olan marixuana qəbul etməsi müəyyən edilmişdir. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özü tərəfindən etiraf edilməsə də, şahidlərin izahatı, Şəki ŞRPŞ-dən daxil olmuş materialla tam təsdiq edildi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edirəm. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyası çərçivəsində 400 manat inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar