Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-62/2021 09.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Ağabalayev Səxavət Məmməd oğlunun katibliyi ilə xx xxxxxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan X1 haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 11 avqust 2020-ci il tarixdə barəsində tərtib olunmuş İXP-3456900 saylı inzibati xəta haqqında protokolun cəriməsini qanunla müəyyən edilmiş əsaslar olmadan 3 (üç) aydan artıq müddətdə ödəmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məlumat verilməsinə baxmayaraq Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, X3 da məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 barəsində 11 avqust 2020-ci il tarixdə İXP-3456900 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında eyni tarixdə qəbul edilmiş qərarla o, 60 manat məbləğində inzibati cərimə edilmiş, inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində 60 manat məbləğində inzibati cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmişdir. Buna görə də onun həmin məbləği ödəmədiyi hər növbəti gün üçün dəbbə pulu hesablanaraq həmin məbləğ 96 manat təşkil etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı, qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinin 1-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni və dəbbə pulunu inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İşdə olan “Asan.pay.az” rəsmi intenet səhifəsindən çıxarılmış son ödəniş məlumatlarından görünür ki, İXP-3456900 nömrəli inzibati xəta haqqında protokol üzrə borc (müvafiq cərimə və dəbbə pulu) ödənilmişdir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 oğlu 11 avqust 2020-ci il tarixli, İXP-3456900 saylı inzibati xəta haqqında protokol üzrə müvafiq cərimə və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.0.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 oğlu barəsində 11 avqust 2020-ci il tarixli, İXP-3456900 saylı inzibati xəta haqqında protokol əsasında 23 dekabr 2020-ci il tarixdə tərtib edilmiş İXP-3688984 nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə başlanılmış inzibati məsuliyyətdən azad olunsun və iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-62/2021 09 fevral 2021-ci il Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin rəisi, cənab Rəşid Piriyevə Hörmətli Rəşid müəllim ! Şəki Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3 (075)-62/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hörmətlə, Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 3 (075)-62/2021 09 fevral 2021-ci il Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X4 oğluna (Şəki şəhəri, Y.Süleymanov küçəsi ev 3/7) Şəki Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 3 (075)-62/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının surəti məlumat üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elçin Mehdiyev.
Məhkəmə qərarları › İş №3(075)-62/2021
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-62/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver