Məhkəmə qərarları › İş №3(075)-618/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-618/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-618/2023 09.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəki şəhər Mənzil İstismarı Sahəsi haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X1 tərəfindən tərtib olunmuş 20 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəki şəhər Mənzil İstismarı Sahəsi nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəki şəhər Mənzil İstismarı Sahəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məlumat verilmiş Şəki şəhər Mənzil İstismarı Sahəsi və Şəki ŞRPŞ məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sənədlərdən görünür ki, Şəki şəhər Mənzil İstismarı Sahəsinin istifadəsində olan “NİSSAN SUNNY” minik markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 25 aprel 2023-cü il tarixdə, saat 14:55 radələrində Qaraməryəm- İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 148 km-liyində İXM-nin 339.1-1-ci maddəsinin tələblərini pozaraq qayda pozuntusu törədilmiş və elektron protokol tərtib edilmişdir. İnzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların Şəki ŞRPŞ-ya göndərilməsi üçün dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunvericilikdə müəyyən edilmiş müddətdə hüquqi şəxs tərəfindən məlumat verilməmişdir. Buna görə də Şəki şəhər Mənzil İstismarı Sahəsi barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli ŞRPŞ-nin DYPB-dən Şəki şəhər Mənzil İstismarı Sahəsinə göndərilmiş bildirişindən görünür ki, Şəki şəhər Mənzil İstismarı Sahəsinə məxsus “NİSSAN SUNNY” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü 25 aprel 2023-cü il tarixdə, saat 14:55 radələrində Qaraməryəm- İsmayıllı, Qəbələ, Oğuz-Şəki yolunun 148 km-liyində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati xəta törətmiş, onun barəsində 5 (gün) ərzində ŞRPŞ-nin DYPB-yə məlumat verilməsi ilə bağlı müraciət olunmuşdur. İş materiallarında olan Şəki DYPB-nin Şəki rayonu YNH inspektoru polis kapitanı X1 tərəfindən tərtib edilmiş 20 iyul 2023-cü il tarixli, İXP-5557880 seriya nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəki şəhər Mənzil İstismarı Sahəsi tərəfindən “NİSSAN SUNNY” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə, Şəki şəhər Mənzil İstismarı Sahəsinin qeyd olunan hərəkəti Şəki ŞRPŞ-dən daxil olmuş material və digər sənədlərlə təsdiq olundu. İşdən görünür ki, Şəki şəhər Mənzil İstismarı Sahəsi ona göndərilmiş məktub-bildirişi xx.xx.2023-cü il tarixdə almış, qanunvericilikdə göstərilən 5 gün ərzində Şəki şəhər Mənzil İstismarı Sahəsinə məxsus nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və buna görə də barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş qaydanı pozduğuna görə 20 iyul 2023-cü il tarixdə inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəki şəhər Mənzil İstismarı Sahəsinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Şəki şəhər Mənzil İstismarı Sahəsinə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəki şəhər Mənzil İstismarı Sahəsi Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar