Məhkəmə qərarları › İş №3(075)-626/2025

Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-626/2025

25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-626/2025 25.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, 00500-01242/25 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən İdarəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib edilmiş 02 oktyabr 2025-ci il tarixli, 00500-01242/25 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs MMC-nin Balakən Gömrük İdarəsinin Şəki gömrük postunda rəsmiləşdirilən (**********9795) sorğu nömrəli bəyannamə üzrə Türkiyə Respublikasına ixrac etdiyi ümumi dəyəri 10200 ABŞ dolları (17340 manat, kurs 1 usd = 1,70 azn) olan “orta damarcığı çıxarılmış odda qurudulan tütün” yükü müqabilində qaytarılmalı olan vəsaitdən, 5200 USD (8840 manat, kurs 1 usd = 1,70 azn) vəsaitin Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində müvəkkil bankdakı hesabına məcburi qaydada köçürülməli olan 5200 ABŞ dolları məbləğində xarici valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Şəxs MMC-nin hüquqi ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1400/2- 000902/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-33-1400/2-000979/2025 nömrəli məktublar göndərilmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda iştirakının təmin edilməsi məqsədilə nümayəndəsi dəvət edilmiş, buna baxmayaraq Şəxs MMC-nin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu əmələ görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 02 oktyabr 2025-ci il tarixli, 00500-01242/25 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərtib edilmiş inzibati xəta haqqında protokolu və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və bu səbəbdən də cəmiyyətə həmin maddədə nəzərdə tutulmuş cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ehtimalına görə 02 oktyabr 2025-ci il tarixli, 00500-01242/25 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, İİB AQRO” MMC-nin Balakən Gömrük İdarəsinin Şəki gömrük postunda rəsmiləşdirilən (**********9795) sorğu nömrəli bəyənnamə üzrə Türkiyə Respublikasına ixrac etdiyi ümumi dəyəri 10200 ABŞ dolları (17340 manat, kurs 1 usd = 1,70 azn) olan “orta damarcığı çıxarılmış odda qurudulan tütün” yükü müqabilində qaytarılmalı olan vəsaitdən, 5200 USD (8840 manat, kurs 1 usd = 1,70 azn) vəsaitin Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. Qeyd olunan faktla bağlı Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsində aparılan araşdırılma ilə əlaqədar Şəxs MMC tərəfindən konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində müvəkkil bandakı hesabına məcburi qaydada köçürülməli olan 5200 ABŞ dolları məbləğində xarixi valyutanın geri qaytarılmamasının səbəbinin aydınlaşdırılması məqsədilə Şəxs MMC-nin hüquqi ünvanına xx.xx.2025-ci il tarixli 3-33-1400/2- 000902/2025 nömrəli və xx.xx.2025-ci il tarixli 3-33-1400/2-000979/2025 nömrəli məktublar göndərilmiş və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda iştirakının təmin edilməsi məqsədilə nümayəndəsi dəvət edilmiş, buna baxmayaraq Şəxs MMC-nin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir və bu əmələ görə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsində deyilir ki, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) tərəfindən xx.xx.2024-cü il tarixli, **********9795 sorğu nömrəli gömrük bəyannaməsi ümumi dəyəri 10200 ABŞ dolları (17340 manat, kurs usd = 1,70 azn) olan “orta damarcığı çıxarılmış odda qurudulan tütün” yükü müqabilində qaytarılmalı olan vəsaitdən, 5200 USD (8840 manat, kurs 1 usd = 1,70 azn) vəsaitin Şəxs MMC-nin müvəkkil bank hesabına köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və digər diqqətəlayiq halları nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 5200 ABŞ dolları məbləğinin 30 (otuz) faizi miqdarında inzibati cərimə növündə (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə də, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini tələblərini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti, yəni 5200 ABŞ dolları məbləğinin 30 (otuz) faizi (qərarın icra olunduğu günə manata məzənnəsi üzrə) miqdarında inzibati cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar