Məhkəmə qərarları › İş №3(075)-621/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-621/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-621/2025 15.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2, Şəki Şəhər-Rayon Polis Şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30962150 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayətinə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş EQ seriyalı 30962150 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli o, Şəki şəhəri, S.Mümtaz küçəsində idarə etdiyi X10 markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobili saxlamaq üçün yer axtaranda birdən X9 Xidməti avtomobili oradan keçərkən əməkdaş ona məxsus avtomobilin avtoşəkillərini çəkmişdir. O, həmin vaxt yol patrul xidmətinin inspektoruna yaxınlaşaraq avtomobili nə dayandırmağını, nə də ki, durdurmağını sadəcə olaraq avtomobili park etmək üçün yer axtardığını sadəcə olaraq ərazidən yavaş keçdiyini bildirsə də, o buna məhəl qoymamışdır. Daha sonra ona məlum olmuşdur ki, həmin əməkdaş tərəfindən ona barəsində İXM-nin 364.4-cü maddəsi ilə inzibati xəta törətməyi barədə EQ seriyalı 30962150 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Hesab edir ki, onun barəsində tərtib edilmiş EQ seriyalı 30962150 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında elektron qərar tamamilə qanunsuz və əsassızdır. O, İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Barəsində qəbul edilmiş inzibati tənbeh haqqında qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir. Həmçinin yol patrul xidmətinin əməkdaşına irad bildirdiyindən və barəsində protokolun tərtib edilməsindən narazı olduğundan o onun barəsində birbaşa qərar qəbul edə bilməzdi. Göründüyü kimi yol patrul xidmətinin əməkdaşı tərəfindən İXM-nin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi protokolun düzgün tərtib oluğunu bildirmiş və ərizənin təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30962150 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan fləşkarda olan foto şəkillərdən görünür ki, X5 idarə etdiyi “X11” markalı, **- SY-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qaydalarını pozmuşdur. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sənədi şikayətinə əlavə etməmiş və o, məhkəmə icraatı zamanı da şikayətinin əsaslı olduğunu hər hansı bir şəkildə sübut edə bilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 idarə etdiyi “X11” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qaydalarını pozmamasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bunun əksi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 qeyd olunan xətanı törətməsi foto çıkillərlə müəyyən olunur. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1nun şikayəti iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar sübutlarla öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, X1nun şikayətinin dəlilləri ilə razılaşmır və ona görə də, onun şikayəti təmin edilməməlidir. Məhkəmə X3 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə tətbiq etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129, 130 və 131-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 30962150 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar