Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-622/2020 13.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1978-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əlilliyi olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xətaya dair işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 3(075)-683/2013 saylı qərarı ilə təyin edilmiş 400 manat cərimənin ödənilməmiş qalan 350 manatını (qanunla müəyyən edilmiş əsaslar olmadan) ödəmədiyinə görə onun barəsində protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək göstərdi ki, Şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 3(075)-683/2013 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 68-1-ci (əvvəlki redaksiyada) maddəsi ilə təqsirli bilinib 400 manat inzibati cərimə edilmişdir. İcra sənədi xx xxxxxx 2014-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinin icrası ilə əlaqədar borcluya 10 gün könüllü icra müddəti verilmiş, göstərilən müddət ərzində borcun ödənilməsi təmin edilməmişdir. İcra sənədi üzrə tələbin məcburi icrası ilə bağlı borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müxtəlif dövlət orqanlarına və banklara sorğular verilmiş, sorğulara alınan cavablarda borclunun adına hər hansı daşınar, daşınmaz əmlak, pul və qızıl-zinyət əşyaları aşkar edilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə borclu Şəxs icra və probasiya şöbəsində izahatı alınmış, icra sənədi üzrə cərimə pulunun ödənilməsi ondan tələb edilmişdir. Borclu verdiyi izahatında borc məbləğindən heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Borclu bugünədək qeyd edilən borc məbləğindən cəmi 50 manat ödəniş etməmiş və nəticədə icra sənədi uzun müddət icra edilmədən qalmışdır. Bununla da iki il müddət ərzində icra sənədi üzrə tələbin icrası borclu Şəxs tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Protokolu müdafiə edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 3(075)-683/2013 saylı qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 68-1ci (əvvəlki redaksiyada) maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Lakin həmin cərimə məbləğini maddi imkanı olmadığından ödəyə bilməmişdir. Hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla, iş olduqca cərimədən hissə-hissə ödəniş edir. İndiyədək 50 manat ödəniş etmişdir. Bundan sonra da işləyib cəriməni hissə-hissə ödəyəcəkdir. İşdə olan Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(075)-387/2020 saylı qərarının surətindən görünür ki, Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(107)-149/2020 saylı qərarının surətindən görünür ki, apelyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(075)-387/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən on gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. Həmin Məcəllənin 150.8-ci maddəsinə əsasən bu Məcəllənin 150.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarı məcburi icraya yönəldilir. Həmin Məcəllənin 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. Hüquqi şəxslərə münasibətdə isə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məcburi icra tədbirləri davam etdirilir. xx xxxx 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.1-1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görəyüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Göründüyü kimi Şəxs Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 3(075)- 683/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 68-1-ci maddəsi ilə təqsirli bilinərək, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 3(075)-683/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmədiyindən həmin qərar on gün sonra, yəni xx xxxxxx 2014-cü il tarixdən qüvvəyə minmiş və həmin tarixdə icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 3(075)-683/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarı əsasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xx xxxxxx 2014-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Beləliklə, Şəxs xx xxxx 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-2.1-1-ci maddəsinə əsasən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 3(075)-683/2013 saylı inzibati xəta haqqında iş üzrə qərarının qüvvəyə mindiyi gündən 25 gün müddətində, yəni xx xxxxxx 2014-cü il tarixədək barəsində olan 400 manat məbləğində inzibati cəriməni ödəməli olmuşdur. Lakin inzibati cərimə onun ödənilməsinin son müddəti olan xx xxxxxx 2014-cü il tarixədək Şəxs tərəfindən ödənilmədiyi təqdirdə növbəti gündən başlayaraq 2 ay müddətində, yəni xx xxxxx 2014-cü il tarixədək icraatında həmin icra işi olan icra məmuru tərəfindən Şəxs barəsində həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 313-2.1-1-ci maddəsinə əsasən (hazırda qüvvədə olan Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsi) inzibati xəta haqqında protokol tərtib edilməli olduğu halda qanunvericiliyin bu tələbi pozularaq, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən uzun müddət sonra, yəni xx xxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 529.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bundan başqa Şəxs həmin inzibati cərimənin 50 manatını xx xxxx 2020-ci il tarixdə, yəni barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən xx xxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilməmişdən əvvəl ödəmiş, bundan sonra icra məmuru tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, işə məhkəmə tərəfindən baxılaraq icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmişdir. Qərardan narazı qalan icra məmuru tərəfindən apelyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırkı işə birinci instansiya və apelyasiya məhkəmələri tərəfindən artıq hüquqi qiymət verilmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati cərimənin ödənilməsindən boyun qaçırmır və hissə-hissə ödəyəcəyini bildirir. Göstərilən əsaslarla məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən xx xxxxxx 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanılmış inzibati icraata inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi və inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olması əsasları ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53, 104.1, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinə əsasən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(075)-622/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-622/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver