Məhkəmə qərarları › İş №3(075)-619/2020

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-619/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-619/2020 24.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə xx xxxx 1968-ci ildə Şəki rayonu Kiş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Şəki bələdiyyəsinin sədri işləyən, Şəki rayonu Kiş kəndində qeydiyyatda olan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə olan Şəki Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəki bələdiyyəsinin sədri Şəxs tərəfindən bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqana mütləq təqdim edilməli olan Şəki bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli bələdiyyə iclasında qəbul edilən aktlar «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinin və «Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə zidd olaraq 5 iş günü ərzində Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməmişdir. Qeyd edilən material üzrə Şəki bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, 37 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Regional Ədliyyə İdarəsindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Şəki Regional Ədliyyə İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəki bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli bələdiyyə iclasında qəbul edilən aktları qəbul edildiyi andan 5 iş günü ərzində Şəki Regional Ədliyyə İdarəsinə təqdim edilməli olmasına baxmayaraq, xx xxxxxxx 2020-ci il tarixdə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsinə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən Şəki bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 10 nömrəli bələdiyyə iclasında qəbul edilən aktların 5 iş günü ərzində Şəki Regional Ədliyyə Şöbəsinə təqdim edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Odur ki, Şəki bələdiyyəsinin sədri Şəxs həmin xətanı törətməkdə təqsirli bilinib, ona inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs Azərbaycan Respublikasının İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar