Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 3(075)-627/2020 02.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Azərbaycan Respublikası Qida X4 regional bölməsinin İdxal-ixrac və monitorinqin sektorunun müdiri X6 iştirakı ilə, (X2 nümayəndəsi (vəkili) X11 xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iştirak etmişdir.) X2 Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayət ərzəsinə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq ərizəçi (şikayətçi) X12 məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi (vəkili) X11 izahat verərək göstərmişdir ki, ərizəçi barəsində xx.xx.2020-ci il tarixində "Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərin pozulmasına və yeyinti məhsulların istehsalı, saxlanması, satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə" AQTA-nm Şəki regional bölməsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1 və 220.2-ci maddələrinə əsasən “vəzifəli şəxs kimi" ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixində isə inzibati tənbeh vermə haqqında ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərar xx.xx.2020ci il tarixində ərizəçiyə təqdim edilmişdir. Göstərmişdir ki, inzibati orqanın əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Hesab edir ki, ərizəçinin hüquqları kobud şəkildə pozulmuşdur və məhkəmə qaydasında həll olunmalıdır. Odur ki, hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Belə ki, X5 xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinə əsasən “Muğam” şirniyyat evində şirniyyatçı vəzifəsində çalışır. İnzibati orqanın əməkdaşları tərəfindən işlədiyi yerə görə ərizəçinin vəzifəli şəxs kimi, ümumiyyətlə cərimələnməyi düzgün deyildir. Ərizəçinin iş yerində şirniyyatçı işləməsi vəzifəli şəxs olmağına dəlalət etmir. İşə əlavə edilmiş əmək müqaviləsindən göründüyü kimi ərizəçi fiziki şəxs sahibkar deyil, fiziki şəxsin işçisi olmaqla adi şirniyyatçıdır. Yəni ərizəçinin iş yerində heç bir təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyası mövcud deyildir. Bütün bunlara görə hesab edir ki, X12 ərizə ilə məhkəməyə müraciət edərək, barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida X4 regional bölməsinin nümayəndəsi idxal-ixrac və monitorinqin sektorunun müdiri X10 izahat verərək göstərdi ki, o, və AQTA-nin şəki regional bölməsinin digər əməkdaşları xx xxxxxxx 2020-ci il tarixdə “Covid-19” epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə riayət edilməsi məqsədi ilə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən “Muğan” şiriniyyat evinə baxış zamanı oradan işləyən X12 özünü təşkilatisərəncamverici şəxs kimi təqdim etmiş və orada işləyən işçiləri özü işə qəbul etdiyini və maaşlarını özü verdiyini bildirmişdir. Sözügedən şirniyyat evinə baxış keçirilmiş və baxış müəssisənin zirzəmisində (padvalında) şirniyyat istehsalı üçün nəzərdə tutulan sahədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Belə ki, baxış zamanı otaqda havanın isti, havalandırma sisteminin işləmədiyi, divar və tavanın hisdən saraldığı müəyyən olunmuşdur. İstifadə olunan yardımçı qəliblər və tavalar natəmiz saxlanılmış, həmçinin stollar arasındaki ara məsafəsi qanunla müəyyən edilmiş qaydalarla uyğunluq təşkil etməmişdir. Beləliklə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2020-ci və xx xxxx 2020-ci il tarixli qərarlarında göstərilən qaydalara riayət edilmədiyindən həmin müəssisənin səlahiyyətli şəxsi X12 İXM-nin 211.1-ci və 220.2-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. Göstərmişdir ki, həmin vaxt X12 barəsində tərtib edilmiş inzibati protokolla razı olduğunu bildirmiş, həmçinin cərimə məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı ərizə ilə də AQTA-nin Şəki regional bölməsinə müraciət etmişdir. Hesab edir ki, mübahisələndirilən inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsaslıdır. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. İş materialına əlavə edilmiş əmək müqaviləsindən və xx.xx.2017-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə müddətsiz olaraq “Şirniyyat evi”-nə qənnadçı-şirniyyatçı vəzifəsinə işə qəbul edilmiş, işçinin aylıq əmək haqqının məbləği 150 manat təşkil edir. İş materialına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs X7 məxsus “Muğam Şirniyyat” evinin səlahiyyətli nümayəndəsi X12 barəsində İXM-nin 211.1 və 220.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materialına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi texniki normativ hüquqi aktların pozulmasına görə vəzifəli şəxs X12 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutmuş xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində cərimə edilmişdir. İş materialına əlavə edilmiş X12 tərəfindən AQTA Şəki regional bölməsinə ünvanlanmış ərizənin təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar üzrə 3000 manat cərimə edilmiş və həmin cərimə məbləğinin hissə-hissə ödənilməsi üçün ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin xx.xx.2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında qərarı ləğv edilməli, işə yenidən baxılması üçün iş materialı onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar çıxarır. İXM-nin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Oxşar münasibətləri tənzimləyən İXM-in 100.1, 100.1.3, 100.1.7 və 100.1.10-cu maddəsinin tələbinə görə bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Hazırda öyrənilən işdən X8 Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Muğan Şirniyyat” evinin səlahiyyətli nümayəndəsi, həmin evin sahibi olub-olmaması və ya həmin evi hər hansı əsaslarla (icarə və s.) işlətməsi, həmçinin həmin evdə təşkilatisərəncamverici şəxs olması müəyyən olunmur. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs X7 məxsus “Muğam Şirniyyat” evinin səlahiyyətli nümayəndəsi X12 barəsində İXM-nin 211.1 və 220.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Halbu ki, X8 fiziki şəxs X7 məxsus “Muğam Şirniyyat” evinin səlahiyyətli nümayəndəsi olması hər hansı rəsmi sənədlə sübut edilmir. Bundan başqa iş materialı ilə müəyyən olunur ki, X12 fiziki şəxs X9 tərəfindən iş götürülmüş işçidir. Belə olan halda məhkəmə hesab edir ki, X12 barəsində vəzifəli şəxs kimi hər hansı inzibati protokol və qərar qəbul edilə bilməzdi. İXM-nin 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarılır. İXM-nin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Göründüyü kimi Azərbaycan Respublikası Qida Təhlükəsizlik X1 barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında MN ******* saylı protokol natamam olduğundan və baxılarkən tamamlamaq mümkün olmadığından onu tərtib edən orqana geri qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyin qəbul etmiş olduğu xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və onun barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xəta törətmiş şəxsin düzgün müəyyən edilməsi ilə bağlı onu tərtib edən orqana yəni, Azərbaycan Respublikası Qida X4 RB-nə geri qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 114, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X12 barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin qəbul etmiş olduğu xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib edən orqana yəni, Azərbaycan Respublikası Qida X4 Regional Bəlməsinə geri qaytarılsın. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №3(075)-627/2020
Şəki Rayon Məhkəməsi Qərar — İş №3(075)-627/2020
02.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver