Məhkəmə qərarları › İş №3(075)-62/2023

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-62/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-62/2023 23.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs və onun müdafiəçisi X4, Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 iştirakı ilə, xx xxxxx 1977-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs 22 yanvar 2023-cü il tarixdə, saat 10:50 radələrində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Bununla da onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün məhkəməyə daxil olmuşdur. Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X7 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:50 radələrində Şəki şəhəri, Nəriman Nərimanov küçəsində Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 və Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X5 xitmətdə olduqları zaman “Opel” markalı **-MJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobil “stop” nişanının tələblərini pozduğuna görə, həmin sürücü polis əməkdaşları tərəfindən saxla işarəsi verilərək saxlanılmışdır. Polis əməkdaşları həmin sürücüyə yaxınlaşaraq pozduğu qanun pozuntusunu izah etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Bundan sonra polis əməkdaşları ərazidə xidmətlərini davam etdirən zaman sürücü Şəxs yenidən həmin yerə gələrək öz mobil telefonu ilə polis əməkdaşlarını videoya çəkməyə başlamışdır. Polis əməkdaşları həmin sürücünü saxlayıb pozduğu qanun pozuntusunu izah edən zaman, Şəxs ucadan səs-küy salaraq nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra Şəxs polis əməkdaşları tərəfindən Şəki ŞRPŞ-nə gətirilmişdir. Şəki ŞRPŞdə onun mobil telefonuna baxış keçirilən zaman, onun polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi müəyyən olunmuşdur. Bundan sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, 22 yanvar 2023-cü il tarixdə YPX əməkdaşları onun idarə etdiyi avtomobili saxladaraq protokol tərtib etmişlər. O da, əsəbləşərək protokolu götürməyərək həmin yerdən getmişdir. Sonra yenidən həmin yerə qayıdaraq YPX avtomobilinin yanından keçərkən mobil telefonu vasitəsi ilə polis əməkdaşlarını çəkmiş və nalayiq söyüş söymüşdür. Bundan sonra polis əməkdaşları onu yenidən saxladaraq polis şöbəsinə aparmışlar. Həmin vaxt o, polis əməkdaşlarına tabesizlik göstərməmiş, onların tələblərini yerinə yetirmişdir. Ona görə də, barəsində toplanmış material üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material üzrə qeyd edilən əməllərin törədilməsini təkzib edən halların mövcud olduğunu, bu səbəbdən də inzibati xəta haqqında material üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X6 bildirdi ki, 22 yanvar 2023-cü il tarixdə qayda pozduğu üçün Şəxs idarə etdiyi avtomobil saxladaraq ona protokol tərtib etmişlər. Sürücü protokolu imzalamaqdan və onu qəbul etməkdən imtina edərək getmişdir. Bir neçə dəqiqə sonra onun yenidən həmin əraziyə qayıtdığını və mobil telefon vasitəsi ilə onları çəkdiyini görmüşlər. Şəxs arxasıyca gedib onu yenidən saxlatmış, sonuncu avtomobildən düşərək əsassız protokol tərtib etdiklərini bildirərək onlara etiraz etməyə, səs-küy salmağa və onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən onu polis şöbəsinə aparmışlar və şöbədə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri ilə protokol tərtib olunmuşdur. Ona görə də, Şəxs qeyd edilən maddələrin sanksiyası həddində cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şəki şəhər-rayon Polis Şöbəsinin DYPB-nin yol patrul xidməti baş inspektoru, polis baş leytenantı X5 digər şahid X1 ifadəsinə uyğun ifadə verərək, onun qeyd etdiyi xüsusatları təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2023 il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərədə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq оlunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxs özünün də təsdiq etdiyi kimi 22 yanvar 2023-cü il tarixdə YPX əməkdaşları onun idarə etdiyi avtomobili saxladaraq protokol tərtib etdikdən sonra əsəbləşərək protokolu götürməyərək həmin yerdən getmiş, sonra yenidən həmin yerə qayıdaraq YPX avtomobilinin yanından keçərkən mobil telefonu vasitəsi ilə polis əməkdaşlarını çəkmiş və nalayiq söyüş söymüşdür. Həmçinin məhkəməyə təqdim edilmiş video diskdə də Şəxs YPX əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi aydın eşidilir. Bununla da Şəxs oğlu Azərbaycan Respublikası İnzibаti Xətаlаr Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün və şahidlərin ifadələri ilə tam sübuta yetirilir. İnzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, polis əməkdaşlarının məhkəmə iclasında verdiyi ziddiyyətli ifadəsini, barəsində inzibati xəta barədə icraat aparılan şəxsin izahatını, iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından həmin maddənin sanksiyası çərçivəsində inzibati qaydada tənbeh edilməli, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır. Belə ki, o, əsassız olaraq YPX əməkdaşı ilə mübahisə etməklə özünü aqressiv aparmış ucadan ünvansız söyüşlər söymüşdür. Bütün bu kimi halları məhkəmə xuliqanlıq kimi qiymətləndirir. Şəki şəhər-rayon Polis Şöbəsinin İTB-nin, polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilsə də protokolun məzmununda, inzibati xəta haqqında protokola əlavə edilmiş izahatlarda və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi hər hansı dəlillə sübuta yetirilməmişdir. Həmçinin Şəxs tərəfindən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından Şəxs İXM-nin 510-cu maddəsinin sanksiyası çərçivəsində tənbeh tədbiri tətbiq edilməli, İXM-nin 535.1-ci maddəsi ilə olan hissədə isə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verisin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar