Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-619/2021 06.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi: X1, Şəxs-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Şəxs-nin haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İşdə olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verməmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki ŞRPŞ-dən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şəki ŞRPŞ-nin DYPB-nin nümayəndəsi X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ona göndərilmiş məktub-bildirişi 29.09.2021-ci il tarixdə almışdır. 30.09.2021-ci il tarixdə Şəxs-nin nümayəndəsi Şəki ŞRPŞ-nə yaxınlaşmış və avtomobilin istifadəçisi barədə məlumat vermişdir. Lakin nümayəndə getdikdən sonra məlum olmuşdur ki, sürücü köhnə sürücülük vəsiqəsi təqdim etdiyi üçün məlumatı sistemə yerləşdirə bilməmişlər. Hesab edir ki, aralarında anlaşılmamazlıq yaranmışdır. Buna görə də Şəxs barəsində 15 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş inzibati protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şəxs-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərmişdir ki, Şəxs-yə göndərilmiş məktub-bildirişi 29.09.2021-ci il tarixdə almışlar. 30.09.2021-ci il tarixdə Şəxsnin nümayəndəsi Şəki ŞRPŞ-nə yaxınlaşmış və avtomobilin istifadəçisi barədə məlumat vermişdir. Lakin sonra məlum olmuşdur ki, sürücü köhnə sürücülük vəsiqəsi təqdim etdiyi üçün məlumatı sistemə yerləşdirə bilinməmişdir. Daha sonra yeni sürücülük vəsiqəsini Şəki ŞRPŞ-nə təqdim edərək aftomobil barədə məlumatlar sistemə yerləşdirilmişdir. Hesab edirlər ki, hər hansı inzibati xəta haqqında pozuntuya yol verməmişlər. Buna görə də Şəxs barəsində 15 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş inzibati protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 000564 nömrəli Minik Avtomobillər üçün Yol Vərəqəsindən görünür ki, Hyundai Elantar markalı ** AA *** dövlət qeydiyyat nişanlı avtomobili 30 sentyabr 2021-ci il tarixdə qeydiyyatdan keçirmişdir. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, iş materiallarını araşdıraraq tərəflərin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci-ci maddəsinə əsasən Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Şəxs-nin nümayəndəsi Nümayəndə tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Bütün qeyd edilənlər Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsini istisna edir. Bütün şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki ŞRPŞ-nin DYPB-nin polis kapitanı X1 tərtib etdiyi 23 noyabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X3” MMC əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Şəki ŞRPŞ-nin DYPB-nin polis kapitanı X1 tərtib etdiyi 23 noyabr 2021-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-619/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-619/2021
06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver