Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-623/2023 27.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X10 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi X3 iştirakı ilə, 15 avqust 1958-ci il tarixdə Şəki rayonu, Baş Küngüt kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN:xxxxxxx olan, əlilliyi olmayan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə Şəki ŞRPŞ-dən daxil olmuş inzibati xətaya dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 27 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 30 may 2023-cü il tarixdə, saat 13:00 radələrində Şəki rayonu, Baş Küngüt kəndi ərazisində ucadan nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş, nizam-intizama dəvt edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və beləliklə də o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X4 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs 30 may 2023-cü il tarixdə, saat 13:00 radələrində Şəki rayonu, Baş Küngüt kəndi ərazisində ucadan nalayiq ifadə işlədərək ictimai qaydanı pozmuş, nizam-intizama dəvt edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığından polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protkol tərtib edilmişdir. Protokolu müdafiə edir. Qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, törədiyi əməli etiraf edərək, bir neçə gün öncə Azəriqaz istehsalat birliyindən evini qaz təchizatı ilə təmin etmələrini xaiş etmişdir. Qaz çəkilməsi üçün ondan dövlət rüsumu ödənilməsi tələb edildikdə pulu olmadığından qonşusuna bu hal barədə narazılığını bildirmişdir. Həmin vaxtı polis əməkdaşları onun səsini eşitmiş və onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələr də əsəbi olduğundan onlara da yüksək səslə etirazını bildirmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xaiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X7 məhkəmə iclasında şəxsin əməlində inzibati xəta tərkibinin olmamasını nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru X1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Emil Dəmirovla, PPXB-nün polis nəfəri, polis baş serjantı Murad Vahabovla, polis serjantı Elvin Abdullayevlə birlikdə Şəki rayonu Baş Küngüt kənd ərazisində xidmətdə olarkən bir nəfər şəxsin dövlət orqanlarının ünvanına ucadan nalayiq ifadələr işlətdiyini görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edərək həmin şəxsə ucadan nalayiq ifadələr işlədərək cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə ictimai qayda pozuntusuna yol verdiyini izah edib söyüş söyməməyini bildirib nə istədiyini soruşmuşlar. Həmin şəxs «gedin öz işinizlə məşğul olun, sizə hesabat verəsi deyiləm» deyərək onlara qarşı kobudluq etməyə başlamışdır. Onlar təkrarən ona yol kənarının olmasını, yaxınlıqda piyadaların hərəkət etdiyini və onun ucadan nalayiq ifadələr işlətməklə, ətrafda olan vətəndaşların narahatçılığına səbəb olmasını izah edərək, onu nizam-intizama, ictimai qaydalara riayət etməyə, qanunlara hörmətlə yanaşmağa dəvət etsələrdə o, onların qanuni tələblərinə qəsdən tabe olmayaraq daha da aqressiv şəkildə öz hərəkətlərini davam etdirmişdir. Onla onu polis şöbəsinə gətirərkən yol boyu dövlət orqanlarından narazı olduğunu bildirərək polis şöbəsinin qarşısında daha uca səslə etikadan kənar ifadələr işlədərək nalayiq şəkildə dövlət orqanlarına və rəhbər vəzifəli şəxslərə mənfi münasibət bildirərək səs-küy salmağa başlamışdır. Onu sakitləşdirərək xidməti iş otağına dəvət etmişlər, o yenidən səs- küy salıb dəhlizə çıxmış və ucadan nalayiq ifadələr işlədərək polisin iş fəaliyyətini pozaraq onlara qarşı kobudluq etməyə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X5, Şəki ŞRPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru X8 və Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X2 digər şahid Şəki ŞRPŞ-nin CABnin baş əməliyyat müvəkkili, polis mayoru X1 ilə eyni məzmunda ifadə vermişlər. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə saat 15:35-də tutulmuşdur. İş materiallarında olan “Şəxsi axtarış və fiziki şəxslərdə olan şeylərin yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs üzərinə baxış keçirilən zaman heçnə aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasına görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və şahidlərin izahatları ilə təsdiq edildi. Məhkəmə hesab edir ki, Şəxs sərxoş halda nalayiq ifadələr işlətməklə Şəki şəhər- Rayon polis əməkaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, nalayiq söyüşlər söyməklə səs-küy salmış, ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, digər halları nəzərə alaraq, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqini qanuni, əsaslı və ədalətli hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbsə alınmanın əvvəli 27 iyul 2023-cü il tarixdən, saat 13:35-dən hesab edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №3(075)-623/2023
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-623/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver