Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-620/2024 11.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, 26 avqust 1987-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx olan, ali təhsilli, evli, əlilliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəki rayonu, Qoxmuq kəndində yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 10 iyul 2024-cü il tarixli İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 10 iyul 2024-cü il tarixdə, Şəki ŞRPŞ-nin inzibati binasında ucadan səs-küy salıb qeyrinalayiq ifadələr işlətmiş, polis şöbəsinin daxilində əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 18 radələrində inzibati binada xidməti iş otağında olan zaman Şəxs oğurluqda şübhəli olması barədə məlumat verdikdə o, ucadan ünvansız nalayiq ifadələr işlədərək həmin xüsusatlarla bağlı izahat verməkdən imtina etmişdir. Polis şöbəsində Şəxs ucadan nalayiq ifadələr işlədən zaman, ona qanunun tələblərinə tabe olmaq, şöbənin iş rejiminə mane olmamaq barədə dəfələrlə onu nizam intizama dəvət etsə də o, öz qanunsuz əməllərini davam etdirmiş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. O, həmçinin xidməti iş otağında dəhlizə çıxmış və yenə də ucadan nalayiq ifadələr işlədərək öz hərəkətlərini davam etdirməklə polis şöbəsinin iş rejiminə mane olmuşdur. Qeyd edilənləri nəzərə alaraq onun barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, onlara məxsus şadlıq evində toy mərasimində bir nəfər şəxsin üzüyü şadlıq evində qalmışdı. Şadlıq evinin adminstratoru Murad həmin üzüyü ona təqdim etmiş və o da üzüyün saxta olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə Murad ona zəng edərək onu tutacaqlarını bildirmişdir. O da cavabında polis əməkdaşları haqqında nalayiq ifadələr işlətmişdir. Daha sonra onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində də müəyyən mübahisələr olmuşdur. Lakin sonra səhvini başa düşüb üzr istəmişdir. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı X4 ifadə verərək bildirdi ki, icraatında olan material üzrə izahatı alınmış Şəki şəhər sakini X1 ona məxsus olan 1 ədəd qızıl üzüyün xx.xx.2024-cü il tarixdə Şəki şəhərində yerləşən EDEM şadlıq sarayından naməlum şəraitdə oğurlandığını bildirmişdir. Araşdırma zərurəti ilə bağlı Şəxs polis şöbəsinə gətirilmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində inzibati binada xidməti iş otağında olan zaman Tariel Əfəndiyevə oğurluqda şübhəli olması barədə məlumat verildikdə o, ucadan ünvansız nalayiq ifadələr işlədərək izahat verməkdən imtina etmişdir. Polis şöbəsində Şəxs ucadan nalayiq ifadələr işlədən zaman ona qanunun tələblərinə tabe olmaq, şöbənin iş rejiminə mane olmamaq barədə xəbərdarlıq etsə də vətəndaş Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. O, həmçinin xidməti iş otağında dəhlizə çıxmış, yenə də ucadan səs-küy salıb nalayiq ifadə işlədib öz hərəkətlərinə davam etmişdir. İş materiallarında olan “İnzibati qaydada tutulma haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 18:25-də tutulmuş, xx.xx.2024-cü il tarixdə 10:10-da azad edilmişdir. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeyləri yoxlama haqqında” 10 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman üzərində heç bir əşya aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, şahidin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs qeyri-etik ifadələr işlətməklə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Polisin qanuni tələblərinə tabe olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli və daha ciddi xəta kimi həmin Məcəllənin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində onun barəsində 200 manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Eyni zamanda onun 10 iyul 2024-cü il saat 18:25-dən 11 iyul 2024-cü il saat 10:10dək inzibati qaydada tutulduğu nəzərə alınaraq onun barəsində İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə, təyin ediləcək inzibati cərimənin məbləği azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs 10 iyul 2024-cü il saat 18:25-dən 11 iyul 2024-cü il saat 10:10-dək inzibati qaydada tutulması nəzərə alınmaqla, ona təyin olunmuş inzibati cərimə azaldılaraq 150 (yüz) manat məbləğində müəyyən olunsun. Qərardan, təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №3(075)-620/2024
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-620/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver